Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-36/2025 16.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı X15, cavabdehlər X3, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikaının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi X16 ştirakları ilə İddiaçı X15 cavabdehlər X5, Cavabdeh3, Cavabdeh2 qarşı üçüncü şəxslər Azərbaycan Respublikaının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35maqla, cavabdehlərin onların ailəsinə məxsus pay torpaq sahəsinə və pay torpağına gedən yola müdaxilələrin qarşısı alınmaqla onların həmin torpaq sahəsindən və pay torpağına gedən yoldan çıxarılmaları və onların hər birinin torpaq sahəsini zəbt etməklə 25 il müddətinə onlara vurduqları 10000 manat maddi ziyanın onların hər birindən müştərək qaydada tutularaq ona ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X15 cavabdehlər X5, Cavabdeh3, Cavabdeh2 qarşı üçüncü şəxslər Azərbaycan Respublikaının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35maqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli, 16 saylı qərarı ilə Tərtər rayon Alışarlı kəndində onların mülkiyyətinə verilmiş 1,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh X3 müdaxiləsinin qarşısı alınmaqla onun həmin torpaq sahəsindən və torpaq sahəsinə gedən yoldan çıxarılması və torpaq sahəsini zəbt etməklə 25 il müddətində onlara vurduğu 10000 manat maddi ziyanın cavabdeh X1 tutularaq onlara ödənilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Tərtər rayon Alışarlı kəndində onların mülkiyyətlərinə verilmiş və 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh3 və Cavabdeh2 müdaxilələrinin qarşısı alınmaqla onların həmin torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsini zəbt etməklə 25 il müdddətində onlara vurduqları 10000 manat maddi ziyanın cavabdehlərin hər birindən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X28 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, cavabdehlər X7, Cavabdeh3, Cavabdeh2 onların həmkəndliləridir. Tərtər rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Tərtər rayon Alışarlı kəndindən onun və ailə üzvlərinin mülkiyyətinə 1,21 ha kənd təsərrüfatı təyinat torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixldə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən isə Tərtər rayon Alışarlı kəndində onların müılkiyyətlərinə 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh X7 onların ailəsinin mülkiyyətinə verilmiş 1,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yolu və pay torpaq sahəsini 2001-ci ildən zəbt edərək onları mülkiyyətlərinə verilmiş həmin pay torpağından istifadə etməyə imkan verməmişdir. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh Xaləddin Məhəmmədov onların mülkiyyətinə verilmiş pay torpaq sahəsinə gedən yoldan və pay torpaq sahəsindən çıxmamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixldə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən isə Tərtər rayon Alışarlı kəndində onların müılkiyyətlərinə 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müdaxilə edərək həmin torpaq sahəsini zəbt edərək onlara həmin torpaq sahəsindən istifadə etməyə və gəlir əldə etməyə imkan verməmişlər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər onların mülkiyyətlərində olan pay torpaq sahəsindən çıxmamışlar. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərinə əsasən iddinın əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ № 487042 saylı etibarnamənin surətindən görünür ki, X21 və X2 Mürsəl Nəsib oğluna etibarnamə verərək məhkəmə iclasında onları təmsil etməyi həvalə etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişidir ki, iddiaçı tərəflə heç bir ədavəti olmamış, münasibətləri həmkəndli kimi yaxşı olmuşdur. İddiaçı X15 Tərtər Rayon Məhkəməsində ona qarşı qaldırdıqları iddianı qəbul etmədiyini bildirmişdir. Belə ki, ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsinin iddiaçıya məxsus olan pay torpaq sahəsi ilə yaxınlıqda yerləşməsinə baxmayaraq, onun və ailə üzvlərinin pay torpaq sahəsinin heç bir hissəsindən istifadə etmədiyini, özünün və ailəsinin pay torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. İş üzrə mütəxəssis və ekspert rəyləri alınmışdır. Rəylərə qarşı etirazı olmadığını bildirmişdir. Göstərdiklərinə əsasən iddianın ona aid olan hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişidir ki, iddiaçı tərəflə heç bir ədavəti olmamış, münasibətləri həmkəndli kimi yaxşı olmuşdur. İddiaçı X15 Tərtər Rayon Məhkəməsində ona qarşı qaldırdıqları iddianı qəbul etmədiyini, ona və ailə üzvlərinə məxsus olan pay torpaq sahəsinin iddiaçıya məxsus olan pay torpaq sahəsi ilə qonşuluqda yerləşməsinə baxmayaraq, onun və ailə üzvlərinin pay torpaq sahəsindən istifadə etmədiyini, özünün və ailəsinin pay torpaq sahəsinin ölçülərinin sənədə uyğun verildiyini bildirmişdir. İş üzrə mütəxəssis və ekspert rəyləri alınmışdır. Mütəxəssis və ekspert rəylərinə qarşı etirazı olmadığını bildirmişdir. Göstərdiklərinə əsasən iddianın ona aidiyyəti olmadığını və həmin hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddianı qəbul etməmiş və göstərmişidir ki, iddiaçı tərəflə heç bir ədavəti olmamış, münasibətləri həmkəndli kimi yaxşı olmuşdur. İddiaçı X15 Tərtər Rayon Məhkəməsində ona qarşı qaldırdığı iddia tələbini qəbul etmədiyini bildirmişdir. Ona və ailə üzvlərinə məxsus olan pay torpaq sahəsinin iddiaçıya məxsus olan pay torpaq sahəsi ilə qonşuluqda yerləşməsinə baxmayaraq, iddiaçının və ailə üzvlərinin pay torpaq sahəsindən istifadə etmədiyini, torpaq sahəsinin gediş-gəliş yolunu bağlamadığını, həmin yolun açıq olduğunu bildirmişdir. İş üzrə mütəxəssis və ekspert rəyləri alınmışdır. Mütəxəssis rəyi ilə razı olduğunu, lakin ekspert rəyi ilə razı olmadığını göstərmiş, iddianın ona aid olan hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikaının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X29 göstərmişdir ki, iddiaçı və cavabdeh tərəflə heç bir ədavətləri və qohumluğu olmamışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İdarənin mütəxəsisləri tərəfindən iddiaçı və cavabdeh tərəfin mülkiyyətinə verilmiş pay torpaq sahələrinə baxış keçirilmiş və qanunamüvafiq qaydada rəy verilmişdir. Həmin rəyi müdafiə etdiklərini, mülki iş üzrə müvafiq qətnamə qəbul edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş üzrə məhkəmədə şahid qismində ifadə vermiş X30 göstətmişdir ki, Azərbaycan Respublikaının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində mühəndis vəzifəsində işləyir. İddiaçı və cavabdeh tərəflə heç bir ədavəti, qohumluğu yoxdur. Onları mülki iş üzrə rəy verilməsi ilə bağlı onların torpaq sahələrinə baxış keçirərkən tanımışdır. Mülki iş üzrə Cavabdeh1 həyətyanı torpaq sahəsi ölçülmüşdür. Mübahisəli gediş-gəliş yolu sxem üzrə mövcuddur. O, həmin yola baxış keçirırərkən bir hissəsini açıq olduğunu, lakin yolu axıra kimi getmədiyini bildirmişdir. Xaləddin Məhəmmədov iddiaçını və ailə üzvlərini kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etməmişdir. Eləcə də digər cavabdehlərin də dövlət aktlarına əsasən torpaq sahələrinin koordinatları naturada təyin edilmiş və onların da iddiaçının və ailə üzvlərinin pay torpaq sahəsini zəbt etmədikləri müəyyən edilmişdir. İş materiallarında olan sosial müavinət və təqaüd haqqında arayışın surətindən görünür ki, X4 mühqribəsi veteranıdır. İş materiallarında olan Tərtər rayon Soyulan kənd İƏD-i üzrə nümayəndənin verdiyi 107 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 rayon Soyulan kənd İƏD-i üzrə nümayəndəliyin Alışarlı kəndində yaşayır. İş materiallarında olan A№ 976553 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, X12 adına Tərtər rayon Qapanlı kəndində 1,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan A№ 679564 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, X13 adına Tərtər rayon Qapanlı kəndində 1,6197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixldə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış sənədində Tərtər rayon Qapanlı kəndində yerləşən 1,6197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı, X32, X8, X18 və X19 ümumi birgə payçı kimi qeyd edilmişlər. İş materiallarında olan JN-015A saylı KOD nömrəsi 61106048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş Tərtər rayon Qapanlı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzrə X7, X9 və X10 mülkiyyətçi kimi qeyd olunmuşlar. İş materiallarında olan A№ 760904 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Cavabdeh2 adına Tərtər rayon Qapanlı kəndində 1,2549 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh X3 həyətyanı torpaq sahəsi naturada ölçülmüşdür. TEKUİS məlumat bazasına əsasən X12 və X14 mülkiyyətinə verilmiş torpaq sahəsinə nəzərdə tutulan gediş-gəliş yolu hal-hazırda naturada mövcuddur və cavabdeh X7 tərəfindən bağlanmamışdır. TEKUİS məlumat bazasına əsasən “Torpağa Mülkiyyət Hüququna Dair” JN -453 saylı Dövlət Aktı ilə Cavabdeh3 və JN-451 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı ilə Cavabdeh2 mülkiyyətinə verilən torpaq sahələrinin sənəd üzrə koordinatları naturada təyin edilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı Cavabdeh2 sənəd üzrə mülkiyyətinə verilən torpaq sahəsindən istifadə etmirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10/4254 saylı xx.xx.2025-ci il tarixli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. Qərardadın birinci sualı üzrə - cavabdeh X3 həyətyanı torpaq sahəsi naturada ölçülmüşdür. TEKUİS məlumat bazasına əsasən X12 və X14 mülkiyyətinə verilmiş torpaq sahəsinə nəzərdə tutulan gediş-gəliş yolu hal-hazırda naturada mövcuddur və cavabdeh X7 tərəfindən bağlanmışdır. Qərardadın ikinci və üçüncü sualları üzrə- TEKUİS məlumat bazasına əsasən “Torpağa Mülkiyyət Hüququna Dair” JN -453 saylı Dövlət Aktı ilə Cavabdeh3 və JN-451 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı ilə Cavabdeh2 mülkiyyətinə verilən torpaq sahələrinin sənəd üzrə koordinatları naturada təyin edilmişdir. İddiaçı və cavabdehlərə Dövlət Aktı əsasında pay torpaq sahələri verilmiş çıxarışlar ilkin torpaq islahatına dair kompleks yer quruluşu layihəsinə uyğun hazırlandığından, nə faktiki istifadəçiliklə nə də TEKUİS-lə uyğunluq təşkil ütmir. Mütəxəssis rəyi TEKUİS-ə uyğun hazırlanmışdır. Odur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı olunun sənəd üzrə mülkiyyətinə verilən torpaq sahəsindən istifadə etmədiyi müəyyən olunmuşdur. Məhkəmə iddiaçının, cavabdehlərin, üçüncü şəxs Azərbaycan Respublikaının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı X28 cavabdehlər X5, Cavabdeh3, Cavabdeh2 qarşı torpaqdan çıxarılma, gediş-gəliş yolunun açılması və ziyan tələbi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə iclasında izahat vermiş iddiaçı Mürsəl Quliyev göstərmişdir ki, cavabdehlər onunla həmkəndlidir. Tərtər rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Tərtər rayon Alışarlı kəndindən onun və ailə üzvlərinin mülkiyyətinə 1,21 ha kənd təsərrüfatı təyinat torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixldə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən isə Tərtər rayon Alışarlı kəndində onların müılkiyyətlərinə 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh X7 onların ailəsinin mülkiyyətinə verilmiş 1,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yolu və pay torpaq sahəsini 2001-ci ildən zəbt edərək onları mülkiyyətlərinə verilmiş həmin pay torpağından istifadə etməyə imkan verməmişdir. Dəfələrlə ona xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh pay torpaq sahəsinə gedən yoldan və pay torpaq sahəsindən çıxmamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixldə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən isə Tərtər rayon Alışarlı kəndində onların müılkiyyətlərinə 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müdaxilə edərək həmin torpaq sahəsini zəbt edərək onlara həmin torpaq sahəsindən istifadə etməyə və gəlir əldə etməyə imkan verməmişlər. Odur ki, məhkəməyə hazıki iddia iddia tələbi ilə müraciət etmişdir. İddiaçı onların müılkiyyətlərinə 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanunsuz istifadə etmələrini bildirsə belə bununla bağlı həar hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də məhkəmə iclasında izahat vermiş cavabdeh X7 iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,21 ha pay torpaq sahəsinə gedən yolu bağlamadığını, iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etmədiyini bildirsə də bununla bağlı hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ancaq məhkəmə iclasında elan olunmuş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10/4254 saylı xx.xx.2025-ci il tarixli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. Qərardadın birinci sualı üzrə-cavabdeh X3 həyətyanı torpaq sahəsi naturada ölçülmüşdür. TEKUİS məlumat bazasına əsasən X12 və X14 mülkiyyətinə verilmiş torpaq sahəsinə nəzərdə tutulan gediş-gəliş yolu hal-hazırda naturada mövcuddur və cavabdeh X7 tərəfindən bağlanmışdır. Qərardadın ikinci və üçüncü sualları üzrə- TEKUİS məlumat bazasına əsasən “Torpağa Mülkiyyət Hüququna Dair” JN -453 saylı Dövlət Aktı ilə Cavabdeh3 və JN-451 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı ilə Cavabdeh2 mülkiyyətinə verilən torpaq sahələrinin sənəd üzrə koordinatları naturada təyin edilmişdir. İddiaçı və cavabdehlərə Dövlət Aktı əsasında pay torpaq sahələri verilmiş çıxarışlar ilkin torpaq islahatına dair kompleks yer quruluşu layihəsinə uyğun hazırlandığından, nə faktiki istifadəçiliklə nə də TEKUİS-lə uyğunluq təşkil etmir. Mütəxəssis rəyi TEKUİS-ə uyğun hazırlanmışdır. Odur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı olunun sənəd üzrə mülkiyyətinə verilən torpaq sahəsindən istifadə etmədiyi müəyyən olunmuşdur. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi cavabdeh Xaləddin Məhəmmədovun istifadəsindədir. Cavabdeh Xaləddin Məhəmmədovun həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamış, ancaq öz qanunsuz hərəkətlərinə əsaslanaraq torpaqdan istifadə edirlər. Ona görə də cavabdeh Xaləddin Məhəmmədovun sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Tərtər rayon Alışarlı kəndində yerləşən X12 və X14 mülkiyyətinə verilmiş torpaq sahəsinə nəzərdə tutulan gediş-gəliş yolu hal-hazırda naturada mövcuddur və TEKUİS məlumat bazasına əsasən cavabdeh X7 tərəfindən bağlanmışdır. Cavabdeh X7 torpaq sahəsindən çıxarılmalı, həmin yol açılmalıdır. İddiaçı iddia ərizəsində torpaq sahəsini zəbt etməklə 25 il müddətində onlara vurduğu 10000 manat maddi ziyanın cavabdeh X1 tutularaq onlara ödənilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Tərtər rayon Alışarlı kəndində onların mülkiyyətlərinə verilmiş və 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh3 və Cavabdeh2 müdaxilələrinin qarşısı alınmaqla onların həmin torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsini zəbt etməklə 25 il müdddətində onlara vurduqları 10000 manat maddi ziyanın cavabdehlərin hər birindən tutularaq onlara ödənilməsini tələb etsə də alınmış mütəxəssis və ekspert rəylərindən görünür ki, iddiaçıya məxsus pay torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanunsuz istifadə etmələri müəyyən edilməmişdir. Eləcə də iddiaçının iddiasının 25 il müdddətində onlara vurduqları 10000 manat maddi ziyanın cavabdehlərdən alınaraq onlara verilməsi hissəsində iddiaçı konkret olaraq həmin ziyanın nədən ibarət olmasını və hansı məbləğ təşkil etməsi ilə bağlı mötəbər sübutu məhkəmə təqdim etməmişdir. Məhkəmə iddianın həmin hissələrdə təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti cavabdeh X1 bərabər qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X11, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, idiaçının və cavabdehlərin izahatlarını, iş materiallarına əlavə edilmiş ekspert rəyini və digər sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Tərtər rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli, 16 saylı qərarı ilə Tərtər rayon Alışarlı kəndində yerləşən X12 və X14 mülkiyyətinə verilmiş 1,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh X3 müdaxiləsinin qarşısı alınmalı, o, həmin torpaq sahəsindən və torpaq sahəsinə gedən yoldan çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli, 16 saylı qərarı ilə Tərtər rayon Alışarlı kəndində yerləşən X12 və X14 mülkiyyətinə verilmiş 1,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh X3 müdaxiləsinin qarşısı alınsın, o, həmin torpaq sahəsindən və torpaq sahəsinə gedən yoldan çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X11, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-36/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-36/2025
16.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver