Məhkəmə qərarları › İş №2(061)-681/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-681/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-681/2025 08.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi (bacısı) X3 iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 15 mart 1993-cü ildə vəfat etmiş nənəsi X11 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-1393A, KOD 61101004 saylı Şəhadətnamə əsasında verilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin və vəsiyyətnamə əsasında miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi (bacısı) X8 ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, ərizəçinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuş, lakin məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Ərizəçi xx.xx.1967-ci anadan olmuşdur. X6 xx.xx.1982-ci ildə vəfat etmişdir. Ərizəçi X5 ilə bir yerdə ailə kimi yaşamış və birgə təsərrüfat aparmışlar. X5 xx.xx.1993-cü ildə vəfat etmişdir. Ərizəçi nənələri Tovuz Həsənova vəfat etdiyindən onun birinci dərəcəli vərəsəsi sayılır. Belə ki, ərizəçi nənələri Tovuz Həsənova vəfat etdikdən sonra ondan qalmış bütün mirası faktiki olaraq qəbul etmişdir. Bununla yanaşı Tovuz Həsənova vəfat etməmişdən əvvəl, xx.xx.1989-cu il tarixli, 3202 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, ünvan 2 ünvanında yaşayan nənələri Tovuz Həsənova harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən mişar daşı (kubik) ilə qara daşdan tikilmiş kürsülü, 2 göz otaq hissəsi, aynəbənd, mətbəxdən ibarət şəxsi yaşayış evini nəvəsi kimi ərizəçiyə vəsiyyət etmişdir. Lakin ötən müddət ərzində ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Son dövrlərdə ərizəçi nənələri Tovuz Həsənovadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu xx.xx.2025-ci tarixli, 89 nömrəli qərarı ilə ərizəçiyə mirasın qəbulu üçün Azərbaycan Respublikası MM-in 1246 -cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməsindən imtina etmiş və mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Notariat orqanı sənədlərin natamamlığı səbəbindən həmin şəhadətnamələrin verilməsindən imtina etmişdir. Odur ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçiyə hazırki faktın müəyyən edilməsi məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazım olduğunu və bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilmədiyini bildirmişdir. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahişı etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AR-İİİ № 566264 nömrəli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi bacısı X4 etibarnamə verərək onu məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZ-İV № 980299 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X20, ana qrafasında X25 qeyd edilmişdir. İşdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İşdə olan ünvan 5 xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, Qaçay Məmmədov küçəsi ev 32 ünvanında qeydiyyatda olan Ərizəçi həmin ünvanda yaşayır. İşdə olan AZB № 131485 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1972-ci il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X20, ana qrafasında X25 qeyd edilmişdir. İşdə olan xx.xx.1989-cu ildə Tərtər Rayon Notariat Kontorunda tərtib və təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, keçmiş Mirbəşir şəhəri (hazırki Tərtər şəhəri, Qaçay Məmmədov küçəsi ev 32), Komsomol küçəsi 22-də yaşayan X22 öz razılığımla sərəncam verirəm ölümündən sonra harada və nədən ibarət olursa olsun o cümlədən Mirbəşir şəhəri, (hazırki Tərtər şəhəri, Qaçay Məmmədov küçəsi ev 32) Komsomol küçəsi 22-də mişar (kubik) daşından tikilmiş, kürsülü, 2 otaq, qarşı hissəsi aynabənd və mətbəxdən ibarət evini nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Vəsiyyət edərkən Azərbaycan Respublikası MM-in tələbləri ona izah edilmişdir. İşdə olan İV-JQ № 348883 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1993-cü ildə ölmüşdür. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2025-ci ildə qəbul edilmiş 89 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-1393A, KOD 61101004 saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin sənəd üzrə X21 və X26 0.06 ha həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçiləri kimi qeyd edilmişlər. İşdə olan AZ-İ № 498207 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1982-ci ildə ölmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş (**********250) ərizədən görünür ki, xx.xx.1993-cü ildə vəfat etmiş X21 vəfat etmişdir. Vərəsəlik ilə əlaqədar bildirmişdir ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişdir, qəbul etmək niyyətində deyildir. İşdə olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş (**********461) ərizədən görünür ki, X26 bildirmişdir ki, xx.xx.1993-cü ildə vəfat etmiş X13 miras qalmış əmlaklardan ona düşən miras payı qəbul etməmişdir, etmir, gələcəkdə də etmək firki yoxdur. Bununla bağlı gələcəkdə hər hansı bir mübahisə yaratmayacaqdır. Ərizəsinin dəyişdirilməsinin və ya geri götürülməsinin mümkünsüzlüyü, imtinanın mirasın nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün mirasa dair olması notarius tərəfindən ona izah edilmişdir.Həmin miras əmlakların Ərizəçiun adına rəsmiləşdirilməsinə etiraz etmir, razıdır. İşdə olan Tərtər Rayon Dövlət Arxivinin X1 cavab verdiyi xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, rayon Dövlət Arxivində mühafizə olunan Tərtər “Qeydiyyat Şöbəsinin 1940-cı ilə aid Tərtər rayon üzrə tərtib olunmuş doğum akt qeydləri kitabı yoxlanış zamanı 32 saylı akt qeydinə əsasən X14 doğumu haqqında məlumatlar ata adı X16, ana adı X21, doğulduğu yer Tərtər rayonu, akt qeydi kitabında X14 doğum tarixi xx.xx.1940-cı il yazılmışdır. İşdə olan Tərtər şəhəri, İƏD-i üzrə nümayəndənin verdiyi 5107 saylı xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, mərhum X7 şəhəri Q.Mehdiyev küçəsi 22 saylı evdə yaşamışdır. Vəfat etdikdən sonra onun vərəsələri -oğlu X20 (vəfat etmişdir), nəvəsi 1967-ci il təvəllüdlü Ərizəçi, nəvəsi 1969-cu il təvəllüdlü X10 və 1972-ci il təvəllüdlü X12 qalmışdır. İşdə olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Mirbəşir şəhəri Komsomol küçəsi 22-də yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 130,4 kv.metr, o cümlədən yaşayış sahəsi 798 kv.metr, köməkçi sahəsi 50,6 kv.metr olan fərdi yaşayış evi X17 məxsus olmuşdur. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsinin izahatını dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi xx.xx.1967-ci anadan olmuşdur. X6 xx.xx.1982-ci ildə vəfat etmişdir. Ərizəçi X5 ilə bir yerdə ailə kimi yaşamış və birgə təsərrüfat aparmışlar. X5 xx.xx.1993-cü ildə vəfat etmişdir. Ərizəçi nənələri Tovuz Həsənova vəfat etdiyindən onun birinci dərəcəli vərəsəsi sayılır. Belə ki, ərizəçi nənələri Tovuz Həsənova vəfat etdikdən sonra ondan qalmış bütün mirası faktiki olaraq qəbul etmişdir. Bununla yanaşı Tovuz Həsənova vəfat etməmişdən əvvəl, xx.xx.1989-cu il tarixli, 3202 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, ünvan 2 ünvanında yaşayan nənələri Tovuz Həsənova harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən mişar daşı (kubik) ilə qara daşdan tikilmiş kürsülü, 2 göz otaq hissəsi, aynəbənd, mətbəxdən ibarət şəxsi yaşayış evini nəvəsi kimi ərizəçiyə vəsiyyət etmişdir. Lakin ötən müddət ərzində ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Son dövrlərdə ərizəçi nənələri Tovuz Həsənovadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, ərizəçi də bunu qəbul etmişdir. Odur ki, ərizəçi mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, mərhum nənəsindən miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, ərizəçi mərhum nənəsinin qanun və vəsiyyətnamə üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün nənəsindən miras qalmış daşınmaz əmlakları vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin vəkalətli nümayəndəsinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 15 mart 1993-cü ildə vəfat etmiş nənəsi X11 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-1393A, KOD 61101004 saylı Şəhadətnamə əsasında verilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin X18 aid olan 0,03 ha hissəsinin və vəsiyyətnamə əsasında miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 15 mart 1993-cü ildə vəfat etmiş nənəsi X11 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-1393A, KOD 61101004 saylı Şəhadətnamə əsasında verilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin X18 aid olan 0,03 ha hissəsinin və vəsiyyətnamə əsasında miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar