Məhkəmə qərarları › İş №2(061)-881/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-881/2025

30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-881/2025 30.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi və etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə Ərizəçi Maraqlı şəxs olmaqla onun xx xxxx 1983-cü ildə Ağdərə rayonunun (keçmiş Mardakert) rayonunun Umudlu kəndində doğulması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun xx xxxx 1983-cü ildə Ağdərə rayonunun (keçmiş Mardakert) rayonunun Umudlu kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, X7 ilə anası X4 birgə evliliyindən o, xx xxxx 1983-cü ildə Ağdərə (keçmiş Mardakert) rayonu Umudlu kəndində anadan olmuşdur. Onun qardaşları xx.xx.1981-ci il təvəllüdlü X13, xx.xx.1991-ci il təvəllüdlü X14, bacısı xx.xx.1988-ci il təvəllüdlü X1 ibarətdir. X7 xx.xx.2023-cü ildə vəfat etmişdir. 1992-ci ildə erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində yaşadıqları Ağdərə rayonu Umudlu kəndində məcburi köçkün vəziyyətinə düşərək Tərtər rayounda məskunlaşmışlar. Onun doğum haqqında şəhadətnaməsi ona məlum olmayan səbəblərdən itmişdir. Həmin sənədi vermiş keçmiş Mardakert rayonunun Umudlu kənd sovetliyinin arxiv sənədləri 1992-ci ildə erməni işğalçıları tərəfindən məhv edilmişdir. O, doğum haqqında akt qeydiyyatının məlumatlarının müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin onun doğum haqqında şəhadətnaməsi barədə həmin şöbədə heç bir məlumat aşkar edilməmişdir. Bununla yanaşı şəxsiyyət vəsiqəsinin itməsi ilə bağlı Tərtər rayon Polis şöbəsinə müraciət etmişdir. Onun müraciətinə əsasən polis şöbəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, lakin itmiş sənədin tapılması istiqamətində müsbət nəticə əldə olunmamışdır. Ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Göstərdiklərinə əsasən ərizəçi onun xx xxxx 1983-cü ildə Ağdərə (keçmiş Mardakert) rayonu Umudlu kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X8 izahatında göstərmişdir ki, Ərizəçi bacısıdır. Onların atası atası Rasim Naibov ilə anası Hökümə Naibovanın birgə yaşadıqları dövrdə o, qardaşları Razim, Vasif və bacısı Ərizəçi anadan olmuşdur. Bacısı Ərizəçi xx xxxx 1983-cü ildə Ağdərə (keçmiş Mardakert) rayonu Umudlu kəndində anadan olmuşdur. X2 xx.xx.2023-cü ildə vəfat etmişdir. 1992-ci ildə onlar erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində yaşadıqları Ağdərə rayonu Umudlu kəndində məcburi köçkün düşərək Tərtər rayounda məskunlaşmışlar. Həmin vaxt bacısının doğum haqqında şəhadətnaməsi itmişdir. Həmin sənədi vermiş keçmiş Mardakert rayonunun Umudlu kənd sovetliyinin arxiv sənədləri 1992-ci ildə erməni işğalçıları tərəfindən məhv edilmişdir. Bacısı doğum haqqında şəhadətnaməsinin alınması üçün Polis Şöbəsinə müraciət etmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Odur ki, bacısı məhkəməyə mütraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AR-İİİ № 614750 nömrəli xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, Ərizəçi bacısı X5 etibarnamə verərək onu məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvalayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 izahatında göstərmişdir ki, Ərizəçi baldızıdır. Onlar ailədə 3 bacı 2 qardaşdırlar. Ərizəçinin X7 ilə anası X6r. Onun atasın Rasim Naibov vəfat etmişdir. Onlar 1992-ci ildə Ağdərə rayonu Umudlu kəndindən məcburi köçkün düşmüş və Tərtər rayonunda məskunlaşmışlar. Ərizəçi ailə üzvləri ilə birlikdə Tərtər şəhəri Ə.Paşayev küçəsində yaşamışlar. Bir şahid kimi Ərizəçi xx xxxx 1983-cü ildə Ağdərə (keçmiş Mardakert) rayonu Umudlu kəndində anadan olduğunu təsdiq etmişdir. Mülki işə əlavə edilmiş AA *** **** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1983-cü il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi xx xxxx 1983-cü ildə Ağdərə (keçmiş Mardakert) rayonu Umudlu kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş seriya AA № 397928 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi 1992-ci ildən Ağdərə rayonundan məcburi köçkün düşmüşdür. Mülki işə əlavə edilmiş Tərtər rayon Umudlu kənd İƏD-i üzrə nümayəndənin verdiyi 76 saylı xx.xx.2025-cu il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Ağdərə rayonu Umudlu kəndindən məcburi köçkün düşmüş və hal-hazırda Tərtər rayonu Umudlu kənd İƏD-i üzrə nümayəndəlikdə qeydiyyatdadır. Müvəqqəti olaraq ünvan 1 ünvanında məskunlaşaraq yaşayır. Mülki işə əlavə edilmiş İİ-JQ № 312981 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X4 nikahları xx.xx.1980-cı ildə rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X16 ilə X4 birgə nikahdan xx.xx.1981-ci il təvəllüdlü X13, xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1991-ci il təvəllüdlü X14 adlı uşaqları olmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİ № 313042 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ərizəçi X16 xx.xx.2023-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Tərtər rayon Polis Şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli arayışıdan görünür ki, Tərtər rayon Umudlu kəndində qeydiyyatda olan Ərizəçi xx.xx.2025-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus olan doğum haqqında şəhadətnaməsini Tərtər ərazisində naməlum şəraitdə itirməsini bildirmiş və tapılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı bir sıra tədbirlər həyata keşirilmiş, lakin itmiş sənədin taılması istiqamətində müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə olunmuş Tərtər rayon Umudlu kənd İƏD-i üzrə nümayəndəlikdə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ağdərə rayonunun Umudlu kəndindən məcburi köçkün olan vətəndaş xx.xx.1983-cü il tarixdə anadan olmuş Ərizəçi Ağdərə rayonu, Umudlu kəndində anadan olmuşdur. Onun qardaşları və bacısı xx.xx.1981-ci il təvəllüdlü X13, xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1991-ci il təvəllüdlü X10r. 1992-ci ildə erməni işğalçılarının təcavüzü nəticəsində Ağdərə rayonu Umudlu kəndindən məcburi köçkün düşmüş və hal-hazırda Tərtər rayonunda məskunlaşmışlar. Vətəndaş hazırda Ağdərə rayonunun Umudlu kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 1 ünvanında məskunlaşaraq yaşayır. Odur ki, aktın doğruluğu imzalarla təsdiq olunmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 09 aprel 2025-ci il tarixli arayışından görünür ki, xx xxxx 1983-cü ildə Ağrədə (Mardakert) rayonunun Umudlu kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli Ərizəçi sorğusuna cavab məktubundan görünür ki, xx xxxx 1983-cü ildə Ağdərə (keçmiş Mardakert) rayonu Umudlu kəndində anadan olmuş Ərizəçi barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün deyil. Maraqlı şəxs məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum omluşdur ki, ərizəçi xx xxxx 1983-cü ildə Ağdərə (keçmiş Mardakert) rayonu Umudlu kəndində anadan olmuşdur. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, məcburi köçkün düşüb Tərtər rayonunda məskunlaşmışlar. Onun doğum haqqında şəhadətnaməsi ona məlum olmayan səbəbdən itmişdir. Ancaq, şəxsiyyət vəsiqəsini vardır. Doğum haqqında şəhadətnamsinin itməsi ilə bağlı polis şöbəsinə müraciət etmiş, lakin itmiş sənədin axtarışı müsbət nəticə verməmişdir. Hazırda dövlət orqanlarında bəzi sənədləşmələrlə bağlı doğum haqqında Şəhadətnaməyə ehtiyac yaranır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də həmin faktın təsdiqi ərizəçiyə adına doğum haqqında şəhadətnamə alması üçün zəruridir. Yuxarıda göstərilən faktlar mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə şahid X15 şahid qismində məhkəmədə ifadə verərəkən Ərizəçi ilə qohumluq münasibətlərinin olduğunu və onun xx xxxx 1983-cü ildə Ağdərə (keçmiş Mardakert) rayonu Umudlu kəndində anadan olmasını təsdiq etmişdir. Məhkəmə şahidin ifadəsini iş üzrə sübut növü kimi qədul edilməsini məqsədmüvqfiq hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarda göstərilən səbəblərdən əsası-ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmaması göstərilmişdir. Hazırki vəziyyətdə də ərizəçi məhkəmə iclasında doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyini göstərmişdir. Belə vəziyyətdə ərizənin təmin edilməsinə zərurət yaranmış və təmin edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, atası xx.xx.2023-cü ildə vəfat etmiş X16, anası X11 olan, Ərizəçi xx xxxx 1983-cü ildə Ağdərə rayonunun (keçmiş Mardakert) rayonunun Umudlu kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Bu qətnamə xx xxxx 1983-cü il təvəllüdlü Ərizəçi doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Atası xx.xx.2023-cü ildə vəfat etmiş X16, anası X11 olan, Ərizəçi xx xxxx 1983-cü ildə Ağdərə rayonunun (keçmiş Mardakert) rayonunun Umudlu kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar