Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-895/2024 26.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehin JN: 0107, KOD 61105038 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən ona və digər payçılara məxsus olan Tərtər rayonu Qazyan kəndində yerləşən torpaq sahəsindən əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) boşaldılaraq çıxarılması və zəbt etdiyi torpaq sahəsini təhvil verilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında axaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin JN: 0107, KOD 61105038 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən ona və digər payçılara məxsus olan Tərtər rayonu Qazyan kəndində yerləşən torpaq sahəsindən əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) boşaldılaraq çıxarılması və zəbt etdiyi torpaq sahəsini təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə rəsmi ərizəsini təqdim edərək, iddia tələbi üzrə tələbini düzgün qaldırmamışdır. Hazırki vəziyyətə görə iş üzrə ekspertiza təyin olunmasını istəmir. İddia tələbinə mahiyyəti üzrə baxılmasını istəmir. İddia ərizəsini, ona əlavə olunmuş sənədləri o cümlədən rüsum barədə qəbzin əslini işə baxılmadan özünə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə rəsmi ərizəsini təqdim edərək İddiaçı sənədlərinin geri götürməsinə etiraz etmir. İddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin işə baxılmadan iddiaçıya qaytarılması barədə qərardad qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllnin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin JN: 0107, KOD 61105038 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən ona və digər payçılara məxsus olan Tərtər rayonu Qazyan kəndində yerləşən torpaq sahəsindən əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) boşaldılaraq çıxarılması və zəbt etdiyi torpaq sahəsini təhvil verilməsi tələbinə dair iddia ərizəsinə baxılmadan iddia ərizəsini, ona əlavə olunmuş sənədləri o cümlədən rüsum barədə qəbzin əsli geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-895/2024
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-895/2024
26.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver