Məhkəmə qərarları › İş №2(102)-2542/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2542/2023

20.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2542/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 mart 2023-cü il tarixli, 2(10 3)-1721/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 20 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin ev özbaşına tikili olmaqla iddiaçının baba və nənəsinə məxsus olmuşdur. İddiaçı körpə olan vaxtı onun valideynləri ayrılmışdır və iddiaçının anası onunla hazırda mübahisə predmeti olan evə qayıtmışdır. İddiaçının anası xx.xx.2001-ci ildə vəfat etmişdir və ona babası Quliyev Şahmar Yaqub oğlu qəyyum təyin olunmuşdur. 10 yanvar 2006-cı il tarixdə babası da vəfat etmiş, bundan sonra ona Səbail rayonu İcra Hakimiyyətinin Başçısının 10 may 2007-ci il tarixli sərəncamı ilə nənəsi X3 qəyyum təyin olunmuşdur. X3 16 noyabr 2021-ci il tarixdə ölmüşdür.

2. Bundan sonra həmin yaşayış sahəsindən istifadə üzrə iddiaçı ilə cavabdehlərin arasında mübahisə yaranmışdır. Bu səbəbdən qaynaqlanan şikayətlərlə bağlı polis orqanında bir neçə dəfə araşdırmalar aparılmış və onlar münaqişəli ailə kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət olan evin (mənzilin) giriş-çıxışına, onun bütün otaqlarından və yardımçı sahələrindən, onlardakı məişət əşyalarından, evin həyətyanı sahəsindən istifadəyə yaradılan məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, evin (mənzilin) giriş qapısının və bütün otaqlarının qapılarının açarının bir nüsxəsinin ona verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını, gələcəkdə cavabdehlərə belə məhdudiyyətlərin (maneələrin) yaradılmasının qadağan edilməsini və göstərilən sahələrdən istifadə qaydalarının müəyyən edilməsini, cavabdehlərdən mənəvi ziyanın əvəzi kimi 3000 manatın və dövlət rüsumu qismində ödənilmiş 150 manatın onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir

4. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Körpəliyindən faktiki olaraq babası Quliyev Şahmar Yaqub oğlu və nənəsi X3 ilə birlikdə yaşamışdır. Həmin evdə daimi qeydiyyatda olmuşdur. Anası Quliyeva (Həsənova) Ülviyyə Şahmar qızı atasından ayrılmışdır və xx.xx.2001-ci ildə vəfat etmişdir. Atası da heç v axt onunla maraqlanmamışdır. O, babasının və nənəsinin himayəsində həmin evdə böyümüşdür. Babası xx.xx.2006-cı ildə vəfat etdiyindən Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 140 saylı sərəncamı ilə nənəsi ona qəyyum təyin edilmişdir. Nənəsi də xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun hazırda 24 yaşı var. Dayısı Quliyev Şahmar Emin oğlu və onun ailəsi (arvadı Cavabdeh2, Cavabdeh3, Quliyev Şahmar Emin oğlu) bu ünvanda formal qeydiyyatda olmuşlar. X4 küçəsi, ev 17, mənzil 12 ünvanında yaşamış, 2021-ci ildə nənəsinin vəfatından sonra babasının evinə köçmüşlər. Nənəsi rəhmətə gedənədək birlikdə yaşamışlar. Nənəsi sağ ikən ona heç nə deyən yox idi. O, evin hər bir otağından (iki yataq otağı, bir zal (iki otaq birləşdirilib zala çevrilib), bir istirahət otağı, bir mətbəx) və yardı mçı sahələrindən (həyətdə 1 mətbəx, 1 sanitar qovşağı) rahatlıqla istifadə edirdi. 12 kv.metrlik yataq otağı, istirahət otağı və mətbəx anasından qalan və özünün aldığı daşınar əşyalarla və öz şəxsi əşyaları ilə təchiz edilmişdir. Dayısı və ailəsi nənəsinin həyatda olmamasından istifadə edib ondan evdən çıxıb getməyini tələb edir, onu evdən qovurlar, evə girişə-çıxışa, otaqlardan və yardımçı sahələrdən (sanitar qovşağından) istifadə etməyinə məhdudiyyətlər, maneçiliklər yaradırlar, evin iki otağına ümumiyyətlə buraxmırlar. Özü sərbəst evə girib-çıxması üçün onun ayrıca açarı olmalıdır, lakin özünə açarın nüsxəsini çıxarmaq üçün evin açarını ona vermirlər. O evə gələndə özləri evdə olmayanda, açarı olmadığına görə onlar evə gələnədək evə girə bilmir, soyuqda küçədə qalır. Evdə də ona qarş ı psixi və fiziki zorakılıqlar edirlər, rahatlıq vermirlər. Bəzən qapını açmayıb “çıx hara gedirsən get” deyirlər. Belə edirlər ki, o, bezib məcbur olub çıxıb getsin, ayrı yaşasın. Halbuki, bu evdə anadan olan vaxtdan yaşayır, cavabdehlər isə 2021-ci ildə köçüblər. Bir neçə dəfə sahə inspektoruna, DİN-nin 102 qaynar xəttinə, Səbail RPİ-nin 8-ci Polis Bölməsinə (xx.xx.2021-ci ildə və xx.xx.2022-ci ildə) müraciətlər etsələr də heç bir nəticəsi yoxdur. Onun yaşamaq üçün başqa evi yoxdur, lakin dayısının ona məxsus başqa evi vardır, oranı kirayə verib sözü gedən mənzildə yaşayırlar. O evdən, onlardakı əşyalardan rahat şəkildə istifadə etmək, mənzil, yaşayış sahəsindən istifadə hüquqlarını maneəsiz olaraq həyata keçirmək istəyir.

5. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, id dia tələbini qəbul etmir. İddia əsassızdır və rədd edilməlidir.

6. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, açıq ürək əməliyyatı olunmuş və reanimasiyada olan zaman, ayın 13-ü yoldaşı öz əli ilə açarı ona verib. Ülkər isə gedib açarı dəyişib. 22 fevral tarixdə hazırlıq iclasından çıxandan sonra iddiaçı gedib yenə polisə şikayət edib. Anasının yasında hər kəsin içində onu təhqir etmişlər. Atasının ili üçün marketə alış-verişə getmişdilər, Ülkər Bilgəhdən gəlib qapının bağlı olduğunu görən zaman ona və uşaqlara xəbər etmədən polisə zəng edib. Hər şeyi edən bacısı Ruhiyədir. Ruhiyə özü evdə qeydiyyatda olmadığı üçün Ülkərin adı ilə edir. Ülkərə atalıq etmişdir

7. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayır. Şuşa şəhərində qeydiyyatdadır. Həm Ülkərin yaşadığı, həm də öz ailəsi ilə yaşadığı evləri idarə edir, bişirir, yuyur, təmizləyir. Onun evi 1 otaqlı olduğu üçün Ülkəri özü ilə aparmır. Ülkər doğulan gündən dayısı ona düşmən kimi davranır. Anasının üçündən sonra evi satmaq istədiyini, evdən çıxıb getməklərini deyir.

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 28 mart 2022- ci il tarixli, 2(009)-470/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadəsinə maneələrin yaradılması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alı nmamış olsa da, ev faktiki olaraq mövcuddur və tərəflər yaşayış sahəsi kimi istifadə edir. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.

10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev öz hüquqi statusuna görə özbaşına tikili olduğu üçün, tərəflərdən heç biri həmin evdən istifadə ilə əlaqədar üstünlük hüquqlarına malik deyillər.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli evdən istifadə ilə əlaqədar hər hansı üstünlük hüquqları olmadığından istifadə qaydasının müəyyən edilməsi barədə tələbi cavabdehlərin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da yolverilməzdir.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehlər tərəfindən İddiaçı hər hansı mənəvi ziyanın dəyməsi öz təsdiqini tapmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.1, 180.1, 180.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iddianın təmin edilməməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışlar ki, məhkəmənin qətnaməsindən göründüyü kimi iddiaçı özü həmin evdə - ünvan 1 ünvanında yaşamasını etir af etmişdir. Cavabdehlərin həmin evdə yaşamaması barədə onların izahatları ilə və rəsmi məktubla sübut olunmuşdur. Bu hallar sübut kimi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş və gələcəkdə iddiaçının ehtimalla yarana biləcək hüquq pozuntusuna hazırki qətnamə ilə hüquqi qiymət vermişdir. Yaşayış evinin həyətyanı sahəsinin mövcud olması barədə sübutlar mövcud deyildir. Həmin yaşayış sahəsində cavabdehlərin daimi yaşadıqları və qeydiyyatda olduqları evdən iddiaçının qanunsuz hərəkətlərinə görə yaşamamaları səbəbindən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadənin maneələrin yaradılması halı baş verməsi mümkün deyildir. İşin halları ilə tam sübut olunur ki, hazırda iddiaçı xalası Ruhiyyə Kazımova ilə birlikdə həmin evdə yaşayır və cavabdehləri qeyd edilən evə buraxmırlar.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4237/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş təhqiqat materiallarının surətindən görünür ki, İddiaçı Polis Bölməsinə verdiyi xx.xx.2022-ci il tari xli izahatında cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiyini bildirmişdir.

17. İddiaçı cavabdehlərin onun fərdi yaşayış evindən və həyətyanı sahəsindən istifadə etməsinə maneələr yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman cavabdehlər həmin ünvanda yaşamamışlar. Cavabdeh1 12 yanvar 2020-ci il tarixdə, digər cavabdehlər isə 13 yanvar 2020-ci il tarixdə mübahisəli evi tərk etmişlər, onların iddiaçıya evdən istifadə etməsinə maneə törətmələri iş materialları ilə sübut edilmir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 152.6, 157.8, 180.1, 180.2, 560.2-ci maddələrinə istinadla əsaslandırmış dır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2022ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

20. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır: 21. “Tərəflər arasında yaranan mübahisə, iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi üzrə yaranmışdır. Bu baxımdan iddia işin halları Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında yoxlanmalıdır. A zərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması barədə iddia tələbi, onun Konstitusiyada təsbit olunmuş hüququnu səmərəli səviyyədə təmin etməlidir.

22. Lakin işin halları və məhkəmənin iddianın rədd olunması barədə gəlidiyi nəticə, iddiaçının mənzil hüquqlarını n səmərəli təmin olunması barədə qənaətə gəlməyə imkan vermir.

23. Belə ki, evdən istifadə üzrə tərəflər arasında münaqişəli vəziyyətin olduğu birmənalıdır. Bu münaqişə bilavasitə iddiaçı ilə bağlı olmasa da, cavabdehin bacısı X1 da həmin evdə yaşamasıdır. Bu hal Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də birmənalı olaraq təsdiq olunur. Cavabdeh2 həmin izahatında aşıq şəkildə bildirmişdir ki, açarı iddiaçıya verməyə razıdırlar, bir şərtlə ki, baldızı Ruhiyyə orada qalmasın, o özü üçün qorxmuşdur, Ruhiyyə ilə baş edə bilməzdi.... Ruhiyyə gəlməsin, Ülkər işinə getsin-gəlsin, açar da onda olsun, sakit yaşasınlar. Ruhiyyə yoldaşının yoxluğunu bilsə onları sürüyərək evdən çıxarar.

24. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iş materiallarına əlavə edilmi ş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2022ci il tarixli məktubuna əlavə edilmiş təhqiqat materiallarını və iddiaçının Polis Bölməsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatında cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiyini bildirməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iddianın rədd olunması, iddiaçının evdən istifadə etməsinə cavadehlərin maneə törətməməsi barədə qənaətə gəlməyə kifayət edən əsas deyil. İlk növbədə nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiyini bildirməsi, onların mənzildən birdəfəlik getməsi anlamına gəlmir. Çünki cavabdehlərin izahatlarından və iş materiallarından göründüyü kimi evin iki otağında onlara məxsus əşyalar yığılmışdır və həmi n otaqlara iddiaçının girməsinə razı deyillər. Bu isə onu ehtiva edir ki, cavabdehlər evdə yaşamasalar da, faktiki olaraq oradan istifadə edir və bu münasibətlərin iştirakçısıdır. Bundan başqa, cavabdehlərin yenidən həmin evə qayıtması və yenidən tərəflər arasında münaqişənin davam etməsi istisna olunmur. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

25. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.20230-cü il tarixli, 2(103)-1721/2023 nömrəli qətnaməsi ilə (hakimlər Elnur Həsənovun sədrliyi və məruzəsi ilə, Xumar Mərdanova və Sabit Bəhramzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

27. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiklərini bildirmələri, onların mənzildən birdəfəlik getməsi anlamına gəlmir. Çünki cavabdehlərin izahatlarından və iş materiallarından aydın olur ki, evin iki otağında onlara məxsus əşyalar yı ğılmışdır və həmin otaqlara iddiaçının girməsinə razı deyillər. Başqa sözlə, cavabdehlər evdə yaşamasalar da, faktiki olaraq oradan istifadə edirlər və iddiaçının evdən istifadəsinə dolayı şəkildə maneçilik törətmələri mümkündür.

28. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunan hal, yəni evin Cavabdeh1 mülkiyyətinə keçirilmiş olması da bu qənaətə gəlməyə əsas yaradır.

29. Həmin halla, yəni mübahisəsi gedən evin Cavabdeh1 mülkiyyətinə keçirilməsi ilə əlaqədar isə kollegiya aşağıdakıları qeyd etmişdir:

30. Yuxarıda qeyd olunduğu kimi, mübahisəsi gedən ev 1976-cı il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport” əsasında iddiaçının babası Quliyev Şahmar Yaqub oğluna məxsus olmuş, iddiaçı təxminən 2000-ci ildən babasının razılığı i lə həmin evə köçüb orada yaşamışdır.

31. Bu baxımdan kollegiyanın qənaətinə görə, İddiaçı mübahisəsi gedən evə ev onun babasının mülkiyyətində (qanuni sahibliyində) olduğu dövrdə, yəni babasının (anasının) ailə üzvü olaraq evdə onlarla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən (§ 37-38) istifadə hüququ əldə etmişdir.

32. Sözügedən evə dair həmin dövrdə Şahmar Quliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış olması fərqli nəticəyə gəlinməsinə əsas yarada bilməz; belə ki, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.

33. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sadalanmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur.

34. Həmçinin qeyd olunmalıdır ki, mübahisəsi gedən evin Şahmar Quliyevin vəfatından sonra onun miras əmlakı kimi vərəsəliyin predmeti olması, Şahmar Quliyevin özünün də evə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqlarının olduğuna dəlalət edir - Avrop a Məhkəməsinin presedentləri baxımından isə qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

35. Şərh olunanlara əsasən kollegiya hesab etmişdir ki, İddiaçı evdən istifadə hüququ olan şəxs kimi həmin əmlakdan istifadəsinə yaradılan maneələrin qadağan olunması ilə bağlı müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququ olan şəxsdir (§ 31-34).

36. Digər tərəfdən qeyd olunmalıdır ki, İddiaçı sözügedən evə münasibətdə həm də mərhum babasının vərəsəsidir (§ 39); belə ki, onun anası babasından əvvəl ölmüş, özü isə miras əmlakı faktiki qəbul etmişdir.

37. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

38. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

39. İşin hallarından mübahisəsiz qaydada müəyyən olunmişdur ki, İddiaçı babasından qalmış miras əmlakı (mübahisəsi gedən evi) əmlaka faktiki sahiblik və onu faktiki idarə etmək üsulu ilə qəbul etmişdir.

40. Həmin əmlaka dair vərəsəlik şəhadətnaməsinin notarius tərəfindən Cavabdeh1 adına verilməsi və evin vərəsəlik qaydasında onun adına rəsmiləşdirilməsi də fərqli nəticəyə gəlinməsi nə səbəb ola bilməz – belə ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir.

41. Məhkəmə kollegiyası mövqeyini AR Konstitusiyasının 43.1, AR Mülki Məcəlləsinin 5.3, 33.3, 157.8, 158.1, 158.4, 165.1, 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1, 1243.2, 1246, 1255, 1321.2, 1321.3-cü, xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 53, 57, 123-cü, eləcə də AR Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 81, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qəra r qəbul edilməsini xahiş etmişdir.

43. Kassator şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi, 8 saylı ev vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş və o həmin evə dair çıxarış almışdır. Lakin, məhkəmə iddia tələbindən kənara çıxaraq vərəsəlik predmetinə hüquqi qiymət vermişdir.

44. Kassator şikayətini AR Konstitusiyasının 13-cü, AR Mülki Məcəlləsinin 152.1, 157.2, 1096.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişiklik edilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Tət biq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

46. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

48. Maddə 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir

49. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəll ədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur

50. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

51. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.

52. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir

53. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvə lki ildə əldə edildikdə bu cür iddia istisna edilir

54. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

55. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır

56. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

57. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

58. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bəra bər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

59. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik b aşladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

60. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

61. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

62. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

63. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

64. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kim i qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

65. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

66. Maddə

123. Yaşayış evi mülkiyyətçisin in özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırki kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin aktı cavabdehin şikayəti əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 77. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh e dilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

78. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1721/2023 saylı, 9 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar