Məhkəmə qərarları › İş №2(061)-5/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-5/2025

06.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-5/2025 06.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X7 Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerlşən 0,05 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarlması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı X3 vəkili və vəkalətli nümayəndəsi X5 elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, hazırki iş üzrə 2 ildən artıq müddət keçməsinə baxmayaraq iş üzrə ekspertiza rəyi təqdim edilməmişdir. Bir neçə dəfə mülki iş ekspertizaya göndərilsə də, sonuncu dəfəxx.xx.2025-ci il tarixdə cavab verilməmişdir. Odur ki iş üzrə yekun nəticəyə gələrək qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və vəkalətli nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X7 ərizəsini onunla əsaslandırmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarına əsasən mərhum X1na ünvan 1 ünvanında 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 28 mart 1978-ci ildə vəfat etmişdir. Anasının birinci dərəcəli qanun üzrə vərəsəsi olduğundan ondan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi tərəfindən qəbul edilmiş və həmin əmlak üzərində xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququnun ********** saylı qeydlə qeydə alınaraq ona çıxarış verilmişdir. Cavabdeh tərəfindən zəbt edilmiş və üzərində tikinti aparılmışdır. Cavabdeh onun dayısıdır. Dəfələrlə qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də haqlı tələbinə məhəl qoymamışdır. Beləliklə, mülkiyyət hüququnu kobud surətdə pozmuşdur. Bu səbəbdən də məcbur olub məhkəmədə hazırki iddianı qaldırmışdır. Göstərilənlərə əsasən Cavabdeh, mülkiyyətində olan ünvan 2 ünvanında yerlşən 0,05 ha həyətyanı torpaq sahəsindən çıxarlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli vəkil orderindən görünür ki, X2 rayon Vəkil bürosunun vəkili X5 ilə müqavilə bağlayaraq ona xx.xx.2022-ci il tarixdə AR-İİ № 772223 saylı etibarnamə verərək məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. Cavabdeh məhkəmə iclası zamanı göstərmişdir ki, iddiaçı X7 ilə heç bir ədavəti olmamışdır. İddiaçı onun bacısı qızıdır. İddiaçı hazırda onun istifadə etdiyi həyətyanı torpaq sahəsinin ona məxsus olduğunu iddia etmişdir. Həmin həyətyanı torpaq sahəsi uzun müddətdir ki, ona məxsus olmuş və həmin həyətyanı torpaq sahəsindən fasiləsiz və etirazsız olaraq istifadə etmişdir. Həmin həyətyanı torpaq sahəsinə görə onun mülkiyyət hüququnu təsdiq edən sənədi vardır. Həmin torpaq sahəsində o, fərdi yaşayış evi inşa etdiyini və texniki pasport aldığını bildirmişdir. İş üzrə mütəxəssis cəlb edilmiş və rəy alınmışdır. Mütəxəssis rəyi ilə razı olmadığını bildirmişdir. Göstərdiklərinə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş MAPS arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin surətindən görünür ki, Tərtər şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi tam pay əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Tərtər şəhəri, XDS icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 10 №-li iclas protokolundan çıxarışın surətindən görünür ki, Tərtər şəhəri, XDS icraiyyə komitəsi Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 161R №-li və Azərbaycan SSR Torpaq Məcəlləsinin 133-cü maddəsinə müvafiq olaraq şəhərin Cavanşir küçəsi 16 №-li evdə yaşayan və əhaliyyə məişət xidməti kombinatında usta işləyən, Cavabdeh istifadəsindəki 0,05 ha həyətyanı torpaq sahəsi betondan müvəqqəti yaşayış məqsədi ilə onun adına qərarlaşdırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Tərtər şəhəri, Cavanşir küçəsi d1/16a №-li fərdi yaşayış fonduna daxil olan yaşayış evinə görə Cavabdeh adına texniki pasport verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 16 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfin nümayəndəsinin iştirakı ilə mübahisələndirilən və naturada göstərdiyi həyətyanı torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsi ilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirilmişdir. Məlum olmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********51 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsindən hal-hazırda bütövlüklə Cavabdeh istifadə edir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2-1248/2025 saylı 16 oktyabr 2025-ci tarixli Tərtər Rayon Məhkəməsinə ünvanlanmış məktubunda göstərilmişdir ki, Ali Məhkəmənin torpaq mübahisələri üzrə işlərdə Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəylərinə istinad edilməklə qərarların qəbuluna dair icmal tövsiyyələrin hazırlanmasını nəzərə alaraq, məsələnin həllinin təmin edilməsi məqsədəuyğun hesab olunur. Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı adına Tərtər şəhəri, Cavanşir küçəsində yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi rəsmiləşdirilmişdir. Bu məqsədlə ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin tərəfindən çıxarış sənədi verilmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh göstərmişdir ki, xeyli müddətdir ki, o, yaşadığı Tərtər şəhəri, Cavanşir küçəsində yerləşən ümumilikdə 0,05 ha həyətyanı torpaq sahəsi əldə etmişdir. Son zamanlar iddiaçı həmin torpaq sahəsindən onun qanunsuz istifadə etdiyini bildirmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsindən uzun müddətdir ki, istifadə etdiyini, həmin torpaq sahəsinin ona Tərtər şəhəri, XDS icraiyyə komitəsinin qərarı ilə verildiyini, həmin torpaq sahəsində o, fərdi yaşayış evi inşa etdiyini və texniki pasport aldığını bildirmişdir. İş üzrə rəy alındığını, rəyə və iddiaya qarşı etirazı olduğunu göstərmişdir. Cavabdeh həmin həyətyanı torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də bununla bağlı hər hansı bir mötəbər sənədi məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız keçmiş SSR dövründən qalmış qərardadn çıxarışın və texniki pasportun surətlərini təqdim etməklə kifayətlənmişdir. Məhkmə bu halları sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bunun əksinə olaraq iddiaçı tərəf məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi ilə tam sübut etmişdir ki, onun mülkiyyətinə Tərtər şəhəri, Cavanşir küçəsindən 0,05 ha həyətyanı torpaq sahəsi verilmiş, və o, həmin torpaq sahəsinin mülkiyyətçisi hesab edilmişdir. Məhkəmə həmin sənədin sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bununla yanaşı məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 16 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyi ilə, iddiaçı tərəfin nümayəndəsinin iştirakı ilə mübahisələndirilən və naturada göstərdiyi həyətyanı torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsi ilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirilmişdir. Məlum olmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********51 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsindən hal-hazırda bütövlüklə Cavabdeh istifadə edir. Məhkəmə eyni zamanda həmin rəyin iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamış, ancaq öz qanunsuz hərəkətlərinə əsaslanaraq torpaqdan istifadə edir. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Tərtər şəhər, Cavanşir küçəsində yerləşən və iddiaçının mülkiyyətində olan 0,05 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, iddia ərizəsini və cavabdehin izahatını, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyini və digər sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədin əsasən Tərtər şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədin əsasən Tərtər şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən çıxarılsın. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar