Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-433/2025 19.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı onların istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx 2 qəsəbəsində (1176 ailəlik) 3 saylı binada 10 nömrəli mənzilə dair 15 may 2018-ci il tarixli “3/10” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı onların istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx 2 qəsəbəsində (1176 ailəlik) 3 saylı binada 10 nömrəli mənzilə dair 15 may 2018-ci il tarixli “3/10” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək hazırda iddia tələbinə mahiyyəti üzrə baxılmasını istəmədiklərindən iddia tələbinə mahiyyəti üzrə baxılmasını istəmir, sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçının ərizəsinə əsasən tələbinin baxılmamış baxlanılmasını etiraz etmir, tələbə mahiyyəti üzrə baxılmasını istəmir. Belə olan halda Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Həmin maddədə göstərilmişdir ki,iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıdakılara əsaslanıb məhkəmə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci, 260, 267 - 268-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı onların istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx 2 qəsəbəsində (1176 ailəlik) 3 saylı binada 10 nömrəli mənzilə dair 15 may 2018-ci il tarixli “3/10” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi barədə iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-433/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-433/2025
19.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver