Məhkəmə qərarları › İş №2(061)-43/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-43/2024

26.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-43/2024 26.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Tərtər rayonu, Xoruzlu kəndində yerləşən ümumi sahəsi 142,7 kv. metr sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında mütanasib qaydada naturada bölünməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və fərdi yaşayış evinə köçürülmə tələbi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətə olan Tərtər rayonu Xoruzlu kəndində yarləşən 0,15 ha torpaq sahəsinə inşa edilmiş ümumi sahəsi 142,7 kv.metr olan, 3 otaqlı fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə ekspert rəyi alınmışdır. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il təvəllüdlü olmaqla, hazırda Tərtər Rayonu, Xoruzlu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Xoruzlu kənd İƏD-i üzrə nümayəndənin verdiyi 205 saylı, 27 may 2023-cüi il tarixli arayışdan görünür ki İddiaçı Tərtər rayon Xoruzlu kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı xx.xx.2018-ci ildə qeydiyyata alınmış Çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Xoruzlu kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 142,7 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 payı fərdi yaşayış evinə görə 1/14 hissə, Cavabdeh3 payı fərdi yaşayış evinə görə 1/14 hissə, Cavabdeh4 payı fərdi yaşayış evinə görə 1/14 hissə, Cavabdeh5 payı fərdi yaşayış evinə görə 1/14 hissə, Cavabdeh1 payı fərdi yaşayış evinə görə 1/14 hissə, Cavabdeh2 payı fərdi yaşayış evinə görə 1/14 hissə, İddiaçı payı fərdi yaşayış evinə görə 4/14 hissə,torpaq sahəsi ½ hissə və X1 payı fərdi yaşayış evinə görə 4/14 hissə,torpaq sahəsi ½ hissə müəyyən edilmiş və payçıların adlarına sənədlşdirilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Mhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(061)-956/2021 saylı qətanaməsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ailələri ilə birlikdə cavabdeh İddiaçı yaşadığı Tərtər rayon Xoruzlu kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 03 dekabr 2021ci il tarixli 2(104)-3701/2021 saylı qətnaməsi ilə Tərtər Rayon Mhkəməsinin 27 iyul 2021ci il tarixli 2(061)-956/2021 saylı qətanaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25 noyabr 2024-cü il tarixli 10/5488 saylı rəyindən görünür ki, Tərtər rayon Xoruzlu kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin tərəflər arasında 1/14, 1/14, 1/14, 1/14, 1/14, 1/14, 4/14 və 4/14 paylara uyğun olaraq təcrid mənzillər şəklində səkkiz hissəyə bölünməsi, inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı xx.xx.2018-ci ildə qeydiyyata alınmış Çıxarış sənədinin surətində, Tərtər rayon Xoruzlu kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 142,7 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 payı fərdi yaşayış evinə görə 1/14 hissə, Cavabdeh3 payı fərdi yaşayış evinə görə 1/14 hissə, Cavabdeh4 payı fərdi yaşayış evinə görə 1/14 hissə, Cavabdeh5 payı fərdi yaşayış evinə görə 1/14 hissə, Cavabdeh1 payı fərdi yaşayış evinə görə 1/14 hissə, Cavabdeh2 payı fərdi yaşayış evinə görə 1/14 hissə, İddiaçı payı fərdi yaşayış evinə görə 4/14 hissə, torpaq sahəsi ½ hissə və X1 payı fərdi yaşayış evinə görə 4/14 hissə, torpaq sahəsi ½ hissə müəyyən edilmiş və payçıların adlarına sənədlşdirilmişdir. Paylı mülkiyyətçi olan iddiaçı və cavabdehlər arasında həmin daşınmaz amlaklarla bağlı mübahisə yarandığından iddiaçı payların naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə, tərəflərin ümumi paylı mülkiyyətdə olan Tərtər rayonu, Xoruzlu kənd ərazisində yerləşən, mübahisəli fərdi yaşayış evinin iddiaçıın payına düşən hissənin müəyyən edilməsi, həmin payın natura formasında ayrılmasını mqsədəmüvafiq hesab etməmişdir. Belə ki, mübahisə predmeti fərdi yaşayış evinin mütənasib qaydada payçılar arasında bölünməsinə aid olduğundan, eləcə də mübahisənin həlli xüsusi bilik tələb etdiyindən, iddiaçı və cavabdehin vəsatəti əsasında məhkəmə qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmədə elan olunmuş 25 noyabr 2024-cü il tarixli 10/5488 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, evlərin tərəflər arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı (mətbəx, dəhliz, hamam, tualet və s) otaqlar olmaqla bu otaqların ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Əgər yaşayış evi bölünərsə, onda tərəflərdən birinə yaşayış otağı və yardımçı sahələr (dəhliz-mətbəx, yaşayış otağı, hamam-ayaqyolu) düşər, digərlərinə isə yalnız yaşayış otağı düşər, lakin yardımçı tikililər düşməz ki, bu da yuxarıda göstərilən bəndlərin tələblərinə ziddir. Beləliklə də Tərtər rayon Xoruzlu kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin tərəflər arasında 1/14, 1/14, 1/14, 1/14, 1/14, 1/14, 4/14 və 4/14 paylara uyğun olaraq təcrid mənzillər şəklində səkkiz hissəyə bölünməsi, inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsı və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddia tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur, lakin yuxarıda qeyd edilən ekspert rəyində göstərildiyi kimi mübahisəli ümumi mülkiyyətdə olan daşınmaz əmlakdan iddiaçının payının naturada bölünməsi və onun istifadəsinə verilməsi İnşaat Norma və Qaydalarına görə mümkün deyildir. İşin mübahisə olunmayan hallarından da görünür ki, hazırkı işdə yuxarıda sadalanan üç şərt–əşyanın ümumi paylı mülkiyyətdə olması, tərəflərin paylı mülkiyyətin mülkiyyətçiləri olması, tərəflərin əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməsi və dördüncü şərt, yəni payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar işdə mövcuddur və bu hallar Mülki Məcəllənin 220.3–cü maddəsinə uyğun olaraq iddianın təmin olunması üçün əsaslardandır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə cıxarıldıqda hakim sübutları qiymətləndirir, iş ücün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakı sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülkiyyətin toxunulmazlığı ilə əlaqədar eyni müddəalar Beynəlxalq hüquq normalarında da təsbit olunmuşdur. BMT-nin Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan hüquqlarına dair ümumi bəyənnamə»-nin 17ci maddəsində qeyd olunmuşdur ki, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mükiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqları müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya rüsum və yə cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Torpaq qanunları külliyatının 67-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmamazlığa dövlət təminat vermir. «Avropa İnsan Hüquqları Məhkəməsi»nin təcrübəsindən- presedentlərindən görünür ki, fiziki şəxslər arasındakı münasibətlərdə də mülkiyyət hüqüqunun müdafiəsi ilə bağlı dövlətin üzərinə ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi kimi pozitiv öhdəliklər qoyulur. İş materiallarını, iddiaçının izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Tərtər rayonu, Xoruzlu kəndində yerləşən ümumi sahəsi 142,7 kv. metr sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında mütanasib qaydada naturada bölünməsi tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Tərtər rayonu, Xoruzlu kəndində yerləşən ümumi sahəsi 142,7 kv. metr sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında mütanasib qaydada naturada bölünməsi tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar