Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-634/2025 24.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə 24 aprel 2025-ci il tarixdə Tərtyər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə və tələbin dəqiqləşdirilməsinə dair ilə məhkəməyə müraciət edərək xx.xx.1993-cü il tarixdə Tərtər rayonunda bir oğlan uşağı (X2) doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Tərtər rayonunun Seydimli kəndində yaşayır. X5 ilə 1981-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından üç nəfər uşaqları - Mübariz, Ramin və Elşən doğulmuşdur. Mübariz və Raminə doğum haqqında şəhadətnamə alsalar da, fermalarda çobanlıqla məşğul olduqlarından səhlənkarlıq edib Elşənə doğum haqqında şəhadətnamə almamışlar. Elşənə doğumu haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də, Elşənə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Oğlu Elşənə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi üçün doğum haqqında şəhadətnaməsinin olmaması zəruridir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun doğma bacısıdır. X8 rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından uşaqları uşaqları - Mübariz, Ramin və Elşən doğulmuşdur. Elşən 1993-cü ildə anadan olmuşdur. Bacısıgil fermalarda çobanlıqla məşğul olduqlarından səhlənkarlıq edib Elşənə doğum haqqında şəhadətnamə almamışlar. Elşən hazırda sağ-salamatdır və ərizəçi ilə birlikdə Tərtər rayonunun Seydimli kəndində ərizəçinin yanında yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisiqızıdır. X8 rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından uşaqları uşaqları - Mübariz, Ramin və Elşən doğulmuşdur. Elşən 1993-cü ildə anadan olmuşdur. Gülşəngil fermalarda çobanlıqla məşğul olduqlarından səhlənkarlıq edib Elşənə doğum haqqında şəhadətnamə almamışlar. Elşən hazırda sağ-salamatdır və ərizəçi ilə birlikdə Tərtər rayonunun Seydimli kəndində ərizəçinin yanında yaşayır. İşdə olan Xanlar rayonu Yenikənd soveti tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş nikah haqqında şhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi qızı arasında xx.xx.1981-ci il tarixdə nikah haqqında akt qeydləri kitabında 16 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Balakişiyev, arvada Balakişiyeva soyadı verilmişdir. İşdə olan Tərtər rayon İHB-nın Seydimli kənd İƏD-i üzrə nümayəndəsi N.Vəliyeva tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 73 sayl arayışdan görünür ki, X7 hal-hazırda Tərtər rayonunun Seydimli kəndində yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/7- B/xx-xx/2025 nömrəli məktubdan görünür ki, X13 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat sisteminə baxış keçirərkən xx.xx.1993-cü ildə Tərtər rayonunun Seydimli kəndində doğulmuş X1 Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün ddoğumu dövlət qeydiyyatına almaq mümkün deyildir və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahidlərin ifadəsi və işdə digər sübutlara əsasən müəyyən olundu ki, Ərizəçi X5 ilə xx.xx.1981-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından üç nəfər uşaqları - Mübariz, Ramin və Elşən doğulmuşdur. Mübariz və Raminə doğum haqqında şəhadətnamə alınsa da, fermalarda çobanlıqla məşğul olduqlarından səhlənkarlıq edib Elşənə doğum haqqında şəhadətnamə almamışlar. Elşənə doğumu haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciət edilsə də, ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Oğlu Elşənə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi üçün doğum haqqında şəhadətnaməsinin olmaması zəruridir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetnin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.4.5-ci bəndinə uyğun olaraq uşaq tibb müəssisəsində kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı bəndinə görə Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Tərtər rayonunun Seydimli kəndində bir oğlan uşağı (X2) doğması faktı sübuta yetirildiyindən, Elşən Balakişiyevin mənafeyinin qorunmasının tam təminat altına alınması üçün bu fakt, yəni doğum faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1993-cü il tarixdə Tərtər rayonunun Seydimli kəndində bir oğlan uşağı (X2) doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №2(061)-634/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-634/2025
24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver