Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-367/2025 06.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, həyətinə qanunsuz girməsi, ictimai yerdə onu söyüb-təhqir etməsi, Şəhidin adına nalayiq sözlər deməsinə, Şəhidin adının ucaldılması məqsədi ilə tikilən ulağın tikilməsinə maneçilik törətməsi, ona qarşı kobud hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması, şərəf və ləyaqətini alçaltdığı üçün 6000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin icrasının Tərtər Rayon Polis Şöbəsinə vəTərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1985-ci ildə Tərtər rayon Narçılıq sovxozunun Düyərli kəndi ərazisində mərhum həyat yoldaşı X7 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş və həmin evdə yaşayır. Həmin ərazi yol kənarında olduğu üçün mərhum Şəhid oğlunun adına öz şəxsi vəsaiti hesabına “Şəhid Bulağı” tikdirmək istəmişdir. Lakin Cavabdeh adlı şəxs bulağın tikilməsinə imkan verməmişdir. Onu təhqir etmiş, Şəhidin fotoşəkli olan şüşə çərçivəni sındırıb, foto şəkilə bükülmüş bayrağı təhqir etmişdir. Onu nalayiq söyüşlərlə təhqir etmişdir. Həyətinə qanunsuz daxil olur, rüsvay etmişdir. Lazımi qurumlara müraciət etsə də mülki iş olduğunu bildirərək ona məhkəməyə müraciət etməyi bildirmişlər. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və maneələrin aradan qaldırılması, şərəf və ləyaqətin tapdanması üçün mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə son qiyulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi məqsəduyğun hesab edərək müraciət etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması,həyətinə qanunsuz girməsi, ictimai yerdə onu söyüb-təhqir etməsi, Şəhidin adına nalayiq sözlər deməsinə, Şəhidin adının ucaldılması məqsədi ilə tikilən ulağın tikilməsinə maneçilik törətməsi, ona qarşı kobud hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması, şərəf və ləyaqətini alçaltdığı üçün 6000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin icrasının Tərtər Rayon Polis Şöbəsinə vəTərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkalətli nümayəndəsi X6 iddia tələbini qanuni və əsaslı hesab edib, müdafiə edərək bir daha tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AR-İİ № 439863 nömrəli etirabnamənin surətindən görünür ki, İddiaçı X2 etibarnamə verərək onu məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o, Tərtər rayon Düyərli kəndində anadan olmuş və hazırda da həmin ünvanda yaşayır. İddiaçı yol kənarında mərhum Şəhid oğlunun adına tiktirdiyi “Şəhid Bulağı”nın inşasında orada olmamış, bulağın tikilməsinə maneçilik törəməmişdir. Eləcə də orada olmadığından iddiaçını təhqir etməmiş, Şəhidin fotoşəkli olan şüşə çərçivəni sındırmamış, foto şəkilə bükülmüş bayrağı təhqir etməmişdir. Bunlarla yanaşı iddiaçını nalayiq söyüşlərlə təhqir etməmişdir. Heç vaxt iddiaçının həyətinə qanunsuz daxil olmamışdır. X3 ona qarşı qaldırdığı iddia tələbinin heç bir hüquqi əsası olmadığından qəbul etmədiyini bildirmiş, məhkəmədən həmin tələbin rədd olunması barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 003106 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Şəhid ailəsidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər rayon Düyərli kəndində İddiaçı mülkiyyətində 0,19 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********25-10301 nömrəli texniki pasportun surətindən görünür ki, Tərtər rayon Düyərli kəndində İddiaçı adına fərdi yaşayış evi vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28 may 2005-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1994-cü ildə Ağdərə rayonunda döyüş meydanında Şəhid olmuşdur. Məhkəmə idiaçının vəkalətli nümayəndəsinin, cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ilə cavabdehin arasında əvvəllər torpaq mübahisəsi olmuşdur. Onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Məhkəmə iclasında izahat vermiş iddiaçının vəkalətli nümayəndəsi Məlahət Mehtiyva göstərmişdir ki, cavabdehlə münasibətləri yaxşı deyildir. 1985-ci ildə Tərtər rayon Narçılıq sovxozunun Düyərli kəndi ərazisində mərhum atası X7 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmiş və həmin evdə yaşayırlar. Həmin ərazi yol kənarında olduğu üçün mərhum Şəhid qardaşının adına öz şəxsi vəsaiti hesablarına “Şəhid Bulağı” tikdirmək istəmişlər. Lakin Cavabdeh bulağın tikilməsinə imkan verməmişdir. Anasını təhqir etmiş, Şəhidin fotoşəkli olan şüşə çərçivəni sındırıb, foto şəkilə bükülmüş bayrağı təhqir etmişdir. Onu nalayiq söyüşlərlə təhqir etmişdir. Həyətə qanunsuz daxil olur, rüsvay etmişdir. İddiaçı izahatında göstərdiyi hallar barədə hər hansı bir sübutu, dəlili məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslaaraq izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasına izahat vermiş cavabdeh İldırım Əİliyev göstərmişdir ki, iddiaçı ilə aralarında torpaq mübahisəsi olmuşdur. Bununla bağlı məhkəmə qətnamələri olmuşdur. O, heç vaxt bir qadın olaraq iddiaçının şərəf və ləyaqətini alçaltmamış, onun tikdirdiyi şəhid bulağının yanında olmamış, onu və ya şəhidi söyüb təhqir etməmişdir. O, iddiaçıya heç bir mənəvi ziyan vurmamışdır. İdddianın təmin edilməməsini xahiş etmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçı tərəfindən söyülüb təhqir edilməsi, şəhid bulağının tikintisinə maneçilik törətməsi, Şəhidin fotoşəkli olan şüşə çərçivəni sındırması, foto şəkilə bükülmüş bayrağı təhqir etməsi nəticəsində mənəvi zərərə məruz qalmasını, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Şərəf və ləyaqətin alçaldılmasının həqiqətə uyğun olmamasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə tərəflərin izahatlarının, iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh eyni kənddə, lakin ayrı-ayrı ünvanlarda yaşayırlar. İddiaçı cavabdehin ona qarşı qanunsuz hərəkətlər edərək mənəvi zərər vurmasını tələbinin əsası kimi qəbul etməsini və cavabdehin iddia tələbinin əsassız hesab edib qəbul etməməsini, işin faktiki hallarını araşdırıb hesab edir ki, tələbin təmin olunması üçün hüquqi əsasların mövcud olmaması qənaətinə gəlir. Həmçinin iddiaçı tərəf iddia tələbinin əsası kimi yəni, cavabdehin ona qarşı qanunsuz hərəktlərin nəticəsində mənəvi zərərə məruz qalması ilə bağlı istinad etdiyi halları sübut etmək üçün heç bir mötəbər mənbədən əldə edilmiş sənədlər təqdim etməmişdir. Azərbaycan Respublikası MM-nin şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsindən bəhs edən 23.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Eləcə də “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı yalnız formal mülahizələr əsasında cavabdehin qanunsuz hərəkətləri ilə ona mənəvi zərər vurulmasını göstərməklə kifayətlənmişdir. Halbuki, mülki qanunvericilik mövcud vəziyyətdə, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu iddiaçıda saxlanıldığı halda keçirdiyi sarsıntı və iztirabları sübut etmək vəzifəsini də məhz iddiaçıya aid etmişdir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hazırkı iş üzrə iddiaçı məhkəmə iclası zamanı iddia tələbini təkzib olunmaz dəlillərlə sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququnun pozulduğu müəyyən edilmədiyindən, onun cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkətlər edərək ona mənəvi zərər vurması məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından, iddiaçının tələbinin əsaslı sayılması məqsədə müvafiq deyildir. Ona görə də məhkəmə işin müəyyən ediılmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının vəkalətli nümayəndəsinin, cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması,həyətinə qanunsuz girməsi, ictimai yerdə onu söyüb-təhqir etməsi, Şəhidin adına nalayiq sözlər deməsinə, Şəhidin adının ucaldılması məqsədi ilə tikilən ulağın tikilməsinə maneçilik törətməsi, ona qarşı kobud hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması, şərəf və ləyaqətini alçaltdığı üçün 6000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin icrasının Tərtər Rayon Polis Şöbəsinə vəTərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması,həyətinə qanunsuz girməsi, ictimai yerdə onu söyüb-təhqir etməsi, Şəhidin adına nalayiq sözlər deməsinə, Şəhidin adının ucaldılması məqsədi ilə tikilən ulağın tikilməsinə maneçilik törətməsi, ona qarşı kobud hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması, şərəf və ləyaqətini alçaltdığı üçün 6000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin icrasının Tərtər Rayon Polis Şöbəsinə vəTərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-367/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-367/2025
06.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver