Məhkəmə qərarları › İş №2(061)-716/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-716/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-716/2025 01.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə, cavabdehin həmin evdə onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onun istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı onun Tərtər şəhəri, V.S.Həsənov küçəsi (keçmiş Sahil küçəs) yerləşən cavabdehlə birgə tikdirib yaşadıqları ümumi sahəsi 110 kv.metr, 6 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, cavabdehin həmin evdə onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onun istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması, eyni zamanda dövlət rüsumu üçün ödədiyi 45 manat və mediasiya xərci üçün ödədiyi 55 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 dekabr 2003-cü ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Nikahları Tərtər rayon Qeydiyyat Şöbəsində 270 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü X6 və xx.xx.2000-ci il təvəllüdlü X11 adlı iki övladları olmuşdur. Oğlu evlənmiş və onlarla yaşayır. Qızı da ailə qurmuş və ər evində yaşayır. Cavabdeh ilə münasibətləri heç nədən kəskinləşmiş və onu zorla evdən çıxartmışdır. O, evə qayıtmaq istəsə də cavabdeh onu evə buraxmamış, onu hədələmiş, şantaj etmişdir. Bu səbəbdən öz evində yaşamaq hüququndan məhrum edilmiş və haqırda Tərtər şəhəri, V.Həsənov küçəsində yerləşən atası evində yaşayır. Başqa sözlə Cavabdeh ailə daxili birgə yaşayış normalarına riayət etməmiş, əhəmiyyətsiz və ya az əhəmiyyətli təsirə dözməmiş, tez-tez onunla münaqişə yaratmış, ailə hüquqlarının göstərişlərini pozan hərəkətlər etmiş, qanuna zidd hərəkətlər edərək onu və uşaqlarını, habelə baldızını, gəlinini münaqişəyə, hər hansı fiziki güc tətbiq etməyə təhrik etmiş və daima onu və uşaqlarını, habelə baldızını, gəlinini dava-dalaşa sövq etmişdir. Bu hal isə hər hansı haldasa onu hövsələdən çıxarıb özünümüdafiə hərəkətləri və güc tətbiq etməyə sövq edə bilər. Bununla belə heab etmişdir ki, Cavabdeh onun qanunazidd hərəkətlərin qarşısını inzibati orqanların profilktiki tədbirləri nəticəsində aradan qaldıra bilər. lakin Tərtər Rayon İcra Hakimiyyətinə məişət zorakılığının qarşısının alınması barədə, Tərtər Rayon Polis Şöbəsinə hədələndiyi barədə şikayətlər etsə də bir nəticə olmamışdır. Bundan sonra Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Mediasiya tşkilatında da barışıq əldə edilməmişdir. Bu səbəbdən də cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən onun Tərtər şəhəri, V.S.Həsənov küçəsi (keçmiş Sahil küçəs) yerləşən cavabdehlə birgə tikdirib yaşadıqları ümumi sahəsi 110 kv.metr, 6 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, cavabdehin həmin evdə onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onun istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması, eyni zamanda dövlət rüsumu üçün ödədiyi 45 manat və mediasiya xərci üçün ödədiyi 55 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdeh ilə 30 dekabr 2003-cü ildə ailə qurmuş və rəsmi nikaha daxil olmuşlar. Nikahları Tərtər rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə alınmışdır. Onların birgə nikahlarından Şəmistan və Humay övladları olmuşdur. Oğlu evlənmiş və onlarla yaşayır. Qızı da ailə qurmuş və ər evində yaşayır. Cavabdeh ilə münasibətləri kəskinləşmiş və onu evdən çıxarmışdır. Evə qayıtmaq istəsə də cavabdeh buna imkan verməmişdir. Cavabdeh ailədaxili birgə yaşayış normalarına riayət etməmiş, tez-tez onunla münaqişə yaratmış, ona qarşı qanuna zidd hərəkətlər edərək onu və uşaqlarını, habelə baldızını, gəlinini münaqişəyə, hər hansı fiziki güc tətbiq etməyə təhrik etmiş və daima onu və uşaqlarını, habelə baldızını, gəlinini davadalaşa sövq etmişdir. Evə köçürmə ilə bağlı əvvəl Mediasiya Şurasına müraciət etmiş, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin onlar razılığa gələ bilməmişlər. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. 22 il həmin evdə onun əziyyəti olmuşdur. Ev Cavabdeh adınadır. Cavabdeh ondan ev tələb edəcəyi təqdirdə ona şər atacığını bildirmişdir. Qızılları həmin evdə qalmışdır. Cavabdeh onu evlə təmin etməsini bildirmişdir. Cavabdehlə bir evdə yaşaya biləcəyini və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada müvafiq bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Mülki işin materiallarına əlavə edilmiş bildirşdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında təqdim etdiyi ərizəsində İddiaçı ona qarşı qaldırdığı iddianın rədd edilməsini xahiş etmişdir. Evi atası almış və atası Eldar Əliyevin mülküdür. İddiaçı onun və ailə üzvlərinin yaşadığı evdə qeydiyyatda olmamışdır. Onlar İddiaçı ilə 1998-ci ildə ailə qurmuş, nikahları 2003-cü ildə rəsmiləşdirilmişdir. Onların 2 övladları olmuşdur. Yaşadıqları evə 2011-ci ildə köçmüşlər. Həmin evdə 2024-cü ilin oktyabr ayına qədər yaşamışılar. Hal-hazırda o, atası X7 aid mülkdə yaşadğını bildirmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazında göstərmişdir ki, İddiaçı Tərtər Rayon Məhkəməsində ona qarşı onun Tərtər şəhəri, V.S.Həsənov küçəsi (keçmiş Sahil küçəs) yerləşən cavabdehlə birgə tikdirib yaşadıqları ümumi sahəsi 110 kv.metr, 6 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, cavabdehin həmin evdə onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onun istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması, eyni zamanda dövlət rüsumu üçün ödədiyi 45 manat və mediasiya xərci üçün ödədiyi 55 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərdikləri yalan, böhtandan başqa bir şey deyildir. Hətta öz uşaqları anasından imtina etmişlər. Ona görə ki, analarının yaraşmaz hərəkətlərinə döşmürlər. Analarının evdən müxtəlif məbləğlərdə pullar götürüb hara xərclədiyini də bilməmişlər. Məsələn 2015-ci ildə 6000 manat götürmüş, axırıncı dəfə evdən çıxanda 450 ABŞ dolları götürərək, nəyə xərclədiyi bilinməmişdir. Bununla yanaşı evin əşyalarını satmış və digər qanunsuz işlərlə məşğul olmuşdur. Qohumlardan borc adı ilə müxtəlif məbləğlərdə pullar almış xərcləmiş, həmin borcları qaytarmış, beləki borc sahibləri pulu ondan tələb etmişlər. Eyni zamanda başqa-başqa kişilərlə telefon danışıqları olmuş, həmin səs yazılarını yazmışdır. Yəni İddiaçı xeyirli işlərlə məşğul olmamış, ancaq öz elədiyi pis əməlləri onun üstünə yıxaraq gözdən salmaq istəmişdir. Bu səbəblərdən də onunla yaşamaq və ailəni davam etdirmək istəmədiyini, onun evə köçürülməsinə etiraz etdiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Tərtər rayon Köçərli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X8 arasında nikah xx.xx.2003-cü il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsində 270 nömrəli akt qeydi tərtib olunmuş, ərə və arvada Əliyev soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər şəhər İƏD-i üzrə nümayəndənin verdiyi 1747 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Tərtər rayon Köçərli kəndində qeydiyyatda olan İddiaçı Tərtər şəhər V.S.Həsənov küçəsində yaşayır. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-667/2025 nömrəli qətnamənin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Tərtər Rayon Qeydiyyat Şöbəsində xx.xx.2003-cü il tarixdə 270 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydi pozulmuş, iddiaçı Cavabdeh Mediasiya sesiyyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqı cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı təsvir edildiyi kimi Cavabdeh qarşı mənzilə köçürmə ilə bağlı ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə keçiriləcək ilkin mediasiya sessiyası ilə bağlı tərəflərə məlumat verilmişdir. Hər iki tərəf ilkin ediasiya sessiyasında iştirak etmiş, lakin onlar prosesin davam etdirilə bilmısi üçün razılığa gələ bilməmişlər. İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Tərtər Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, sorğuda qeyd olunan İddiaçı adına Tərtər rayonu, Köçərli kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsində qeydiyyata alınmışdır. Cavabdeh adına fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirndən çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Köçərli kəndi ərazisində yerləşən 0,33 ha yaşayış məntəqələri üçün nəzərdə tutulmuş torpaq sahəsində inşa edilmiş 120,4 kv.metr fərdi yaşayış evi xx.xx.2023-cü ildə ********** sayla ümumi birgə paylarla X3, X9, İddiaçı və X5 mülkiyyətlərinə verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin etiraz əizlərini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, tərəflər ailə qurmuş və 2003cü il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər. Onların birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü X6 və xx.xx.2000-ci il təvəllüdlü X11 adlı iki övladları olmuşdur. Uşaqlar böyümüş və ailə qurmuşlar. İş materillarından aydın olur ki, İddiaçı hazırda Tərtər Rayon Köçərli kəndində qeydiyyatda olmaqla çıxarışla digər ailə üzvləri ilə birlikdə adına fərdi yaşayış evi qeydiyyata alınmışdır. İddiaçı həmin fərdi yaşayış evində qeydiyyatdadır. Eləcə də İddiaçı ilə Cavabdeh arasında nikah məhkəmə qaydasında pozulmuşdur. Onlar artlq ailə üzvləri hesab edilmirlər. Uşaqları isə böyümüş və həddi büluğa çatmşılar. Elcə də hər iki tərəfin izahatlarından görünür ki, onların arasında şiddətli keçimsizlik mövcuddur, onların eyni evdə yaşamaları gələcəkdə xoşagəlməz, ağır nəticələrə səbəb ola bilər ki, bu hal xüsusi ilə nəzərə alınmalı haldır. Eləcə də iddiaçı iddia ərizəsində onun köçmək istədiyi fərdi yaşayış evinin cavabdehlə birlikdə yaşadıqları dövrdə inşa edilməsi, eləcə də izahatında evin Cavabdeh adına olduğunu göstərsə belə, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Tərtər Rayon Məhkəməsinin sorğusuna cavab məktubunda, sorğuda qeyd olunan İddiaçı adına Tərtər rayonu, Köçərli kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsində qeydiyyata alındığı, Cavabdeh adına fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflər arasında evlə bağlı münasibətlər 2000-ci ildən sonra yarandığından hazırda qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müddaları tətbiq edilməlidir. Belə ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən (yəni Mülki Məcəllənin qüvvəyə mindiyi andan) sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin İddiaçı mübahisələndirdiyi fərdi yaşayış evinin mülkiyyətçisi ilə istifadə hüququnun əldə edilməsi barədə yazılı razılaşma olması və istifadə hüququnun reyestr orqanında qeydə alınması, habelə istifadə hüququnun əldə edilməsi üçün saziş bağlanmasına cəhd edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı 2003-cü ildə mübahisəli mənzilə köçərkən fərdi yaşayış evinə istifadə hüququnun əmələ gəlməsi üçün mənzilin mülkiyyətçisi ilə yazılı razılaşma bağlamasına cəhd göstərmədiyindən, həmin razılaşmanın hətta tərəflərin özləri arasında ən azı sadə yazılı formasına riayət edilmədiyindən, yazılı razılaşmanının təsdiq olunması və istifadə hüququnun qeydə alınması üçün müvafiq olaraq notariat kontoruna, reyestr xidməti orqanına, habelə cavabdehin özünə müraciət etməsi və müraciətlərə mənfi cavab verilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsində isə qeyd edilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 178.1-ci maddələrinin tələbinə görə mübahisəli mənzil üzərində mülkiyyət hüququnun mövcudluğundan bəhs etmək üçün həmin mənzil üzərində hüquqların dövlət qeydiyyatına keçməsi zəruridir. Lakin, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ faktiki cəhətdən mövcud olduğundan həmin hüququn formal olaraq qeydə alınmasına hər hansı maneə yoxdur. Onun həmin əmlak üzərində mülkiyyət hüququ ilə bağlı gözləntiləri qanuna əsaslanır və bu gözləntilər puç, yaxud mübahsiləndirilən deyildir. Fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh tərəfin dövlət orqanlarına sadəcə müraciət etməsi kifayətdir ki, belə qeydə alma həyata keçirilsin. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən də qaynaqlanır. Həmin Məhkəmənin 27 may 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini «Miray Fransaya qarşı» iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah elədi və hesab edir ki, «maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır». Məhkəmənin xatırlanmasına görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» («Burdov Rusiya Federasiyasınna qarşı» və «Yunanistan neftayırma zavodu «Strən» və «X1rşı» işlər). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin maddənin şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun «Ü. Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 25 dekabr 2009-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün mövqeyini bir daha bəyan edərək qeyd etmişdir ki, MM-in 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddədə həmin şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir-mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları. Bu maddədə həmçinin nəzərdə tutulmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək hüququna malikdir. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsi ilə bağlı 27 may 2008ci il tarixli qərarında qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə iclasında İddiaçı köçürülməsi tələb etdiyi mənzilin mülkiyyətçisi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin müəyyən etdiyi qaydada istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olması müəyyən edilməmişdir. Azərbaycan Resublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddiaçının izahatını, cavabdehin etiraz ərizələrini, iş materiallarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı onun Tərtər şəhəri, V.S.Həsənov küçəsi (keçmiş Sahil küçəs) yerləşən cavabdehlə birgə tikdirib yaşadıqları ümumi sahəsi 110 kv.metr, 6 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, cavabdehin həmin evdə onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onun istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması, eyni zamanda dövlət rüsumu üçün ödədiyi 45 manat və mediasiya xərci üçün ödədiyi 55 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364 - cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı onun Tərtər şəhəri, V.S.Həsənov küçəsi (keçmiş Sahil küçəs) yerləşən cavabdehlə birgə tikdirib yaşadıqları ümumi sahəsi 110 kv.metr, 6 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, cavabdehin həmin evdə onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onun istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması, eyni zamanda dövlət rüsumu üçün ödədiyi 45 (qırx beş) manat və mediasiya xərci üçün ödədiyi 55 (əlli beş) manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar