Məhkəmə qərarları › İş №2(061)-450/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-450/2025

09.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-450/2025 09.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı1 və İddiaçı4, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5, Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,70 ha hissəsindən cavbdehin çıxarılması və həmin torpaq sahəsinin ölçülüb ona təhvil verilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 və İddiaçı5, Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 13 saylı qərarı ilə, JN:110, KOD 61111005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən Tərtər rayon Yuxarı Sarıcalı kəndində yerləşən və xüsusi mülkiyyətlərində olan ümumi sahəsi 1,17 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,70 ha hissəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 göstərmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmişlər. Onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 13 saylı qərarı ilə Tərtər rayon Yuxarı Sarıcalı kəndindən onların ailəsinə 1,17 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə ailə üzvlərinin adına JN : 110, KOD 61111005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Qeyd etdiyi torpaq sahəsi onlara məxsusdur. 30 ildir həmin torpaq sahəsini istifadə etmişlər. Son illərdə kənddə aparılan torpaq ölçmələrindən sonra bilmişlər ki, cavabdeh onlara məxsus olan torpaq sahəsinin 0,70 ha hissəsini zəbt etmişdir. Onları öz sahələrində əkin-biçin aparmağa imkan verməmişdir. Həmin torpaq sahəsinə yaxınlaşdıqda onları söyüb-təhqir etmişdir. Cavabdehdən dəfələrlə torpaq sahələrindən çıxmasını tələb etsələr də, müsbət nəticə verməmişdir. Bu səbəbdən cavabdehlə aralarında xeyli müddətdir ki, mübahisə yaranmışdır. Bu barədə bir sıra İdarə və Təşkilatlara ərizələrlə müraciət etmiş, lakin yenə heç bir nəticə əldə olunmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi üzrə rəy alınmışdır. Həmin rəylə tanış olmuşdur. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 göstərmişdir ki, onların ailəsinə Tərtər rayon Yuxarı Sarıcalı kəndindən onların ailəsinə 1,17 ha torpaq sahəsi verilmişdir. Eləcə də həmin torpaq sahəsinə görə JN : 110, KOD 61111005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Qeyd etdiyi torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Son illərdə kənddə mütəxəsislər tərəfindən torpaq sahələri ölçülərkən bilmişlər ki, cavabdeh onlara məxsus pay torpaq sahəsinin 0,70 ha hissəsindən qanunsuz istifadə edir. Onları öz sahələrindən istifadə verməyə imkan verməmişdir. Cavabdehdən dəfələrlə torpaq sahələrindən çıxmasını tələb etsələr də, müsbət nəticə olmamışdır. Bu səbəbdən cavabdehlə aralarında xeyli müddətdir ki, mübahisə yaranmışdır. Bununla bağlı şikayət versələr də heç bir nəticə əldə olunmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi üzrə rəy alınmışdır. Həmin rəylə tanış olmuşdur. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh göstərmişdir ki, iddiaçı tərəflə heç bir ədavəti olmamışdır. İddiaçılar onun istifadə etdiyi torpaq sahəsinin bir hissəsinin onlara məxsus olduğunu iddia etmişlər. Həmin torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur və uzun müddətdir ki, torpaq sahəsindən fasiləsiz və maneəsiz olaraq istifadə etmişdir. O, heç kimin torpaq sahəsini zəbt etməmiş, ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsindən istifadə etmişdir. İş üzrə ekspert, mütəxəssis cəlb edilmiş, rəy alınmışdır. Həmin rəylə tanış olmuşdur. Bütün bunlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı5, üçüncü şəxslər Azərbaycan Respublikaının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Tərtər rayon Düyərli kənd İƏD-i üzrə nümayəndənin verdiyi xx.xx.2024cü il tarixli 306 saylı, xx.xx.2024-cü il tarixli 307 saylı, xx.xx.2024-cü il tarixli 308 saylı, xx.xx.2024-cü il tarixli 309 saylı və xx.xx.2024-cü il tarixli 310 saylı arayışlardan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 və İddiaçı5 Tərtər rayonu, Düyərli kənd İƏD-i üzrə Yuxarı Sarıcalı kəndində yaşayır. İş materiallarında olan JN-0110, KOD 61111005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon X2 03 noyabr 1999-cu il tarixli 13 saylı qərarı ilə Tərtər rayon Yuxarı Sarıcalı kəndində yerləşən 1,17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş və xx.xx.2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinə daxil olmuş 26 may 2025-ci il tarixli mütəxəsis rəyindən görünür ki, iddiaçı və cavabdehin iştirakları ilə mübahisələndirilən torpaq sahəsi ölçülərək TEKUİS-lə müqayisələndirilmişdir. Tərtər rayon X2 03 noyabr 1999-cu il tarixli 13 saylı qərarı ilə JN-0110, KOD 61111005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən Tərtər rayon Yuxarı Sarıcalı kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5 mülkiyyətində olan 1,17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən Cavabdeh istifadə etmir. İddiaçılar hazırda TEKUİS məlumat bazasına əsasən ona ayrılmış torpaq sahəsinin koordinatlarına və konfiqurasiyasına uyğun istifadə etmir. İddiaçı faktiki olaraq 1,04 ha torpaq sahəsindən istifadə edir. TEKUİS-əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5 mülkiyyətində olan 1,17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0,51 ha hissəsindən istifadə edir. İddiaçı1 ayrılan pay torpaq sahəsi ilə faktiki istifadə edilən pay torpaq sahəsi arasında uyğunsuzluq var və sxem rəyə əlavə edilmişdir. Naturada ayrılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydə qeyd edilir ki, Tərtər rayon X2 03 noyabr 1999-cu il tarixli 13 saylı qərarı ilə JN-0110, KOD 61111005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən Tərtər rayon Yuxarı Sarıcalı kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5 mülkiyyətində olan 1,17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən Cavabdeh istifadə etmir. İddiaçılar hazırda TEKUİS məlumat bazasına əsasən ona ayrılmış torpaq sahəsinin koordinatlarına və konfiqurasiyasına uyğun istifadə etmir. İddiaçı faktiki olaraq 1,04 ha torpaq sahəsindən istifadə edir. TEKUİSəsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5 mülkiyyətində olan 1,17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0,51 ha hissəsindən istifadə edir. İddiaçı1 ayrılan pay torpaq sahəsi ilə faktiki istifadə edilən pay torpaq sahəsi arasında uyğunsuzluq var və sxem rəyə əlavə edilmişdir. Naturada ayrılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunmuşdur. Məhkəmə iddiaçıların, cavabdehin izahatlarını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyectri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyini və ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, iddiaçıların yaşadığı Tərtər rayon Yuxarı Sarıcalı kəndində yerləşən 1,17 ha pay torpaq sahəsi onların mülkiyyətidir. Həmin daşınmaz əmlakla bağlı iddiaçıya və onun ailə üzvlərinə JN- 0110, KOD 61111005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Lakin iddaçılar iddia etdiyi mülkiyyətində olan 1,17 hektar torpaq sahəsinin hər hansı bir hissəsindən cavabdehin istifadə etməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Ancaq iddiaçılar öz şəxsi mülühizələrinə əsaslanaraq izahat verməklə kifayətlənmişlər. Halbu ki, qanunun tələblərindən aydın olur ki, hər tərəf öz tələbini əsaslandırmalı və sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin mülki işin materiallarına əlavə edilmiş iş üzrə məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəsis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi tikin-texniki ekspertizasının rəyində iddiaçı və cavabdehin iştirakları ilə mübahisələndirilən torpaq sahəsi ölçülərək TEKUİS-lə müqayisələndirilmişdir. Məlum olmuşdur ki, iddiaçıların sənəd üzrə mülkiyyətinə verilən 1,17 ha torpaq sahəsindən hər hansı bir ölçüdə Cavabdeh istifadə etmədiyi müəyyən edilmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin iddiaçıya münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiklərində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcuddur, lakin cavabdehin həmin torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə etməsi sübut olunmur. Göstərilənlərə əsasən iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia ərizəsidə göstərilənlər əsassızdır və təmin olunması məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. İş materiallarını, iddiaçıların və cavabdehin izahatlarını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyectri Xidməti tərəfindən verilmiş mütəxəssis və ekspert rəylərini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 və İddiaçı5, Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 13 saylı qərarı ilə, JN:110, KOD 61111005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən Tərtər rayon Yuxarı Sarıcalı kəndində yerləşən və xüsusi mülkiyyətlərində olan ümumi sahəsi 1,17 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,70 ha hissəsindən Cavabdeh çıxarılması barədə iddia tələbi təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 və İddiaçı5, Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 13 saylı qərarı ilə, JN:110, KOD 61111005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən Tərtər rayon Yuxarı Sarıcalı kəndində yerləşən və xüsusi mülkiyyətlərində olan ümumi sahəsi 1,17 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,70 ha hissəsindən Cavabdeh çıxarılması barədə iddia tələbi təmin barədə iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar