Məhkəmə qərarları › İş №2(061)-485/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-485/2025

04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-485/2025 04.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə Ərizəçi X2 Maraqlı şəxs olmaqla onun xx.xx.1956-cı ildə Ağdərədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində doğulması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi X7 ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1955-ci ildə Ağdərədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X7 məhkəməyə ərizə təqdim edərək, onun xx.xx.1956-cı ildə Ağdərədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi X7 əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, 02 avqust 1956-cı ildə Ağdərə rayonun keçmiş Mardakert rayonu, İmarət Qərvənd kəndində anadan olmuşdur. Atası 1915-ci il təvəllüdlü, xx.xx.2006-cı ildə vəfat etmiş X9, anası xx.xx.1928-ci il təvəllüdlü, xx.xx.2021-ci ildə vəfat etmiş X6 olmuşdur. 02 avqust 1973-cü ildə keçmiş sovet vətəndaşlığı əldə etmişdir. 1993cü ildə məlum Qarabağ hadisələri ilə bağlı məcburi köçkün düşmüş və ünvan 1 ünvanda yaşayır. Rusiya Federasiyası vətəndaşıdır. Məcburi köçkün düşərkən doğum haqqında şəhadətnaməsini özü ilə götürə bilməmiş, şəhadətnamə işğal zonasında qalmışdır. O, orta məktəbi yaşadığı Ağdərə rayonun keçmiş Mardakert rayonu, İmarət Qərvənd kəndində oxumuşdur. 1975-ci ildə məktəbi bitirmişdir. Bundan sonra Rusiya Federasiyasında hərbi xidmət keçmişdir. xx.xx.2024-cü il tarixdən Kurs Vilayətində yaşamışdır. Həmin ərazidə mövcud vəziyyətlə bağlı yaşadığı ev yanmış, məcbur olub Vətənə qayıtmış və hazırda Tərtər Rayon Şıxarx qəsəbəsi, bina 5, mənzil 15-də yaşayır. İndiyədək ona doğum haqqında şəhadətnaməyə ehtiyac yaranmamışdır. Zəruri sənədləşmələrlə bağlı aidiyyəti üzrə müraciət etdikdə ondan doğum haqqında şəhadətnamə tələb olunur, lakin həmin sənədi təqdim edə bilmir. Doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etmək məsləhət görülmüş və məktub verilmişdir ki, onun adına sistemdə doğum haqqında şəhadətnamə yoxdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onlara aid olan sənədlərin arxivi Ağdərə rayonunda ermənilər tərəfindən yandırıldığından hazırda arxiv sənədlərində mövcud deyil. Onun xx.xx.1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində anadan olmasını təsdiqləyən şahidlər vardır. Göstərdiklərinə əsasən ərizəçi onun xx.xx.1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvalayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında göstərmişdir ki, ərizəçi Qəşəm Abbasovla münasibətləri həmkəndli kimi yaxşıdır. Qəşəm Abbasov xx.xx.1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində anadan olduğunu bilmişdir. Qəşəm Abbasovu həmkəndli kimi yaxından tanımışdır. Qəşəm Abbasovun atası Mirzə, anası Əfizə olmuşdur. Ərizəçi Qəşəm Abbasov onun təhsil aldığı orta məktəbdə bir neçə sinif aşağıda təhsil almışdır. Qəşəm Abbasovun deməsinə görə doğum haqqında şəhadətnaməsi Tərtər rayonuna köçüb gələrkən yaşadığı Ağdərə rayon İmarət Qərvənd kəndində qalmışdır. Bir şahid kimi Qəşəm Abbasovun xx.xx.1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində anadan olduğunu təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında göstərmişdir ki, ərizəçi Qəşəm Abbasovla eyni kənddə, yəni Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində qonşu olmuş, eyni məktəbdə təhsil almışlar. Münasibətləri yaxşıdır. Qəşəm Abbasovun xx.xx.1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində anadan olduğunu bilmişdir. Belə ki, Qəşəm Abbasov iki yaş ondan bğöyük olmuş və iki sinif yuxarıda təhsil almışdır. Qəşəm Abbasovun bacısı onun qardaşının həyat yoldaşıdır. Qəşəm Abbasovun atası Mirzə, anası Əfizə olmuşdur. Onlar hər ikisi vəfat etmişlər. Qəşəm Abbasovun xx.xx.1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində anadan olmasını bir şahid kimi təsdiq etmişdir. Mülki işə əlavə edilmiş 67 № ******* saylı pasportun təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1956-cı il təvəllüdlüdür. İş materiallarına əlavə olunmuş Tərtər rayon Çardaxlı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 14 noyabr 2023-cü il tarixli, 338 saylı arayışdan görünür ki, Tərtər rayon Çardaxlı kənd İƏD-i üzrə nümayəndəlikdə müvəqqəti qeydiyyatda olub, hal-hazırda Tərtər rayon Şıxarx qəsəbəsi bina 5, mənzil 15-də yaşayan X7 02 avqust 1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Tərtər rayon Çardaxlı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 01 aprel 2025-ci il tarixli, 103 saylı arayışdan görünür ki, 02 avqust 1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində anadan olmuş X7 1972-ci il tarixdə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kənd tam orta məktəbin Vİİİ sinfini bitirmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ № 138698 ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ərizəçi X2 atası X9 xx.xx.2006-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ № 151485 ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ərizəçi X2 anası X6 xx.xx.2021-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 15 noyabr 2023-cü il tarixli arayışından görünür ki, 02 avqust 1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində anadan olmuş X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli X1 cavab məktubundan görünür ki, 02 avqust 1956-cı il tarixdə doğulmuş X7 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli əmri ilə təsdiq edilmiş doğum haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün deyil. Maraqlı şəxs məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum omluşdur ki, ərizəçi 02 avqust 1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində anadan olmuşdur. Ərizəçi Qəşəm Abbasov məhkəmə iclasında göstərmişdir ki, məcburi köçkün düşüb Tərtər rayonuna köçüb gələrkən bəzi sənədləri yaşadıqları kənddə evdə qalmışdır. Bu səbəbdən də onun doğum haqqında şəhadətnaməsi yoxdur. Ancaq, şəxsiyyət vəsiqəsini almışdır. Hazırda bəzi sənədləşmələrlə bağlı doğum haqqında Şəhadətnaməyə ehtiyac yaranır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də həmin faktın təsdiqi ərizəçiyə adına doğum haqqında şəhadətnamə alması üçün zəruridir. Yuxarıda göstərilən faktlar mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə şahidlər X8 və X3 şahid qismində məhkəmədə ifadə verərəkən Qəşəm Abbasovla həmkəndli kimi münasibətlərinin yaxın olduğunu və onun 02 avqust 1956-cı ildə Ağrədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində anadan olmasını təsdiq etmişlər. Məhkəmə şahidlərin ifadələrini iş üzrə sübut növü kimi qədul edilməsini məqsədmüvqfiq hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarda göstərilən səbəblərdən əsası-ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmaması göstərilmişdir. Hazırki vəziyyətdə də ərizəçi məhkəmə iclasında doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyini göstərmişdir. Belə vəziyyətdə ərizənin təmin edilməsinə zərurət yaranmış və təmin edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, atası 1915-ci il təvəllüdlü, xx.xx.2006-cı ildə vəfat etmiş X9, anası xx.xx.1928-ci il təvəllüdlü, xx.xx.2021-ci ildə vəfat etmiş X6 olan, X2 xx.xx.1956-cı ildə Ağdərədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Bu qətnamə xx.xx.1956-cı il təvəllüdlü X4 doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Atası 1915-ci il təvəllüdlü, xx.xx.2006-cı ildə vəfat etmiş X9, anası xx.xx.1928-ci il təvəllüdlü, xx.xx.2021-ci ildə vəfat etmiş X6 olan, X2 xx.xx.1956-cı ildə Ağdərədə (Mardakert) rayonunun İmarət Qərvənd kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar