Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-620/2025 25.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X12 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2rşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 25 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdeh “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X12 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahani tərəfindən verilmiş 18-1-75/3-1-1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə (vəzifəsinə) bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ Regional Şöbəsinə məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 1985-i ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirərək biologiya ixtisası üzzrə ali təhsil almış, xx.xx.2005-ci ildən xx.xx.2021-ci il tarixədək Tərtər Rayon Mərkəzi Xəstəxanasının labaratoriyasında labarant vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək Tibb bacıları Şöbəsində labaratoriya şöbəsi üzrə böyük tibb bacısı vəzifəsində, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək Tibb bacıları Şöbəsində labaratoriya şöbəsi üzrə böyük labarant vəzifəsində işləmişdir. İddiaçı işlədiyi müddətdə hər hansı bir nöqsana yol verməmiş, intizam məsuliyyətinə cəlb edilməmişdir. Lakin, buna baxmayaraq Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahaninin 18-1-75/3-1-1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə xx.xx.2024-cü il il tarixdən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi əsası ilə vəzifəsindən azad edilmişdir. Əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-28/2-6481/2024 nömrəli məktubuna və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verildiyi göstərilmişdir. Hesab edir ki, sözügedən əmr qaanunsuz və əsassızdır. Ona görə ki, iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün əvvəlcə atestasiya komissiyasının qərarı alınmalı idi. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin əsasla xitam verilə bilərdi. Lakin sözügedən əmr verilərkən bu qaydaya əməl edilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı məhkəmədən kənar qaydada məsələnin həlli məqsədi ilə 2024-cü ilin sentyabr ayında Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 müraciət etmiş, lakin müraciəti müsbət həll olunmamış və əmək müqavilələrinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsinin fərdi əmək mübahisəsinin predmeti olması vurğulanaraq bilavasitə məhkəmələr tərəfindən baxıldığı bilddirilmişdir. İddiaçı həmçinin məsələ ilə bağlı X5 Xidməti Qarabağ Regional Şöbəsinə müraciət etmiş, müraciət araşdırıldıqdan sonra xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktublarla iddiaçıya cavab verilmişdir. Həmin məktublarda Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahani tərəfindən verilmiş 18-1-75/3-1-1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasına yol verildiyi bildirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə məsuliyyətə cəlb edildiyi bildirilsə də iddiaçı işinə bərpa olunmamışdır. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X12 ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Bu barədə Gəncə 1 saylı Mediasiya təşkilatının mediatoru Vüsal Səfərov tərəfindən xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən məhkəməyə iddia ərizəsi ilə gec müraciət etmişdir. Gec müraciət etdiyi üçün məhkəməyə həmçinin buraxılmış iddia müddətinin bərpa edilməsinə dair yazılı vəsatət vermişdir. Haqqında mübahisə qaldırılan 18-1-75/3-1- 1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin verilməsindən 06 ay müddət keçsə də hesab edir ki, iddia müddətinin buraxılması üzürlü sayılmalı və onun pozulmuş hüququ bərpa edilməlidir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, doğrudur İddiaçı xx.xx.2005-ci ildən xx.xx.2021-ci il tarixədək Tərtər Rayon Mərkəzi Xəstəxanasının labaratoriyasında labarant vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək Tibb bacıları Şöbəsində labaratoriya şöbəsi üzrə böyük tibb bacısı vəzifəsində, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək Tibb bacıları Şöbəsində labaratoriya şöbəsi üzrə böyük labarant vəzifəsində işləmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 tərəfindən keçirilən monitorinq zamanı İddiaçı peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkarlanmışdır. Bu kimi halların aradan qaldırılması barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 tərəfindən bütün tibb müəssisələrinə, o cümlədən “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Ona görə də “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə xx.xx.2024-cü il tarixli məktub göndərilərək İddiaçı labarant vəzifəsində işləyib-işləməməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-28/2- 6481/2024 nömrəli məktubunda universitetlərin biologiya fakultəsini bitirən məzunların tibb müəssisələrində yalnız qeyri-tibb ali təhsilli mütəxəssislər tərəfindən tutula bilən çalışa bilmələri, həkim və orta tibb heyyəti vəzifələrində müvafiq olaraq ali və orta ixtisas ttibb təhsilli mütəxəssislərin fəaliyyət göstərə bilmələri və onların mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb olunmalı olmaları, İddiaçı tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirrmə kursu vvə sertifikasiyadan keçməsinin, həmçinin tibb müəssissələrində ttibb işçisi vəziffəsində işləməsinin qeyri-mümkün olması göstərilmişdir. Bundan sonra Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahaninin 18-1-75/3-1-1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi əsası ilə vəzifəsindən azad edilmişdir. Hesab edir ki, sözügedən əmr tamamilə qanuni və əsaslıdır. Bundan başqa məhhkəmənin diqqətinə çatdırır ki, haqqında mübahisə qaldırılan 18-1-75/3-1-1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin verilməsindən 06 ay müddət keçmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv olunmasından 01 ay müddətinddə məhkəmədə iddia qaldıra bilərdi. Lakin iddiaçı qanun bu tələbinə əməl etməyərək idddia müddətini üzürsüz səbəbdən buraxmışdır. Ona görə də yuxarıda qeyd olunanları nəzərə almaqla bərabər məhkəmədən hazırkı tələbə iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsin xahiş edir. İşdə olan 4/2 saylı, xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, hazırkı İddiaçı “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 Kliniki-diaqnostik labarotoriyanın labarantı vəzifəsindən “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 Labaratoriya şöbbəsi üzrə Tibb bacıları şöbəsinə böyük tibb bacısı vəzifəsinə keçirilmişdir. İşdə olan Əmək kitabçasının surətindən görünür ki, hazırkı İddiaçı 27/9 saylı, xx.xx.2022-ci il tarixli əmrlə “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 Labaratoriya şöbbəsi üzrə Tibb bacıları şöbəsinə böyük tibb bacısı vəzifəsindən həmin şöbənin Labaratoriya şöbbəsi üzrə böyük labarant vəzifəsinə keçirilmişdir. İşdə olan “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahani tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-75/2-1010/2024 saylı məktubun surətindən görünür ki, Universiteti biologiya ixtisası üzrə birilən “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 Tibb bacıları şöbəsinin Labaratoriya şöbəsi üzrə böyük labarantı İddiaçı böyük labarant vəzifəsində işləyibişləməməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İşdə olan “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahaniyə ünvanlanmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-28/2- 6481/2024 nömrəli məktubundan görünür ki, universitetlərin biologiya fakultəsini bitirən məzunların tibb müəssisələrində yalnız qeyri-tibb ali təhsilli mütəxəssislər tərəfindən tutula bilən çalışa bilmələri, həkim və orta tibb heyyəti vəzifələrində müvafiq olaraq ali və orta ixtisas ttibb təhsilli mütəxəssislərin fəaliyyət göstərə bilmələri və onların mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb olunmalı olmaları, İddiaçı tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçməsinin, həmçinin tibb müəssissələrində tibb işçisi vəziffəsində işləməsinin qeyri-mümkün olması göstərilmişdir. İşdə olan Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahani tərəfindən verilmiş 18-1-75/3-1-1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 Tibb bacıları şöbəsinin Labaratoriya şöbəsi üzrə böyük labarantı İddiaçı xx.xx.2024-cü il il tarixdən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi əsası ilə vəzifəsindən azad edilmişdir. Əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3- 28/2-6481/2024 nömrəli məktubuna və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verildiyi göstərilmişdir. İşdə olan X5 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, İddiaçı “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahani tərəfindən verilmiş 18-1-75/3-1- 1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olub-olmaması ilə bağlı X5 Xidməti Qarabağ Regional Şöbəsinə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarrixli, 18-1/2-Ə-10702-1-22010/2024 saylı məktubundan görünür ki, İddiaçı “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahani tərəfindən verilmiş 18-1-75/3-1-1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrlə bağlı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 müraciət etmiş və ona əmək müqavilələrinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin predmeti olduğundan bilavasitə məhkəmələr tərəfindən baxılmalı olması nəzərinə çatdırılmışdır. İşdə olan Gəncə 1 saylı Mediasiya təşkilatının mediatoru Vüsal Səfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X12 mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahani tərəfindən Tərtər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı iddiası üzrə tələbinə iddia müddətinin tətbiq olunması və iddianın rədd edilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, İddiaçı xx.xx.2005ci ildən xx.xx.2021-ci il tarixədək Tərtər Rayon Mərkəzi Xəstəxanasının labaratoriyasında labarant vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək Tibb bacıları Şöbəsində labaratoriya şöbəsi üzrə böyük tibb bacısı vəzifəsində, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək Tibb bacıları Şöbəsində labaratoriya şöbəsi üzrə böyük labarant vəzifəsində işləmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 tərəfindən keçirilən monitorinq zamanı İddiaçı peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkarlanmışdır. Bu kimi halların aradan qaldırılması barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 tərəfindən “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Ona görə də “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə xx.xx.2024-cü il tarixli məktub göndərilərək İddiaçı labarant vəzifəsində işləyib-işləməməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-28/2-6481/2024 nömrəli məktubunda universitetlərin biologiya fakultəsini bitirən məzunların tibb müəssisələrində yalnız qeyri-tibb ali təhsilli mütəxəssislər tərəfindən tutula bilən çalışa bilmələri, həkim və orta tibb heyyəti vəzifələrində müvafiq olaraq ali və orta ixtisas tibb təhsilli mütəxəssislərin fəaliyyət göstərə bilmələri və onların mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb olunmalı olmaları, İddiaçı tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirrmə kursu vvə sertifikasiyadan keçməsinin, həmçinin tibb müəssissələrində tibb işçisi vəziffəsində işləməsinin qeyri-mümkün olması göstərilmişdir. Bundan sonra Tərtər Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru Sərxan Cəlahaninin 18-1-75/3-1-1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi əsası ilə vəzifəsindən azad edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı sözügedən 18-1-75/3-1-1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrlə razılaşmadığı halda məhkəməyə deyil, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 və X5 Xidməti Qarabağ Regional Şöbəsinə müraciətlər etmiş, əmrin çıxarılmasından təxminən 06 ay sonra, yəni 01 ay iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 6-cı hissəsinə görə attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Həmin Məcəllənin 287-ci maddəsinə görə fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 292.1-ci maddəsinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 292.2-ci maddəsinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 294.1-ci maddəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294.2-ci maddəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 294.4-cü maddəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəllənin 296.1-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarının müddəalarından görünür ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan dedikdə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan yaradılan orqan başa düşülür. İşin yuxarıda müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ümumiyyətlə fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqana, yəni həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan yaradılan orqana müraciət etməmişdir. O, məhkəməyə qədər fərdi əmək mübahisəsini həll etmək üçün xüsusi yaradılmış orqana deyil, həmin mübahisəni həll etmək səlahiyyətinə malik olmayan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 və X5 Xidməti Qarabağ Regional Şöbəsinə müraciət etmişdir. Nəticə etibarı ilə, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün, yəni haqqında mübahisə qaldırdığı 18-1-75/3-1-1356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğvi ilə bağlı məhkəməyə iddia olunan hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində deyil, əmrin çıxarılmasından 05 ay 24 gün sonra müraciət etmişdir. İddiaçı müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsi üçün məhkəməyə vəsatət versə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin buraxılmasının üzürlü hesab edilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə iddiaçının iddia olunan hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində deyil, 05 ay 24 gün sonra müraciət etməsinin səbəblərini üzürlü hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanədək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, “konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrəədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin qeyd etmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər”. İşin yuxarıda müəyyən olunmuş hallarından görünür ki, haqqında mübahisə qaldırılan əmr xx.xx.2024-cü il il tarixdə verilmişdir. Belə olan halda iddiaçı xx.xx.2025-ci il tarixədək məhkəməyə müraciət etməli idi. Həmin vaxtdan sonrakı müddətlər artıq iddiaçının hüuqunun pozlduğu müddətdir. İddiaçı onun əmək fəaliyyətinə xitam verilməsindən narazı qaldığı halda əmək müqaviləsinə xitam verildiyi vaxtdan 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş, 05 ay 24 gün sonra məhkəməyə iddia vermişdir. Bununla da, iddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Cavabdeh məhkəmə prosesinin gedişində məhkəməyə ərizə təqdim edərək İddiaçı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı verməkdə sübyektiv hüquqa malik olmuş olsa belə, məhkəmə iddia müddəti ilə bağlı işin yuxarıda müəyyən olunan hallarını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin müddəalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyini əsas götürərək və cavabdeh tərəfin İddiaçı iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərrizənin nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini üzürsüz səbəbdən ötürməklə hazırkı iddianı verdiyindən və tələb üzrə iddia müddəti keçdiyi üçün iddia qanunsuzdur. Ona görə də iddia təmin edilməməlidir. İddia qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə qanunsuz olduğundan məhkəmə haqqında mübahisə qaldırılan əmrin məzmuna görə qanunvericiliyin tələblərinə uyğun olub-olmaması barədə hüquqi dəyərləndirrmə aparmadı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklkə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutataq, Qət Etdi: İddiaçı cavabdeh “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X12 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X2rşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №2(061)-620/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-620/2025
25.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver