Məhkəmə qərarları › İş №2(061)-1995/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1995/2025

02.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1995/2025 02.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının X1 İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etinarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının X1 İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş Tərtər rayonu Şıxark 2 qəsəbəsində (1176 ailəlik) 28 saylı binanın 12 nömrəli mənzilinə dair 13 iyul 2018-ci il tarixli “28/12” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və ailə üzvləri əşyaları ilə birlikdə 12 nömrəli mənzildən çıxarılmaqla “28/12” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının X1 İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş Tərtər rayonu Şıxark 2 qəsəbəsində (1176 ailəlik) 28 saylı binanın 12 nömrəli mənzilinə dair 13 iyul 2018-ci il tarixli “28/12” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və ailə üzvləri əşyaları ilə birlikdə 12 nömrəli mənzildən çıxarılmaqla “28/12” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının X1 İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etinarnamə üzrə nümayəndəsi X5 rəsmi ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Tərtər rayonu Şıxark 2 qəsəbəsində (1176 ailəlik) 28 saylı binanın 12 nömrəli mənzilindən könüllü olaraq əşyalarını götürüb çıxmışlar və mənzili boşaltmışlar. Odur ki, mülki iş üzrə iddia tələblərinə baxılmadan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasınin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrini işə mahiyyəti üzrə baxılmasını tələb etməmələri kimi qiymətləndirir və iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllnin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikasının X1 İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş Tərtər rayonu Şıxark 2 qəsəbəsində (1176 ailəlik) 28 saylı binanın 12 nömrəli mənzilinə dair 13 iyul 2018-ci il tarixli “28/12” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və ailə üzvləri əşyaları ilə birlikdə 12 nömrəli mənzildən çıxarılmaqla “28/12” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə iddia ərizəsinə baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tərtər rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar