Məhkəmə qərarları › İş №2(061)-715/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-715/2025

07.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-715/2025 07.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh1 Yunus qızının Cavabdeh, həm də digər cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Yunus qızı, X3 və X1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, mərhum valideynlərindən və oğlundan miras qalmış vərəsəliyin tanınması, mirasın yenidən bölünməsi və hər iki miras üzrə ona düşən payların müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 07 iyul 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Yunus qızı, X3 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, mərhum valideynlərindən miras qalmış Tərtər rayonun, Hacıqərvənd kəndində 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 96 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m, yardımçı sahəsi 48 kv.m (şüşəbəndin sahəsi 24 kv.m giriş otağının sahəsi 6 kv.m. açıq balkonun sahəsi 9 kv.m və mətbəxin sahəsi 9 kv.m) olan 03 otaqlı fərdi yaşayış evinə və sahəsi 24 kv.m olan mal tövləsinə, mərhum oğlu X4 miras qalmış 0,13 ha həyətyanı torpaq sasinə və 0,283 ha kəndd təsərrüüfatı təyinatlı torpaq sahəsinə vərəsəliyinin tanınması, hər iki mirasın yenidən bölünməsi və hər iki mirasda paylar müəyyən edilərək müvafiq qaydada ona müvafiq pay verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi və cavabdehlər işə mahiyyəti üzrə baxılmasını təəb etmədiyi üçün iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığı üçün iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Yunus qızı, X3 və X1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, mərhum valideynlərindən və oğlundan miras qalmış vərəsəliyin tanınması, mirasın yenidən bölünməsi və hər iki miras üzrə ona düşən payların müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsin. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar