Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-619/2025 30.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla onun xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Vardenis (hazırki Basarkeçər rayonu) rayonunun Sovet (hazırki Qara İman kəndi) kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Vardenis (hazırki Basarkeçər rayonu) rayonunun Sovet (hazırki Qara İman kəndi) kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonu Sovet kəndində anadan olmuş, doğumu müvafiq qaydada qeydə alınmışdır. X1, anası X9r. 1988-ci ildən yaşadığı elindən-obasından məcburi qaçqın düşüb, Tərtər rayon Bəyimsov kəndində məskunlaşmışlar. O, həmin vaxtlar o, azyaşlı olduğundan özünə məxsus doğum haqqında şəhadətnaməni özü ilə götürə bilməmiş və Şəhadətnamə Ermənistan Respublikasında qalmışdır. Məcburi qaçqın düşdükdən sonra lazımi sənədlərlə təmin edildiyindən doğum haqqında şəhadətnaməyə ehtiyac duymadığından onu əldə etməmişdir. O, Tərtər rayonu, Bəyimsarov kənd orta məktəbində təhsil almış və həmin məktəbi bitirmişdir. Lakin son zamanlar atası özünə məxsus torpaq sahəsini ona və qardaşı X12 bağışlamaq üçün Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün bu əməliyyatı həyata keçirmək mümkün olmamışdır. Bu səbəbdən özünə məxsus doğum haqqında şəhadətnamənin alınması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etsə də əldə edə bilməmişdir. Sonuncu dəfə özünə məxsus doğum haqqında şəhadətamə almaq üçün aidiyyəti üzrə Tərtər rayon X8 müraciət etməli olmuşdur. Lakin Maraqlı şəxs 18 fevral 2025-ci il tarixli məktubla ona imtina cavabı verərək məhkəməyə müraciət eməyi məsləhət görmüşdür. Göstərdiklərinə əsasən ərizəçi onun xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Vardenis (hazırki Basarkeçər rayonu) rayonunun Sovet (hazırki Qara İman kəndi) kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvalayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında göstərmişdir ki, ərizəçi ilə yaxın qonşudurlar. Münasibətləri yaxşıdır. Ərizəçi Mahir Vəliyev xx xxxx 1984-cü ildə anadan olmuşdur. Onlar ailədə özündən başqa iki qardaşdırlar. Mahir Vəliyev məcburi qaçqın düşəndən sonra ailəsi ilə Tərtər rayon Bəyimsarov kəndində məskunlaşmış, Mahir Bəyimsarov kənd orta məktəbində təhsil almışdır. Hazırda da o, ailəsi ilə birlikdə Tərtər rayon Bəyimsarov kəndində yaşayır. Bir daha bir şahid kimi təsdiq etmişdir ki, ərizəçi Mahir Vəliyevin xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Vardenis (hazırki Basarkeçər rayonu) rayonunun Sovet (hazırki Qara İman kəndi) kəndində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X16 izahatında göstərmişdir ki, ərizəçi ilə həm qohum, həm də qonşudurlar. Münasibətləri yaxşıdır. Mahir Vəliyevin X1, anası X9r. Mahir Vəliyevin ailəsi məcburi qaçqın düşəndən sonra Tərtər rayon Bəyimsarov kəndində məskunlaşmışlar. X15 kənd orta məktəbində təhsil almışdır. Hazırda da o, ailəsi ilə birlikdə Tərtər rayon Bəyimsarov kəndində yaşamaqda davam edir. Bir şahid kimi ərizəçi Mahir Vəliyevin xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Vardenis (hazırki Basarkeçər rayonu) rayonunun Sovet (hazırki Qara İman kəndi) kəndində anadan olmasını təsdiq etmişdir. Mülki işə əlavə edilmiş seriya AA № ******* nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il təvəllüdlüdür. Mülki işə əlavə edilmiş Tərtər rayon Bəyimsarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 518 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 həqiqətən Tərtər rayon Bəyimsarov kəndində yaşayır, onun ailə üzvləri arvadı X4, oğlu X10, gəlini X7, nəvəsi X5, X6 və nəvəsi X3 ibarətdir. Mülki işə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 95,4 kv.metr olan, 0,28 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, X13 torpaq sahəsi ümumi birgə, X17 torpaq sahəsi ümumi birgə, Ərizəçi torpaq sahəsi ümumi birgə və X18 torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli Ərizəçi sorğusuna cavab məktubundan görünür ki, xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində baxış keçirilərkən və Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilmişdir ki, doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyini üçün Maraqlı şəxs tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün olmamışdır. Maraqlı şəxs ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 09 aprel 2025-ci il tarixli arayışından görünür ki, xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum omluşdur ki, ərizəçi xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonu Sovet kəndində anadan olmuşdur. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, məcburi qaçqın düşüb Tərtər rayonu, Bəyimsarov kəndində məskunlaşmışlar. Onun doğum haqqında şəhadətnaməsi ona məcburi qaçqın düşərkən itmişdir. Ancaq, şəxsiyyət vəsiqəsi vardır. Hazırda dövlət orqanlarında bəzi sənədləşmələrlə bağlı doğum haqqında Şəhadətnaməyə ehtiyac yaranır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də həmin faktın təsdiqi ərizəçiyə adına doğum haqqında şəhadətnamə alması üçün zəruridir. Yuxarıda göstərilən faktlar mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə şahid X14 və X16 şahid qismində məhkəmədə ifadə verərəkən Ərizəçilə yaxın münasibətlərinin olduğunu və onun xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonu Sovet kəndində anadan olmasını təsdiq etmişlər. Məhkəmə şahidlərin ifadələrini iş üzrə sübut növü kimi qədul edilməsini məqsədmüvqfiq hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarda göstərilən səbəblərdən əsası-ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmaması göstərilmişdir. Hazırki vəziyyətdə də ərizəçi məhkəmə iclasında doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyini göstərmişdir. Belə vəziyyətdə ərizənin təmin edilməsinə zərurət yaranmış və təmin edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1, anası X13 olan, Ərizəçi xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Vardenis (hazırki Basarkeçər rayonu) rayonunun Sovet (hazırki Qara İman kəndi) kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Bu qətnamə xx xxxx 1984-cü il təvəllüdlü Ərizəçi doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: X1, anası X13 olan, Ərizəçi xx xxxx 1984-cü ildə Ermənistan Respublikası Vardenis (hazırki Basarkeçər rayonu) rayonunun Sovet (hazırki Qara İman kəndi) kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-619/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-619/2025
30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver