Məhkəmə qərarları › İş №2(061)-300/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-300/2025

17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-300/2025 17.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi (qardaşı) X7 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3, X11 və Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 16 dekabr 2017-ci ildə vəfat etmiş anası X3 miras qalmış, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN-549F KOD nömrəsi 61101004 saylı şəhadətnamə əsasında Tərtər şəhərində verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 121 kv.metr ölçüdə 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi qardaşı X11 məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək Ərizəçi 16 dekabr 2017-ci ildə vəfat etmiş anası X3 miras qalmış, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN -549F KOD nömrəsi 61101004 saylı şəhadətnamə əsasında Tərtər şəhərində verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi (qardaşı) X11 ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, Ərizəçi qardaşıdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuş, lakin hazırda məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Ərizəçi xx.xx.2963-cü ildə Tərtər şəhərində anadan olmuşdur. X2 xx.xx.1984-cü ildə, anaları X8 xx.xx.2017-ci ildə vəfat etmişlər. Ailədə dörd qardaş və bir bacı olmuşlar. X1 xx.xx.2013-cü ildə, X13 xx.xx.2021-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra qardaşı Ərizəçi onun dəfn xərclərini çəkmiş, və dəfn mərasimlərini keçirmişdir. Anası vəfat etdikdən sonra qardaşı qanunvericiliklə müəyyən edilmiş müddətin keçməsini gözləyərək ondan miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə “Torpağın Mülkiyyət Verilməsinə Dair” Şəhadətnamə əsasında Tərtər şəhərində verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 121 kv.metr ölçüdə olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon xüsusi notariat ofisinə müraciət etmişdir. Lakin notarius xx.xx.2024-cü il tarixli, 809 nömrəli qərarı ilə ona mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxdığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Qardaşı əvvəlcə 16 dekabr 2017-ci ildə vəfat etmiş anası X3 miras qalmış, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN -549F KOD nömrəsi 61101004 saylı şəhadətnamə əsasında Tərtər şəhərində verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 121 kv.metr ölçüdə 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan onlar məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək Ərizəçi 16 dekabr 2017-ci ildə vəfat etmiş anası X3 miras qalmış, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN - 549F KOD nömrəsi 61101004 saylı şəhadətnamə əsasında Tərtər şəhərində verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ** AB ***2395 nömrəli etibarnamədən görünür ki, Ərizəçi qardaşı X9 etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişıdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi və Maraqlı şəxs3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Maraqlı şəxs3 vəkalətli nümayəndəsi X11 məhkəməyə təqdim etdiyi ərizəsində anası X5 miras qalmış torpaq sahəsindən və evdən bu günə kimi qardaşı Ərizəçi istifadə etdiyini, hazırda da həmin torpaq sahəsinin onun istifadəsində olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AR-İİİ№ 577639 npmrəli etibarnamədən görünür ki, Maraqlı şəxs3 qardaşı X9 etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi Bahatur oğlu xx.xx.1963-cü ildə Tərtər rayonunda anadan olmuş, həmin sənəddə ata qrafasında X15, ana qrafasında X8 qeyd edilmişdir. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X15 xx.xx.1984-cü ildə ölmüşdür. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X8 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan AZ-İİ № 412784 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2013-cü ildə ölmüşdür. İşdə olan AZ-İİ № 412784 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan JN-549F, KOD nömrəsi ********* olan “X4 Dair” Şəhadətnamənin surətindən görünür ki, həmin sənədlə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İşdə olan Tərtər şəhər İƏD-i üzrə nümayəndənin verdiyi 192 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs3 Tərtər şəhəri, Ş.Həsənov küçəsində yaşayır. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2024-cü ildə qəbul edilmiş 809 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi xx.xx.2963-cü ildə Tərtər şəhərində anadan olmuşdur. X2 xx.xx.1984-cü ildə, anaları X8 xx.xx.2017-ci ildə vəfat etmişlər. Ailədə dörd qardaş və bir bacı olmuşlar. X1 xx.xx.2013-cü ildə, X13 xx.xx.2021-ci ildə vəfat etmişdir. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə ərizəçinin anası X6 mülkiyyətinə Tərtər şəhəri Ş.Həsənov küçəsindən 0,06 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsinə görə JN-549F, KOD nömrəsi ********* olan “Torpağın Mülkiyyət Verilməsinə Dair” Şəhadətnamə verilmişdir. Bu hallar məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında izahat vermiş ərizəçinin vəkaləıtli nümayəndəsi Sahib Kazımov göstərmişdir ki, qardaşı Ərizəçi X19 onunla birlikdə yaşamışdır. Onun bütün tələbatlarını bacardığı qədər ödəmişdir. Anası xx.xx.2017-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra onun dəfn və yas mərasimlərinin xərcini qardaşı Vaqif çəkmişdir. X19 vəfat etdikdən sonra da qardaşı Vaqif ondan miras qalmış həyətyanı torpaq sahələri onun tərəfindən qəbul edilərək özü idarə etmişdir. Anası vəfat etdikdən sonra qardaşı qanunvericiliklə müəyyən edilmiş qaydada ondan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Tərtər rayon Notariat Ofisinə müraciət etməmişdir. Sonradan o, anasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, o da bunu qəbul etmişdir. Odur ki, mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Çünki, qardaşı Ərizəçi mərhum anasından miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, ərizəçi mərhum anasının qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün anasından miras qalmış daşınmaz əmlakları vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin vəkalətli nümyəndəsinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 16 dekabr 2017-ci ildə vəfat etmiş anası X3 miras qalmış, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN -549F KOD nömrəsi 61101004 saylı şəhadətnamə əsasında ünvan 1 ünvanda) yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 16 dekabr 2017-ci ildə vəfat etmiş anası X3 miras qalmış, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN -549F KOD nömrəsi 61101004 saylı şəhadətnamə əsasında ünvan 1 ünvanda) yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar