Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-39/2025 12.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla torpaq sahəsinin boşaldılması və onların istifadələrinə verilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron Çıxarışa əsasən onların mülkiyyətlərinə verilmiş Tərtər rayonu Sarov kəndində yerləşən ümumi sahəsi 3,0848 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin onların istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron Çıxarışa əsasən Tərtər rayonu Sarov kəndində yerləşən ümumi sahəsi 3,0848 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/6 hissəsi X3, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı4 və 1/6 hissəsi İddiaçı3 xüsusi mülkiyyətindədir. Cavabdeh özbaşınalıq edərək onların xüsusi mülkiyyətlərində olan bütün pay torpaq sahəsini zəbt edib onları öz torpaq sahələrində əkinbiçin işləri aparmağa imkan verməmiş, torpaq sahəsinə yaxınlaşadıqda onları söyüb təhqir etmişdir. Cavabdehdən dəfələrlə tələb etmələrinə baxmayaraq onların pay torpaq sahəsindən çıxmaq istəməmiş və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneşilik tərətmiş və məhdudiyyət yaratmışdır. Məhz bu səbəbdən Cavabdeh ilə aralarında xeyli müddətdir ki, mübahisə yaranmışdır. Bu barədə Tərtər rayon Sarov kənd İƏD-i üzrə nümayəndəliyə, Tərtər rayon İcra Hakimiyyətinə və Tərtər Rayon Polis Şöbəsinə şikayət etsələr də nəticəsi olmamışdır. Şikayətlərinə cavab olaraq bu işin mülki xarakterli iş olduğu üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron Çıxarışa əsasən onların mülkiyyətlərinə verilmiş Tərtər rayonu Sarov kəndində yerləşən ümumi sahəsi 3,0848 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin onların istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron Çıxarışa əsasən Tərtər rayonu Sarov kəndində yerləşən ümumi sahəsi 3,0848 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/6 hissəsi X3, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı4 və 1/6 hissəsi İddiaçı3 xüsusi mülkiyyətindədir. Cavabdeh özbaşınalıq edərək onların xüsusi mülkiyyətlərində olan bütün pay torpaq sahəsini zəbt edib onları öz torpaq sahələrində əkinbiçin işləri aparmağa imkan verməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. İş üzrə ekspertiza təyin edilmiş və müvafiq rəylər alınmışdır. Mütəxəssis torpağa baxış keçirərkən iştirak etmişdir. Göstərdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul ediıməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 məhkəmə iclasında İddiaçı1 dediklərini təsdiqləyərək, mülki iş üzrə rəy alındığını, həmin rəylə tanış olduqlarını, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 məhkəmə iclasında iddiaçı ailə başçısı kimi İddiaçı1 dediklərini təsdiqləyərək, mülki iş üzrə rəylər alındığını, həmin rəylərlə tanış olduqlarını, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 məhkəmə iclasında iddiaçı atası İddiaçı1 dediklərini bir daha təsdiqləyərək, mülki iş üzrə rəy alındığını, həmin rəylə tanış olduqlarını, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikaının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində iddianı qəbul etmədiyini, iddiaçılara məxsus sahəni zəbt etmədiyini və iş üzrə ekspertiza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər rayonu Sarov kəndində yerləşən 3,0846 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə ********** sayla qeydiyyata alınaraq ümumi mülkiyyət əsasında 3/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı4 və 1/6 hissəsi İddiaçı3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Tərtər rayon Sarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 253 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 Tərtər rayon Sarov kəndində yaşayır, onun ailə üzvləri – oğlu İddiaçı2, həyat yoldaşı İddiaçı4, oğlu İddiaçı3, gəlini X4 və nəvəsi X2 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər rayonu Sarov kəndində yerləşən 1,566 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə ********** sayla qeydiyyata alınaraq ümumi mülkiyyət əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Tərtər rayon Sarov kəndində yerləşən ümumi sahəsi 3,0848 ha torpaq sahəsi verilmişdir. Lakin TEKUİS məlumat bazasına əsasən mülkiyyətə verilmiş 2,96 ha torpaq sahəsinin 2,77 ha hissəsini iddiaçı özü, 0,08 ha hissəsini Cavabdeh, qalan 0,11 ha hissəsini isə digər şəxslər istifadə edir. İş materiallarına əlavə edilmiş 12 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16- 16/2-10/308-10/619/2025 saylı 25 aprel 2025-ci tarixli tikinti- texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış verilmişdir. Lakin TEKUİS məlumat bazasına əsasən birgə mülkiyyətlərinə 2,96 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. TEKUİS məlumat bazasına əsasən mülkiyyətə verilmiş 2,96 ha torpaq sahəsinin 2,77 ha hissəsini iddiaçı özü istifadə edir. 0,08 ha hissəsi Cavabdeh, qalan 0,11 ha hissəsini isə digər şəxslər istifadə edir. Naturada aparılmış çöl-ölçmə işləri vəkameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunur. Məhkəmə iddiaçılarınizahatlarını, cavabdehin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron Çıxarışa əsasən Tərtər rayonu Sarov kəndində yerləşən ümumi sahəsi 3,0848 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı4 və 1/6 hissəsi İddiaçı3 xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında izahat vermiş iddiaçı Talıb Quliyev göstərmişdir ki, Cavabdeh özbaşınalıq edərək onların xüsusi mülkiyyətlərində olan bütün pay torpaq sahəsini zəbt edib onları öz torpaq sahələrində əkin-biçin işləri aparmağa imkan vermədiyini bildirsə də, o, 3/6 hissəsi özünün, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı4 və 1/6 hissəsi İddiaçı3 mülkiyyətinə verilmiş pay torpaq sahəsini tamamilə zəbt etməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh ümumiyyətlə idiaçılara məxsus olan pay torpaq sahəsindən istifadə etmədiyini qeyd etsə belə bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hər iki tərəf öz şəxsi mülahizələrinə əsaslanaraq ifadələr vermişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsinin 0,08 ha hissəsi Cavabdeh istifadəsində və sahibliyindədir. Cavabdeh həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamış, ancaq öz qanunsuz hərəkətlərinə əsaslanaraq torpaqdan istifadə edir. Ona görə də Cavabdeh sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Tərtər rayon Sarov kəndində yerləşən və iddiaçıların mülkiyyətində olan 3,0846 hektar pay torpaq sahəsinin 0,08 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti İddiaçı1 və Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, idiaçıların izahatını, cavabdehin ərizəsini, iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəylərini və digər sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron Çıxarışa əsasən Tərtər rayonu Sarov kəndində yerləşən ümumi sahəsi 3,0848 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı2, 1/6 hissədə İddiaçı4 və 1/6 hissədə İddiaçı3 xüsusi mülkiyyətində olan 3,0846 ha pay torpaq sahəsinin 0,08 ha hissəsindən çıxarılmalı, torpaq sahəsi iddiaçılara təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron Çıxarışa əsasən Tərtər rayonu Sarov kəndində yerləşən ümumi sahəsi 3,0848 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı2, 1/6 hissədə İddiaçı4 və 1/6 hissədə İddiaçı3 xüsusi mülkiyyətində olan 3,0846 ha pay torpaq sahəsinin 0,08 ha hissəsindən çıxarılsın, torpaq sahəsi iddiaçılara təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti İddiaçı1 və Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-39/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-39/2025
12.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver