Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-556/2025 18.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X20 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 25 aprel 2007-ci ildə vəfat etmiş X5 və 29 noyabr 2011-ci ildə vəfat etmiş X7 miras qalmış, Tərtər rayon Xoruzlu kəndində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı üzrə verilmiş JN 0062, KOD 61113018 olan akta əsasən 1,23 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənləri bir daha təsdiqləyərək göstərmişdir ki, xx.xx.1956-cı ildə Tərtər rayon Xoruzlu kəndində anadan olmuşdur. Hazırda həmin kənddə qeydiyyatda olmaqla, yaşayır. Atası X2, anası mərhum X14 olmuşdur. Onlar ailədə 4 bacı və 2 qardaş olmuşlar. Atası X2 29 noyabr 2011-ci ildə, anası mərhum X14 25 aprel 2007-ci ildə və qardaşı X17 2017-ci ildə vəfat etmişdir. Mərhum valideynlərinə X29 Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı Qərarı ilə Tərtər rayon Xoruzlu kəndində 1,23 ha pay torpaq sahəsi və “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0062 saylı, KOD 61113018 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsindən valideynlərinin, sağlığında və onlar vəfat etdikdən sonra da o, istifadə etmişdir. Valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış torpaq sahəsini adına sənədləşdirmək üçün Tərtər rayon Notariat Ofisinə vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmiş, lakin ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Valideynlərindən miras qalmış torpaq sahəsini adına sənəşləşdirməsində digər bacı və qardaşlarının heç bir etirazları olmamışdır. Göstərdiklərinə əsasən 25 aprel 2007-ci ildə vəfat etmiş X5 və 29 noyabr 2011-ci ildə vəfat etmiş X7 miras qalmış, Tərtər rayon Xoruzlu kəndində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı üzrə verilmiş JN 0062, KOD 61113018 olan akta əsasən 1,23 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X15 göstərmişdir ki, Ərizəçi onun baldızıdır. Həyat yoldaşı Hüseyn Ələkbərov xx.xx.2017-ci ildə vəfat etmişdir. X2 qaynatası, mərhum X14 qaynanası olmuşdur. Onlar hər ikisi vəfat etmişlər. Mərhumlardan Tərtər rayon Xoruzlu kəndində 1,23 ha pay torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsindən onlar sağ ikən və vəfat etdikdən sonra da Cəmilə istifadə etmişdir. Həmin torpaq sahəsində mərhum həyat yoldaşı Hüseyn Ələkbərovun payına düşən hissəsini tələb etmədiyini və həmin hissənin ərizəçinin adına sənədləşdirilməsinə etirazı olmadığını bildirmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X16 göstərmişdir ki, Ərizəçi onun bibisidir. X28 2017-ci ildə vəfat etmişdir. Babası X2, nənəsi mərhum X14 vəfat etmişlər. Onlardan Tərtər rayon Xoruzlu kəndində 1,23 ha pay torpaq sahəsi miras qalmışdır. Miras torpaq sahəsindən onlar sağ ikən və vəfat etdikdən sonra da bibisi Ərizəçi istifadə etmişdir. Həmin torpaq sahəsində mərhum atası Hüseyin Ələkbərovun payına düşən hissəsinin ərizəçinin adına sənədləşdirilməsinə etirazı olmadığını bildirmişdir. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Tərtər rayon, Xoruzlu kəndində anadan olmuşdur. İşdə olan İ- İE № 266999 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 və X8 arasında nikah xx.xx.1963-cü ildə rəsmiləşdirilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Tərtər rayon, Xoruzlu kəndində anadan olmuşdur. İşdə olan AZ-İ 514678 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2011-ci ildə ölmüşdür. İşdə olan AZ-İ 831247 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan AZ-İİ № 412895 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2007-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Aqarar İslahat Komissiyasının 14 noyabr 2001-ci il tarixli qərar ilə X9 və X8 mülkiyyətinə 1,23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan pay torpaq sahəsi verilmişdir. İşdə olan Tərtər rayon Xoruzlu kənd İƏD-i üzrə nümayəndənin verdiyi 21 saylı xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Ərizəçi atası X16 xx.xx.2011-ci ildə ölən günədək Tərtər rayon Xoruzlu kəndində yaşamış, onun ailə üzvləri Ərizəçi, X18, X17, X10, X19 və X3 ibarət olmuşdur. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2025-ci ildə qəbul edilmiş 22 saylı qərarlardan görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan X11, X4, X12 və X6 ərizələrindən görünür ki, onlar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının başqa vaxta təxirə salmadan bacıları Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ərizəçi xx.xx.1956-cı ildə Tərtər rayonu Xoruzlu kəndində anadan olmuş və həmin ünvanda yaşayır. X1 29 noyabr 2011-ci ildə, anası mərhum X14 25 aprel 2007-ci ildə və qardaşı X17 2017-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında izahat vermiş Ərizəçi ərizədə göstərilənləri bir daha təsdiq edərək göstərmişdir ki, mərhum valideynlərinə X29 Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı Qərarı ilə Tərtər rayon Xoruzlu kəndində 1,23 ha pay torpaq sahəsi və “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0062 saylı, KOD 61113018 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsindən valideynlərinin, sağlığında və onlar vəfat etdikdən sonra da o, istifadə etmişdir. Onun bacıları və qardaşının göstərdiyi mirasın onun tərəfindən qəbul edilməsinə görə heç bir etirazları olmadığını, bu barədə razılıq ərizələrini verdiklərini bildirmişdir. Valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər Rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, o da bunu qəbul etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim edilmiş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməlidir. Çünki, mərhum valideynlərindən miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Ərizəçinin göstərdikləri məhkəmədə elan olunmuş sənədlərlə tam sübut olunur. Ərizəçi mərhum valideynlərindən qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün valideynlərindən miras qalmış daşınmaz əmlakları vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə elan edilmiş digər vərəsələr ərizələrində, valideynlərindən miras qalmış daşınmaz əmlakın ərizəçinin adına sənədləşririlməsinə etirazları olmadığını bildirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi ərizəsində istinad etdiyi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını, şahidləri ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 25 aprel 2007-ci ildə vəfat etmiş X5 və 29 noyabr 2011-ci ildə vəfat etmiş X7 miras qalmış Tərtər rayon Seydimli kəndində yerləşən, Tərtər rayon Xoruzlu kəndində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı üzrə verilmiş JN 0062, KOD 61113018 olan akta əsasən 1,23 ha pay torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 25 aprel 2007-ci ildə vəfat etmiş X5 və 29 noyabr 2011-ci ildə vəfat etmiş X7 miras qalmış Tərtər rayon Seydimli kəndində yerləşən, Tərtər rayon Xoruzlu kəndində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı üzrə verilmiş JN 0062, KOD 61113018 olan akta əsasən 1,23 ha pay torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-556/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-556/2025
18.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver