Məhkəmə qərarları › İş №2(061)-445/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-445/2025

22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-445/2025 22.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tərtər rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə 22 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi maraqlı şəxs Tərtər rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********3 olan Çıxarışa əsasən xx.xx.2020-ci ildə vəfat etmiş X1na məxsus olan və miras qalmış, Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı və xx.xx.2020-ci ildə vəfat etmiş X10, xx.xx.2002-ci ildə vəfat emiş X14 və xx.xx.2024-cü ildə vəfat etmiş X8 miras qalmış, Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən JN:154, KOD 61114028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 1,50 torpaq sahəsinin onun tərəfindən miras kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Tərtər rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı yazılı etirazını və etirazını əsaslandıran sübutlarını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Tərtər rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 saylı Qərarına əsasən Tərtər rayonu İsmayılbəyli kəndi ərazisindən X1, babası X14 və nənəsi X2 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,50 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN:154, KOD 61114028 olan Dövlət Aktı verilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********3 olan Çıxarışa əsasən X1nun xüsusi mülkiyyətində Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. X1 xx.xx.2020-ci ildə, babası X14 xx.xx.2002ci ildə və nənəsi X15 xx.xx.2024-cü ildə vəfat etmişdir. Atası, babası və nənəsindən sözügedən torpaq sahələri miras qalmışdır. Atasının, o, da daxil olmaqla anası Vəfa Əhmədova (Siyavuşun arvadı), bacıları Şəmsiyyə Əhmədova və Nərmin Əhmədovadan ibarət birinci növbəli vərəsələri, nənəsi və babasının isə Rövşən Əhmədov, Əli Əhmədov və Cəlil Əhmədovdan ibarət birinci növbəli vərəsələri vardır. Miras qalan əmlakı özü faktiki olaraq miras kimi qəbul etmiş və faktiki olaraq istifadə edir. Digər vərəsələr miras qalan əmlakı onun tərəfindən miras kimi qəbul etməsinə razıdırlar. Miras əmlak heç kimə vəsiyyət edilməmişdir. Miras qalan əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs qismində izahat verən X9 izahatında göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Ailədə 2 bacı, 1 qardaş olmuşlar. X22 vəfat etmişdir. X1, babası X14 və nənəsi X8 qalan mirası qardaşı Ərizəçi faktiki qəbul etmişdir. Mirasın qardaşı Şəmistan tərəfindən qəbul edilməsinə razıdır. Məhkəmə iclasında maraqlı şəxs qismində izahat verən X3 izahatında göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Ailədə 2 bacı, 1 qardaş olmuşlar. X22 vəfat etmişdir. X1, babası X14 və nənəsi X8 qalan mirası qardaşı Ərizəçi faktiki qəbul etmişdir. Mirasın qardaşı Şəmistan tərəfindən qəbul edilməsinə razıdır. Məhkəmə iclasında maraqlı şəxs qismində izahat verən X16 izahatında göstərmişdir ki, Ərizəçi onun oğludur. Mirasın Şəmistan tərəfindən qəbul edilməsinə razıdır. Məhkəmə iclasında maraqlı şəxs qismində izahat verən X17 izahatında göstərmişdir ki, ərizəçi onun qardaşı oğludur. X5 xx.xx.2002-ci ildə və anası X15 xx.xx.2024-cü ildə vəfat etmişdir. Ailədə özü, qardaşları Rövşən, Əli və ərizəçinin atası Siyavuşdan ibarət olmaqla dörd nəfər uşaq olmuşlar. Atası, babası və nənəsindən sözügedən torpaq sahələri miras qalmışdır. Həm özü, həm də digər qardaşları atası və anasından qalan mirasın qardaşı oğlu Ərizəçi tərəfindən qəbul edilməsinə razıdırlar. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN 154, KOD 61114028 olan Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14, X15 və X7 Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 saylı qərara əsasən Tərtər rayonu İsmayılbəyli kəndində 1.50 ha pay torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və X23 Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2019-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, X6 adına tam mülkiyyət hüququ əsasında Tərtər rayon İsmayılbəyli kənində yerləşən 0,7 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İşdə olan Mirbəşir rayon Evoğlu kənd Sovetliyi tərəfindən xx.xx.1974-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin sahibi X6 ata qrafasında X14, anası qrafasında X15 yazılmışdır. İşdə olan Tərtər rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2006-ci il təvəllüdlü Ərizəçi (hazırkı ərizəçinin) atası qrafasında atası kimi X10, anası qrafasında anası kimi X16 yazılmışdır. İşdə olan olan Tərtər Rayon İsmayılbəyli kənd İƏV üzrə icra nümayəndəliyinin İsmayılbəyli kənd tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X19 arasında xx.xx.2004-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İşdə olan İşdə olan Tərtər rayon Əskipara kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2002-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2024-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayonu İHB-nin İsmayılbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 saylı, xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X1 xx.xx.2020-ci il tarixdə vəfat edənədək İsmayılbəyli kəndində yaşamış və onun arvadı X16, qızı X3, qızı X9 və Ərizəçi ibarət vərəsələri qalmışdır. İşdə olan Tərtər rayonu İHB-nin İsmayılbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 385 saylı, xx.xx.2024-ci il tarixdə verilmiş arayışdan görünür ki, X14 xx.xx.2002-ci il tarixdə vəfat edənədək İsmayılbəyli kəndində yaşamış və onun arvadı X15, oğllanları X13, X20, X17 və X4 (vəfat edib) ibarət vərəsələri qalmışdır. İşdə olan Tərtər rayonu İHB-nin İsmayılbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 386 saylı, xx.xx.2024-ci il tarixdə verilmiş arayışdan görünür ki, X15 xx.xx.2024-ci il tarixdə vəfat edənədək İsmayılbəyli kəndində yaşamış və oğlanbları X13, X20, X17 və X4 (vəfat edib) ibarət vərəsələri qalmışdır. İşdə olan X20 və X13 tərəfindən notarial qaydada verilmiş cap tarixi xx.xx.2025-ci il və xx.xx.2025-ci il il olan ərizələrdən görünür ki, onlar X14 və X8 qalan mirasdan onlara düşən payı qəbul etmədiklərini, parlarının Ərizəçi adına sənədləşdirilməsinə etiraz etmədiklərini və gələcəkdə mirasla bağlı heç bir şikayət və tələblərinin olmayacağını qeyd etmişlər. İşdə olan Maraqlı şəxs tərəfindən qəbul edilmiş “notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair” 820 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X14, X10 və X8 qalan mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyü üçün Ərizəçi vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin və maraqlı şəxslərin izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 saylı Qərarına əsasən Tərtər rayonu İsmayılbəyli kəndi ərazisindən ərizəçinin X1, babası X14 və nənəsi X2 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,50 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN:154, KOD 61114028 olan Dövlət Aktı verilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********3 olan Çıxarışa əsasən ərizəçinin X1nun xüsusi mülkiyyətində Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Ərizəçinin X1 xx.xx.2020-ci ildə, babası X14 xx.xx.2002-ci ildə və nənəsi X15 xx.xx.2024-cü ildə vəfat etmişdir. Miras qoyanlardan sözügedən torpaq sahələri miras qalmışdır. Siyavuş Əhmədovun ərizəçi də, daxil olmaqla ərizəçinin anası Vəfa Əhmədova və bacıları Şəmsiyyə Əhmədova və Nərmin Əhmədovadan ibarət birinci növbəli vərəsələri, nənəsi və babasının isə Rövşən Əhmədov, Əli Əhmədov və Cəlil Əhmədovdan ibarət birinci növbəli vərəsələri vardır. Miras qalan əmlakı ərizəçi özü faktiki olaraq miras kimi qəbul etmiş və faktiki olaraq istifadə edir. Digər vərəsələr miras qalan əmlakın ərizəçi tərəfindən miras kimi qəbul etməsinə razıdırlar. Miras əmlak heç kimə vəsiyyət edilməmişdir. Mirasla bağlı mübahisə yoxdur. Miras qalan əmlakları ərizəçi faktiki olaraq qəbul etmişdir. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Miras əmlak barədə hər hansı bir mübahisə yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, miras müvafiq 2002, 2020 və 2024-cü illərdə illərdə açıldığından məsələ hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə həll edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.2002ci ildə vəfat emiş X14 və xx.xx.2024-cü ildə vəfat etmiş X11 münasibətdə Rövşən Əhmədov, Əli Əhmədov və Cəlil Əhmədovdan ibarət birinci növbəli vərəsələrin olmasına baxmayaraq onlar hazırkı ərizəçinin xeyrinə mirasdan imtina etdikləri üçün həmin miras qoyanlara münasibətdə ərizəçinin miras hüququ yaranmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçi X1, babası X14 və nənəsi X8 miras qalan yuxarıda sözügedən əmlakları – torpaq sahələrini faktiki olaraq miras kimi qəbul etmişdir. Ona görə də ərizə qanuni və əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklkə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutataq, Qət Etdi: Ərizə təmin edilsin. xx.xx.2020-ci ildə vəfat etmiş X7 xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********43 olan Çıxarışa əsasən məxsus olan, miras qalmış, Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı və xx.xx.2020-ci ildə vəfat etmiş X10, xx.xx.2002ci ildə vəfat emiş X14 və xx.xx.2024-cü ildə vəfat etmiş X8 miras qalmış, Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən JN:154, KOD 61114028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 1,50 torpaq sahəsinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar