Məhkəmə qərarları › İş №2(061)-74/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-74/2025

24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-74/2025 24.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2003-cü ildə vəfat etmiş nənəsi X2 qalmış mirasın (Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna dair» JN-0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu ildə Tərtər rayonu Seydimli kəndində anadan olmuşdur. Mərhum ana X14 Əli oglu ilk dəfə X6 ilə faktiki evlənmiş və nikahları xx.xx.1963-cü ildə rəsmiləşdirilmişdir. Onların birgə nikahından xx.xx.1945-ci ildə X3 anadan olmuşdur ki, o da onun anası olmuşdur. Babasının birinci arvadı olan X6 xx.xx.1979-cu ildə vəfat etmişdir. X1 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. X14 Əli oglu birinci arvadı X6 vəfat etdikdən sonra X8 ilə xx.xx.1985-ci ildə rəsmi qaydada nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahından isə X15 oglu adlı uşaqları anadan olmuşdur. X14 Əli oglu xx.xx.2007-ci ildə, nənəsi X8 isə xx.xx.2003-cü ildə vəfat etmişlər. X15 oglu mərhum anası X2 miras qalmış əmlakı qəbul etməmişdir (bu faktı təsdiq edən Tərtər rayon Notariat Ofisinə yazılmış ərizəni bu ərizəyə əlavə edir). Əksinə, o, mərhum nənəsi X2 miras qalmış əmlakı qəbul etmişdir. Bu səbəbdən də X14 Əli oglu və nənəsi X8 vəfat etdikdən sonra onlardan miras qalmış əmlaka (Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna Dair» JN:0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə) dair «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər rayon Xüsusi Notariat Ofisinin 04 oktyabr 2024-cü il tarixli, 690 №-li qərarı ilə ona mirasın qəbulu üçün Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdıgından və mülkiyyəti təsdiq edən sənəddə mirasqoyanın adı natamam, atasının adı yoxdur» dəlilini əsas gətirərək «Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə» verilməsindən imtina etmiş və Tərtər Rayon Məhkəməsinə müraciət etməli oldugumu bildirmişdir. Başqa sözlə notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən «Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə»nin verilməsindən imtina etmişdir ki, o da bunu qəbul etmişdir. Belə oldugu halda, yəni notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda «mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edilməlidir. Çünki, xx.xx.2003-cü ildə vəfat etmiş nənəsi X2 qalmış mirası faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka (Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna Dair» JN-0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə) vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün onun mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Lakin hazırki vəziyyətdə bu fakt müəyyən edilmədiyindən və bu faktı təsdiq edən hər hansı bir sənəd olmadığından ona miras qalmış əmlaka «Vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq müəyəssər olmur. Mirasın qəbul edilməsi faktının müəyyən olunması məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır ki, o da bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Tərtər rayon Notariat Ofisinə təqdim edə bilmədiyi üçün və ümumiyyətlə belə bir imkana da malik olmadıgını nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən xx.xx.2003-cü ildə vəfat etmiş nənəsi X2 qalmış mirasın (Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna Dair» JN-0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin) onun tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, iddia ərizəsində göstərdiklərini təsdiq edərək xx.xx.2003-cü ildə vəfat etmiş nənəsi X2 qalmış mirasın (Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna Dair» JN-0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan vəsiqə M/V № 003043 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə vetaranı kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan xx.xx.2024-cü il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, X17 oglu ilə X8 arasında nikah xx.xx.1985-ci ildə 165 nömrə ilə Tərtər rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan AZ № 474125 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 fevral 1945-ci ildə anadan olmuşdur. Həmin sənəddə ata qrafasında X17 oglu, ana qrafasında X6 qeyd edilmişdir. İşdə olan AZ-İİ № 412645 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2003-cü ildə ölmüşdür. İşdə olan AZ-İİ 412646 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2007-ci ildə ölmüşdür. İşdə olan AZ-İ № 704878 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü ildə ölmüşdür. İşdə olan Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 516 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhumə X8 xx.xx.2003-cü ildə vəfat etmişdir. Mərhumə vəfat edənədək Tərtər rayon Seydimli kəndində yaşamışdır. Vəfatından sonra Seydimli kənd İƏD-i üzrə nümayəndəliyə məlum olan övladı X7 adlı övladı qalmışdır. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə verilmiş «Torpaga Mülkiyyət Hüququna Dair» JN-0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləri X12 və X8 qeyd edilmişlər. İşdə olan notarial qaydada təsdiq olunmuş (**********380 saylı) ərizədən görünür ki, X15 oglu bir vərəsə kimi xx.xx.2003-cü ildə vəfat etmiş anası mərhum anası X2 miras qalmış əmlakı qəbul etməmiş, etmək fikri olmadığını, ondan miras qalmış əmlakın Ərizəçi adına rəsmiləşdirilməsinə razıdır, hər hansı bir etirazı yoxdur. İşdə olan Tərtər rayon Notariat Ofisinin veridiyi notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 690 saylı qərarı 04 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Tərtər rayon Seydimli kəndində xx.xx.2003-cü ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ərizəçi xx.xx.1969-cu ildə Tərtər rayonu Seydimli kəndində anadan olmuşdur. Mərhum ana X14 Əli oglu ilk dəfə X6 ilə faktiki evlənmiş və nikahları xx.xx.1963-cü ildə rəsmiləşdirilmişdir. Onların birgə nikahından xx.xx.1945-ci ildə X3 anadan olmuşdur ki, o da onun anası olmuşdur. Bu hallar məhkəmə iclasında elan olunmuş mötəbər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclasında Ərizəçi izahatında X5 onun babası Həmid Məmmədovun ikin arvadı, onun nənəsi olduğunu və ondan miras qalmış Tərtər rayonu Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsini göstərsə belə, mərhum Rəna Məmmədovanın onun nənəsi olmasını təsdiq edən hər hansı bir sənədi, sübutu məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizəçi tələbini təsdiq etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Hətta ərizəçi özü də məhkəmə iclasında Rəna Məmmədovanın onun ana babasının ikinci arvadı olduğunu qeyd etmiş, lakin nənəsi olmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə ərizəçinin izahatını, iş materiallarını müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, Ərizəçi mərhum Rəna Məmmədovanın onun nənəsi olması barədə sənədi məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim edilmiş sübutlar əsasında araşdırır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi ərizəsində istinad etdiyi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.2003-cü ildə vəfat etmiş nənəsi X2 qalmış mirasın (Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 №-li qərarı ilə «Torpaga mülkiyyət hüququna dair» JN-0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xx.xx.2003-cü ildə vəfat etmiş X2 miras qalmış, Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna Dair» JN:0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar