Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-886/2025 18.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 01 noyabr 2011-ci ildə vəfat etmiş X4ndan miras qalmış, Tərtər Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-318F, KOD 61103048 nömrəli Şəhadətnamə əsasında verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin və Tərtər Rayon Köçərli kəndində yerləşən 0,19 ha həyətyanı torpaq sahəsində yerləşən bişmiş kərpicdən və mişar daşından tikilmiş ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 48 kv.metr olan, üstü şiferlə örtülmüş, 2 otaqlı yaşayış evinin və həyətyanı torpaq sahəsində olan sairə tikililərin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, atası X12 xx.xx.1957ci ildə, anası X13 xx.xx.1963-cü ildə anadan olmuşdur. O, valideynləri ilə birlikdə atasının anası X4 ilə ailə kimi yaşamış, birgə təsərrüfat aparmışlar. X4 xx.xx.2011-ci ildə vəfat etmişdir. O, nənəsi X5nın İ dərəcəli vərəsəsi sayılır. Lakin X4 vəfat etdikdən sonra ondan miras qalmış bütün mirası faktiki olaraq qəbul etmişdir. Belə ki, Tərtər (Mirbəşir rayon) rayon Dövlət Notariat Kontorunda tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 213-23 reuestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, Tərtər rayonu Köçərli kəndində yaşayan X4 harada yerləşməsində və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Tərtər rayonu, Köçərli kəndində yerləşən Tərtər rayon Köçərli kəndində yerləşən 0,19 ha həyətyanı torpaq sahəsində yerləşən bişmiş kərpicdən və mişar daşından tikilmiş ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 48 kv.metr olan, üstü şiferlə örtülmüş, 2 otaqlı yaşayış evinin və həyətyanı torpaq sahəsində olan sairə tikililəri nəvəsi kimi ona vəsiyyət etmişdir. Vəsiyyətnamə hazırda da qüvvədədir. Həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənəd olsa da evin sənədi olmamışdır. Keçən müddət ərzində o, üzürlü səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Həmin evi və torpaq sahəsini öz adına sənədləşdirmək üçün Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, o da bunu qəbul etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim edilmiş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Çünki, mərhumlardan miras qalmış əmlakları faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Belə ki, o bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X16 göstərmişdir ki, o, Tərtər rayon Köçərli kəndində yaşayır. Ərizəçi qardaşıdır. Onlar valideynləri ilə birlikdə atasının anası X1 ilə ailə kimi yaşamış və birgə təsərrüfat aparmışlar. X1 xx.xx.2011-ci ildə vəfat etmişdir. Nənəsi vəfat edərkən onun adına Tərtər rayonu, Köçərli kəndində ev və həyətyanı torpaq sahəsindən qardaşı Ərizəçi istifadə etmişdir. Həyətyanı torpaq sahəsinin sənədi olsa da evin sənədi olmamışdır. X1 Tərtər (Mirbəşir rayon) rayon Dövlət Notariat Kontorunda tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 213-23 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, Tərtər rayonu Köçərli kəndində yaşayan X1 harada yerləşməsində və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,19 ha həyətyanı torpaq sahəsində yerləşən bişmiş kərpicdən və mişar daşından tikilmiş ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 48 kv.metr olan, üstü şiferlə örtülmüş, 2 otaqlı yaşayış evinin və həyətyanı torpaq sahəsində olan sairə tikililəri nəvəsi kimi qardaşı Ərizəçi vəsiyyət etmişdir. Qardaşı Ərizəçi həmin evi və torpaq sahəsini adına sənədləşdirmək istəyir. Lakin vaxtında bununla bağlı Notariusa müraciət etməmişdir. Ərizəçi mərhum nənəsindən miras qalmış evin və həyətyanı torpaq sahəsinin vəsiyyətnamə əasasında adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan Xİ-JQ № 276956 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Tərtər rayonu, Köçərli kəndində anadan olmuşdur, həmin sənəddə ata qrafasında X12, ana qrafasında X13 qeyd edilmişdir. İşdə olan AZ-İİ № 412869 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2011-ci ildə ölmüşdür. İşdə olan Tərtər Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-318F, KOD 61103048 nömrəli Şəhadətnamənin surətindən görünür ki, X14 və X2 rayon Köçərli kəndində yerləşən 0,14 ha fərdi yaşayış evi, həyətyanı sahə təyinatlı torpağın paylı mülkiyyətçiləri kimi qeyd edilmişlər. İşdə olan Tərtər (Mirbəşir rayon) rayon Notariat Kontorunda xx.xx.1996-cı ildə tərtib və təqsdiq olunmuş vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 vəfat etdiyi günə kimi ona məxsus olan bütün əmlakını, onun harada olmasından asılı olmayaraq, o cümlədən Tərtər rayonu Köçərli kəndində 0,19 ha torpaq sahəsində yerləşən bişmiş kərpicdən və mişar daşından tikilmiş, 65 kv.metr ümumi sahəsi, 43 kv.metr yaşayış sahəsindən ibarət olan, üstü şiferlə örtülmüş, 2 otaqlı yaşayış evini və həyətyanı torpaq sahəsində olan sairə tikililəri nəvəsi Ərizəçi vəsiyyət etmişdir. İşdə olan AZ-İİ № 412625 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü ildə ölmüşdür. İşdə olan Tərtər rayon Köçərli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 90 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər rayon Köçərli kəndində qeydiyyatdadır. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2025-ci ildə qəbul edilmiş 181 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin atası X12 xx.xx.1957ci ildə, anası X13 xx.xx.1963-cü ildə anadan olmuşdur. X5 onun atası Aliq Məmmədovun anası, onun nənəsi olmuşdur. Tərtər (Mirbəşir rayon) rayon Dövlət Notariat Kontorunda tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 213-23 reuestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, Tərtər rayonu Köçərli kəndində yaşayan X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,19 ha həyətyanı torpaq sahəsində yerləşən bişmiş kərpicdən və mişar daşından tikilmiş ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 48 kv.metr olan, üstü şiferlə örtülmüş, 2 otaqlı yaşayış evinin və həyətyanı torpaq sahəsində olan sairə tikililəri nəvəsi kimi ona vəsiyyət etmişdir. Bu xüsusatlar məhkəmədə elan olunmuş mötəbər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə iclasında izahat vermiş Ərizəçi göstərmişdir ki, valideynləri ilə birlikdə atasının anası yəni, X4 ilə ailə kimi yaşamış, birgə təsərrüfat aparmışlar. X4 xx.xx.2011-ci ildə vəfat etmişdir. O, nənəsi X5nın İ dərəcəli vərəsəsi sayılır. Lakin X4 vəfat etdikdən sonra ondan miras qalmış bütün mirası faktiki olaraq qəbul etmişdir. Minayə Məmmədova ona vəsiyyətnamə vermişdir. Vəsiyyətnamə qüvvədədir. Həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənəd olsa da evin sənədi olmamışdır. Keçən müddət ərzində o, üzürlü səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Həmin evi və torpaq sahəsini öz adına sənədləşdirmək üçün Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, o da bunu qəbul etmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Hazırki iddia ilə məhkəməyə müraciət etmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçi mərhum nənəsinin vəsiyyətnamə və qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün nənəsindən miras qalmış daşınmaz əmlakı vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını, şahid ifadəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi Alıq oğlunun 01 noyabr 2011-ci ildə vəfat etmiş X4ndan miras qalmış, Tərtər Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-318F, KOD 61103048 nömrəli Şəhadətnamə əsasında verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin X5na aid olan hissədə onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi Alıq oğlunun 01 noyabr 2011-ci ildə vəfat etmiş X4ndan miras qalmış, Tərtər Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-318F, KOD 61103048 nömrəli Şəhadətnamə əsasında verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin X5na aid olan hissədə onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-886/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-886/2025
18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver