Məhkəmə qərarları › İş №2(061)-554/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-554/2025

15.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-554/2025 15.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X9 Mərkəzinin nümayəndəsi X5 Cavabdeh və onun nümayəndəsi - vəkil X3 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 13 saylı X9 Mərkəzinin Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 15 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı 13 saylı X9 Mərkəzinin Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Soltanbud-02 meşəbəyliyinin 10-cu dolay 60-cı kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 2,0 ha meşə fonddu torpağının istifadəsinə qadağan qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X9 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə hazırlıq iclasında, yəni işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının nümayəndəsi Cavabdeh əsl cavabdeh X13 ilə əvəz edilməsinə razı olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi Cavabdeh əsl cavabdeh X13 ilə əvəz olunmasını istəmədiyi üçün məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxılmasını Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinin tələbləri baxımında qanunauyğun hesab etmişdir. Məhkəmə prosesinin gedişində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC iş üzrə 3-cü şəxs kimi cəlb edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MM-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MM-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X9 Mərkəzinin nümayəndəsi X14 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 13 saylı X9 Mərkəzinin Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 10-cu dolay 60-cı kvartalında 10 ha meşə fondu torpağı vardır. Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Soltanbud- 02 meşəbəyliyinin ərazisinə baxış keçirilərkən həmin meşəbəyliyinin Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 10-cu dolay 60-cı kvartalında 2,0 ha meşə fondu torpağının Cavabdeh tərəfindən özbaşına tutularaq (zəbt edilərəki) kənd təsərrüfatı bitkilərinin əkildiyi müəyyən olunmuşdur. Hal-hazırada da həmin meşə fondu torpağı Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh sözügedən torpaq sahəsini boşaltmamışdır. Həmin torpaq sahəsinin 13 saylı X9 Mərkəzinə aid olması Tərtər Rayon İcra Hakimiyyəti, Tərtər rayonu Sarov Bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və 13 saylı X9 Mərkəzi tərəfindən birgə tərtib və təsdiq edilmiş xəritəyə əsasən də təsdiq olunmuşdur. Lakin buna baxmayaraq Cavabdeh özünün qanunsuz hərəkətlərini davam etdirir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Tərtər rayonu Sarov Bələdiyyəsi ilə onun oğlu X13 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən Tərtər rayonu Sarov Bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpağından 6.2 ha torpaq sahəsi xx.xx.2049-cu il tarixədək sonuncunun icarəsinə verilmişdir. İcarə müqaviləsi hazırda da qüvvədədir, dövlət qeydiyyatından keçirilərək icarə hüququna dair Bəhruz Paşayevin adına Çıxarış verilmişdir. Həmin vaxtdan Bəhruz Paşayev sözügedən torpaq sahəsindən istifadə edərək orada taxıl, pambıq əkməklə istifadə etmişdir. Lakin 2023-cü ildən etibarən 13 saylı X9 Mərkəzinin əməkdaşları Bəhruz Paşayevin sözügedən torpaq sahəsindən istifadə etməsinə maneə olmağa başlamışlar. Hətta 2023-cü ildə pambıq yığımı ərəfəsində torpaq sahəsinin pambıq əkini altında olan bir hissəsinin meşə fonduna aid olduğunu bildirərək traktorla doğrayıb şumlayaraq Bəhruz Paşayevin icarə hüququnu pozmuşlar. Ona görə də Bəhruz Paşayev törənən maneənin aradan qaldırılmasına dair məhkəmədə iddia qaldırmış, tərəflərin və mütəxəssisin iştirakı ilə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı torpaq sahəsinin Sarov Bələdiyyəsinin mülkiyyətində olan Bəhruz Paşayevin icarəsinə verilən torpaq sahəsi olduğu müəyyən edildiyi üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək sözügedən torpaq sahəsindən Bəhruz Paşayevin istifadəsinə 13 saylı X9 Mərkəzi tərəfindən törənən maneənin aradan qaldırılması qət edilmişdir. O, özü sözüügedən torpaq sahəsi ilə bağlı öz adından heç bir iş görməmişdir. Bəhruz Paşayev işi ilə əlaqədar Bakı şəhərində olduğundan ona notarial qaydada etibarnamə verərək harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarının idarə edilməsini ona həvalə etmişdir. O, həmin etibarnaməyə əsasən Bəhruz Paşayevin adından hərəkət edərək icarəyə verilən sözügedən torpaq sahəsini idarə edir. İcarə müqaviləsi ləğv olunmamışdır, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi – vəkil X10 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, haqqında mübahisə qaldırılan torpaq sahəsi Tərtər rayonu Sarov Bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin ehtiyat fondu torpağına aid torpaq sahəsidir. Aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi Sarov Bələdiyyəsi tərəfindən xx.xx.2049-cu il tarixədək hazırkı cavabdehin oğlu Bəhruz Paşayevin icarəsinə verilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən sözügedən torpaq sahəsinin 13 saylı X9 Mərkəzinin meşə fonduna aid olmadığı müəyyən edilmişdir. Cavabdeh orada öz adından heç bir iş görməmişdir. Bəhruz Paşayev işi ilə əlaqədar Bakı şəhərində olduğundan Cavabdeh notarial qaydada etibarnamə verərək harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarının idarə edilməsini Cavabdeh həvalə etmişdirr. Cavabdeh həmin etibarnaməyə əsasən Bəhruz Paşayevin adından hərəkət edərək icarəyə verilən sözügedən torpaq sahəsini idarə edir. Hesab edir ki, Cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir. İddia tələbi ona qarşı qaldırıla bilməzdi. İddiaya iddiaya cavab verməli olmayan şəxsə qarşı qldırıldığı üçün məhkəmədən iddianınn rədd edilməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs qismində cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən 2018-ci ildə ölkə üzrə torpaq sahələrinin elektron uçotu aparılaraq X16 hazırlanmışdır. X12 əsasən hazırda haqqında mübahisə qaldırılan torpaq sahəsi Tərtər rayonu Sarov Bələdiyyəsinin mülkiyyətindədir və hazırkı cavabdehin oğlu Bəhruz Paşayevin icarəsinə verilmişdir. Bu barədə Bəhruz Paşayevin adına Çıxarış vardır. Həmin torpaq sahəsinin hazırkı iddiaçı 13 saylı X9 Mərkəzinin meşə fondu torpaqlarına heç bir aidiyyəti yoxdur. Bundan başqa bildirir ki, 13 saylı X9 Mərkəzi Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 10 ha meşə fondu torpağının naturada sərhədlərinin müəyyən edilməsi üçün tədbir görə bilər. Bir daha nəhkəmənin diqqətinə çatdırır ki, hazırda haqqında mübahisə qaldırılan torpaq sahəsi hazırkı Cavabdeh oğlu Bəhruz Paşayevin icarəsində olmaqla Tərtər rayonu Sarov Bələdiyyəsinin (indiki Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin) mülkiyyətində olan torpaq sahəsidir. İşdə olan Bərdə X9 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 005266 nömrəli Aktın təsdiq edilmiş surətindən görünür ki, kənd sakinin şikayəti əsasında Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən meşə fonduna aid torpaq sahəsinə baxış keçirilərkən 2,0 ha meşə fonddu torpaq sahəsinin X11 tərəfində şumlatdırılaraq arpa bitkisinin əkildiyinin müəyyən edildiyi qeyd olunmuşdur. İşdə olan Tərtər rayonu Sarov Bələdiyyəsi ilə X13 arasındaa bağlanmış xx.xx.2019cu il tarixli icarə müqaviləsindən görünür ki, Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən Tərtər rayonu Sarov Bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpağından 6.2 ha torpaq sahəsi xx.xx.2049-cu il tarixədək hazırkı cavabdehin oğlu X7 icarəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Tərtər rayonu Sarov Bələdiyyəsi ilə bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən hazırkı cavabdehin oğlu X7 icarəsinə verilmiş Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 6.2 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə plan və ölçü tərtib edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərrəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışdan görünür ki, hazırkı cavabdehin oğlu X7 icarəsinə verilmiş Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 6.2 ha torpaq sahəsinə hüquqları qeydiyyatdan keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə göndərilən dövlət orqanın Rəyindən görünür ki, hazırkı cavabdehin oğlu X13 onun icarəsinə verilmiş Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 6.2 ha torpaq sahəsinin 4.41 ha hissəsindən istifadə edir, istifadə edə bilmədiyi 1.79 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən X4 Torpaqlarına aid olmaqla əkin sahəsidir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-1161/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı cavabdehin oğlu X1 torpaq sahəsindən istifadə ilə bağlı “törənən maneənin aradan qaldırılması tələbi”nə dair hazırkı idddiaçı 13 saylı X9 Mərkəzinə və digərlərinə qarşı məhkəmədə iddia qldırmış, həmin iş üzrə məhkəmə prosesinin gedişində tərəflərin və mütəxəssisin iştirakı ilə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı xüsusi GPS aparatı vasitəsi ilə ölçmə aparılmış, torpaq sahəsinin dönmə nöqtələri (koordinatları) vurularakən haqqında mübahisə qaldırılan torpaq sahəsinin (hazırkı iddia tələbi də eyni torpaq sahəsi ilə bağlıdır) meşə fondunun deyil, hazırkı cavabdehin oğlu X7 icarəsində olmaqla Tərtər rayonu Sarov Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və 13 saylı X9 Mərkəzi tərəfindən icarə hüquqlarının həyata keçirilməsinə maneənin törədildiyi müəyyən edilərək, törədilən maneənin aradan qaldırılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İşdə olan Bakı şəhəri 30 saylı notariat ofissinin xüsusi nataruusu Əli Əliyev tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiqlənməklə verilmiş etibarnamədən görünür ki, X13 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarının idarə edilməsi və s. hüquqqlarını xx.xx.2049-cu il tarixədək hazırkı Cavabdeh etibar etmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Tərtər rayonu Sarov Bələdiyyəsinin mülkiyyətində olan, Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 6.2 ha torpaq sahəsi Tərtər rayonu Sarov Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2049-cu il tarixədək hazırkı cavabdehin oğlu X7 icarəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, X13 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarının idarə edilməsi və s. hüquqlarını xx.xx.2049-cu il tarixədək hazırkı Cavabdeh etibar etmişdir. Cavabdeh həmin etibarnaməyə əsasən X8 təmsil edərək sonuncunun adından hərəkət etmiş və hazırda da hərəkət edir. Sözügedən icarə müqaviləsini belə X13 imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəninüzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı №25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən qeyd etməyi lazım bilir ki, əvvəla iddiaçı 13 saylı X9 Mərkəzi etibarnaməli təmsilçisi vasitəsi ilə xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarə hquqlarını həyata keçirən X7 istifadə etdiyi torpaq sahəsinin məhz 13 saylı X9 Mərkəzinin Tərtər rayonunun Kovdadıq kəndində yerləşən meşə fondu tarpağı olmasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Həmin hal subuta yetirilmiş olsaydı belə bu hazırkı vəziyyətdə iddianın təmin edilməsinə əsas verə bilməz. Bundan başqa iddiaçı iddianı Cavabdeh qarşı qaldırsa da, iddia olunan torpaq sahəsinin istifadəsinin məhz onun öz adından həyata keçirilməsini məhkəəmə iclasında sübuta yetirə bilməmiş və nəticə etibarı ilə məhz onun iddiaya cavab verməli olan şəxs olmasını əsaslandıra bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı cavabdeh tərəfin izahatından və məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli etibarnamədən müəyyən olundu ki, X13 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarının idarə edilməsi və s. hüquqqlarını xx.xx.2049-cu il tarixədək etibarnaməli təmsilçisinə hazırkı Cavabdeh etibar etmişdir. Yəni Cavabdeh etibarnaməli isdarəçiliyinə verilmişdir. Həmin etibarnamə xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən yaranmış icarə hquqlarının həyata keçirilməsini də özündə ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinin mənasına görə əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məhkəmə sadalanan qanunvericilin normalarının müddəalarını rəhbər tutaraq və işin yuxarıda müəyyən olunmuş hallarına əsasıanaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən X7 yaranmış icarə hquqları onun əmlak hüququdur və o, həmin əmlak hüququnu etibarnaməli idarəçiliyə verməkdə və Cavabdeh etibarnaməli idarəçiliyi həyata keçirməkdə haqlı olmuşlar və bu hallar tamamilə qnunvericiliyə uyğunddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Məhkəmə yuxarıda şərh olunanları ümumiləşdirərək, işin yuxarıda müəyyən olunan faktiki hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı 13 saylı X9 Mərkəzinin Cavabdeh iddiaya cavab verməli olan şəxs olmasını əsaslandıra bilməmişdir. Cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğu və iddia təmin edilmədiyi üçün iş üzrə ödənilməli dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutataq, Qət etdi: İddiaçı 13 saylı X9 Mərkəzinin Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar