Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-682/2025 12.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə 12 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş qaynanası X1 miras qamış Tərtər rayon Seydimli kəndində yerləşən 0.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi **********96 olan Çıxarışına əsasən qaynanası Ərizəçi mülkiyyətində Tərtər rayon Seydimli kəndində yerləşən 0.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Səmayə Hüseynova harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarını ona vəsiyyət etmiş və bu barədə xx.xx.2017-ci ildə Maraqlı şəxsndə təsdiq edilməklə vəsiyyətnamə qoymuşdur. Səmayə Hüseynova xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O, miras açıldıqdan sonra Səmayə Hüseynovadan miras qamış Tərtər rayon Seydimli kəndində yerləşən 0.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki qəbul etmiş və hazırda idarə edir. Sözügedən mirasla bağlı hər hansı bir mübahisə yoxdur. Mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2018-cı il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Tərtər rayon Seydimli kəndində yerləşən 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 mülkiyyətindədir. İşdə olan Maraqlı şəxsndə təsdiq edilmiş xx.xx.2017-cu il tarixli vəsiyyətnamədən görünür ki, X4 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarını hazırkı Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X4 xx.xx.2018-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Notariat Ofisi tərəfindən qəbul edilmiş “notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair” 134 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ərizəçi X1 qalan mirasın qəbulu ilə bağlı Tərtər rayon Notariat Ofisinə müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddət ötürüldüyü üçün ona vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı ərizəçinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi **********96 olan Çıxarışına əsasən ərizəçinin qaynanası X2 mülkiyyətində Tərtər rayon Seydimli kəndində yerləşən 0.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Səmayə Hüseynova harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarını hazırkı ərizəçiyə vəsiyyət etmiş və bu barədə xx.xx.2017-ci ildə Maraqlı şəxsndə təsdiq edilməklə vəsiyyətnamə qoymuşdur. Səmayə Hüseynova xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ərizəçi miras açıldıqdan sonra Səmayə Hüseynovadan miras qamış Tərtər rayon Seydimli kəndində yerləşən 0.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki qəbul etmiş və hazırda iitifadə edir. Sözügedən mirasla bağlı hər hansı bir mübahisə yoxdur. Mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, miras müvafiq olaraq 2018-ci ildə açıldığından məsələ hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə həll edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesul qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, sözügedən torpaq sahəsi miras qoyana məxsus olmaqla onun tərəfindən (harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarını) notariat qaydasında vəsiyyətnamə qoyulmaqla hazırkı ərizəçiyə vəsiyyət edildiyindən, vəsiyyətnamə sonradan ləğv və ya etibarsız hesab edilmədiyindən (hər bir halda vəsiyyətnamənin sonradan ləğv edilməsi və ya etibarsız hesab edilməsinə dair iş materiallarında heç bir sübut yoxdur), həmin mirası ərizəçi faktiki olaraq qəbul etdiyindən və mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmadığından ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutataq, Qət Etdi: Ərizə təmin edilsin. X3 miras qalan, Tərtər rayon Seydimli kəndində yerləşən 0,82 ha kənd təsərrüüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov
Məhkəmə qərarları › İş №2(061)-682/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-682/2025
12.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver