Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-72/2025 18.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi (arvadı) X2, Cavabdeh2 qızının iştirakı ilə İddiaçı, Cavabdeh2 qızına qarşı evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlərin onun mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən evdən çıxarılmaları, mediasiya sessiyasında ödədiyi 50 manat xidmət haqqının və 50 manat dövlət rüsumunun cavabdehlərdən alınıb onun xeyrinə ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2049/2024 saylı qərardadı ilə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı onun mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən evdən çıxarılmaları, mediasiya sessiyasında ödədiyi 50 manat xidmət haqqının və 50 manat dövlət rüsumunun cavabdehlərdən alınıb onun xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-1501/2024 saylı qərardadı ilə mülki iş baxılması üçün icraata qəbul edilmişdir. İddiaçı vəkili, vəkalətli nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə iddia həcminin azaldılması barədə ərizə vermis və Cavabdeh1 könüllü olaraq evdən çıxacağını bildirmiş və onun cavabdeh kimi mülki işdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq Cavabdeh1 mülki iş üzrə cavabdeh kimi çıxarılmasını, eləcə də mülki işin müddətinin bitməsi ilə əlaqədar olaraq işə baxılması müddətinin uzadılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan fərdi yaşayış evi Tərtər rayonu, Köçərli kəndində yerləşir. Həmin evdə həyat yoldaşı Sərfinaz Hüseynova ilə birlikdə yaşayırlar. Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 qızı isə gəlinidir. Onlar 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. 2015-ci ildə yola gedə bilmədikləri üçün məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Oğlu onunla birlikdə yaşasa da Cavabdeh2 qızı 2015-ci ildə atası evinə köçərək 2021-ci ilə kimi orada yaşamışdır. 2021-ci ildə onlar barışmışlar. Onlara evində yaşamalarına razı olmamışdır. Müvəqqəti olaraq onun evində yaşamağa başlamışlar. Hər gün ər-arvad mübahisə etmişlər. Cavabdeh2 təkidi ilə 2023-cü ildə oğlu ilə nikah qeyd etdirmişlər. Artıq cavabdehlər hər gün onuin evində mübahisə yaradırlar. Bu mübahisələr dözə bilmir. O və həyat yoldaşı hər ikisi yaşlı və xəstə adamlardır. Mübahisə içində yaşamaq məcburiyyətində deyillər. Artıq onlar arasında olan pərdə götürülmüş, o, öz mülkiyyətində dinc yaşaya bilmir. Oğlu Cavabdeh1 ayrı təsərrüfatdır, onlar onunla yaşamalı deyillər. Bununla bağlı mediasiya şurasına müraciət etmiş, lakin cavabdehlərlə razılaşma əldə olunmamışdır. Onlar evindən könüllü olaraq çıxmaq istəməmişlər. O, cavabdehlərə evindən çıxmalarını tələb etsə də cavabdehlər evdən çıxmamışlar. Cavabdehlər onun mülkiyyət hüququnu pozurlar. Başqa çıxış yolu olmadığına görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə də hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlərin onun mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən evdən çıxarılmaları, mediasiya sessiyasında ödədiyi 50 manat xidmət haqqının və 50 manat dövlət rüsumunun cavabdehlərdən alınıb onun xeyrinə ödənilməsi tələbi barədə qətnamə qəbul edilməlidir. Göstərdiklərinə əsasən Cavabdeh1 və Cavabdeh2 qızına qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlərin onun mülkiyyətində olan Tərtər rayion Köçərli kənd ərazisində yerləşən evdən çıxarılmaları, mediasiya sessiyasında ödədiyi 50 manat xidmət haqqının və 50 manat dövlət rüsumunun cavabdehlərdən alınıb onun xeyrinə ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı vəkalətli nümayəndəsi (arvadı) X4 göstərmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. Onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Cavabdeh2 onun keçmiş gəlini olmuşdur. Belə ki, oğlu Cavabdeh1la Cavabdeh2 2012-ci ildə ailə qurmuşlar. Onların bir övladları olmuşdur. Cavabdeh 2015-ci ildə oğlu Eminlə boşanmışdır. Həmin vaxtdan cavabdeh atası evinə getmiş və bir daha geri qayıtmamışdır. Cavabdeh onlardan ayrı olaraq atasının Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 4 otaqlı evində yaşamışdır. Bundan sonra 2021-ci ildə oğlu Cavabdeh1 Cavabdeh2 ilə barışıb ailəni bərpa etmişdir. Onların bir övladları da olmuşdur. Buna baxmayaraq onlar yenə bir yerdə dolanmamışlar. Bu səbəbdən Emin yenə də məhkəmədə Cavabdeh2 ilə boşanma tələbi vermişdir. Uşaqlara görə aliment təyin edilmiş və hər ay 400 manat aliment ödənilir. Cavabdeh onlarla dolanmır, söyüb təhqir edir. Həyat yoldaışı ilə tikdirdikləri mülkiyyətlərində sakit yaşaya bilmirlər. Yaşlı vaxtlarında şəkərli diabet və ürək xəstəsi olmaqla cavabdeh tərəfindən təhqirlərə məruz qalirlar. Dəfələrlə polisə şikayət etmişlər. Cavabdehlə dolanmaları qeyri-mümkündür. Oğlu Cavabdeh1 hazırda Cavabdeh2 qarşı məhkəmədə boşanma tələbi qaldırmışdır. Cavabdehlə bir yerdə yaşamaları mümkün deyildir. Əgər Cavabdeh2 və Cavabdeh1 barışıb ailəni bərpa etmək istəyərlərsə evdən çıxıb harada istəyirlər yaşamalarına özləri qərar versinlər. Göstərdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AR-İİİ №532013 nömrəli etibarnamədən görünür ki, İddiaçı arvadı X3 etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. Cavabdeh2 qızı məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh1la 2012-ci ildə ailə qurmuşlar. Həmin vaxt bilmişdir ki, o, Cavabdeh1 ikinci ailəsidir. Onların bir övladları olmuşdur. O, qaynatasına məxsus olan evə gəlin köçmüşdür. Aralarında olan mübahisələrə görə həyat yoldaşı ilə dalaşmış, ailə dağılmış və 2015-ci ildə Eminlə boşanmışdır. Həmin vaxtdan atasının Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 3 otaqlı zirzəmidə yerləşən evində yaşamışdır. Həmin otaqla rütubətli olduğundan yaşamaq çətin olmuşdur. Bu müddət ərzində Cavabdeh1 valideynlərinin xəbəri olmadan onu saxlamışdır. Bundan sonra 2021-ci ildə Cavabdeh1 onunla barışıb ailəni bərpa etmişdir. Onlar hazırda yaşadığı Tərtər rayon Köçərli kəndində yerləşən evdə yaşamağa başlamışlar. Onların Eminlə bir övladları da olmuşdur. Lakin sonradan Cavabdeh1la dalaşımışlar. Münasibətləri pozulduğundan Cavabdeh1 yenidən məhkəmədə boşanma ilə bağlı iddia qaldırmışdır. Uşaqlar onun yanında qalmışlar. O, son zamanlar iddiaçı ilə aralarında olan mübahisələrə görə, onlarla dolana bilmədikləri üçün polisə şikayət etmişdir. Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən atasına verilmiş 3 otaqlı mənzildə heç kim yaşamır. O, Ağdam rayon 16 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Ağdam rayon 16 saylı orta məktəb Bakı şəhərində yerləşir. Hazırda sinif bağlandığından, ona iş verilməsini gözlədiyini bilbirmişdir. Ağdam rayonunda evləri bərba edilənədək burada yaşamaq istəyir. Onlara ev verildikdən sonra iddiaçıların evindən çıxacağının bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Tərtər rayon Köçərli kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüqualrın Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Köçərli kəndində 0,29 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(013)-187/2015 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə Cavabdeh2 qızı arasında olan xx.xx.2012-ci tarixdə Ağdam rayon Güllücə kənd Ərazi Nümayəndəliyində 10 nömrə ilə qayda alınmış nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 anası Cavabdeh2 yanında saxlanılması, Cavabdeh1 xx.xx.2013-cü il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər 21 iyul 2025-ci il tarixdən başlayaraq hər ay 60 manat miqdarında Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikah haqqında arayışın surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında nikah 06 may 2023-cü il tarixdə Bərdə “ASAN-xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 460 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 1993-cü ildən məcburi köçkün düşmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Ülvi və xx.xx.2023-cü il təvəllüdlü Fərəh adlı uşaqları olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı evdən çıxarılma ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Tərəflərə ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumat verilmiş, hər iki tərəf ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin onlar mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi ilə bağlı razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin, cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Cavabdeh2 İddiaçı gəlini olmuşdur. Cavabdeh iddiaçının oğlu Cavabdeh1la 2012-ci ildə ailə qurmuş, onların xx.xx.2013-cü il təvəllüdlü Ülvi adlı uşaqları olmuşdur. Tərəflər arasında olan mübahisələrə görə onların nikahları Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(013)-187/2015 nömrəli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh bir uşağı ilə Bakı şəhər Qaradağ rayonunda atasına məxsus mənzilə köçüb yaşamış və bir daha mübahisə predmeti olan iddiaçıya məxsus fərdi yaşayış evinə qayıtmamışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüqualrın Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Köçərli kəndində 0,29 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2014cü il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış və həmin ev onun müıkiyətindədir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(013)-187/2015 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə Cavabdeh2 qızı arasında olan xx.xx.2012-ci tarixdə Ağdam rayon Güllücə kənd Ərazi Nümayəndəliyində 10 nömrə ilə qayda alınmış nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 anası Cavabdeh2 yanında saxlanılması, Cavabdeh1 xx.xx.2013-cü il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər 21 iyul 2025-ci il tarixdən başlayaraq hər ay 60 manat miqdarında Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Bundan sonra cavabdeh iddiaçının oğlu Cavabdeh1la barışmış və onların nikahları 06 may 2023-cü il tarixdə Bərdə “ASANxidmət” mərkəzi Qeydiyyat Şöbəsində 460 nömrə ilə qeydə alınmışdır. Onların xx.xx.2023-cü il təvəllüdlü Fərəh adlı uşaqları olmuşdur. Hər iki tərəfin məhkəmədə verdikləri izahatları ilə aydın olur ki, onların arasında münasibətləri kəskinləşmiş, dözülməz hala gəlmiş, onların bir yerdə yaşamaları mümkünsüz olmuşdur. Bu səbəbdən iddiaçı məhkəmədə hazırki iddianı qaldırmış və təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, hazırda atasının evində şəraitin yaxşı olmadığını və başqa yerdə yaşamağa imkanı olmadığını, Ağdam rayonundan onlara ev verilənədək cavabdehin evində yaşamaq istədiyini nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardir: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci madəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olması, belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılması və məhkəmə aktında əsaslandırılması, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinlərinin onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilcəyi qərara alınmışdır. “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasınna dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən mayeəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə qaldırdığı tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının oğlu Cavabdeh1la Cavabdeh2 xx.xx.2012-ci ildə ailə qurmuş və nikahları rəsmi qaydada qeydə alınmışdır. Gülşən Bəhlulzadə gəlin kimi İddiaçı məxsus Tərtər rayon Köçərli kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Lakin iddiaçının oğlu Cavabdeh1la Cavabdeh2 arasında olan mübahisələr səbəbindən onların nikahları məhkəmə qaydasında pozulmuş və cavabdeh uşağı da götürüb atası evinə getmiş, bir daha həmin evə qayıtmamışdır. Lakin sonradan onlar yenidən ailə qurmuş və nikahları 06 may 2023-cü ildə rəsmiləşdirilmişdir. Onların bir uşaqları olmuşdur. Hazırda Cavabdeh1 yenidən Cavabdeh2 ilə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh2 iddiaçının ailə üzvü hesab edilmir. O, həmin yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququna malik deyildir. Bütün bunlar onu göstərir ki, iddiaçı və cavabdehlər arasında münasibətlər kəskinləşmiş, bir yerdə yaşamaları mümkünsüz olmuşdur. Bu səbəbdən də iddiaçının sahiblik hüququ, mülki hüquqlarının maneəsiz həyata keçirilməsi və istifadə hüququ məhdudlaşmışdır. Ona görə də cavabdehin iddiaçının evində yaşaması məqsədəmüvafiq deyildir. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi məqsədə müfafiqdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 50 (əlli) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. İddiaçı Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqı Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının vəkalətli nümayəndəsinin, cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh2 İddiaçı mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 İddiaçı mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçının İddiaçı ödədiyi 50 (əlli) manat dövlət rüsumu Cavabdeh2 onun xeyrinə tutulsun. İddiaçı Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqı Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-72/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-72/2025
18.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver