Məhkəmə qərarları › İş №2(061)-896/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-896/2025

11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-896/2025 11.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Rirudin oğlunun katibliyi, Ərizəçi, etibarnamə üzrə nümayəndəsi X4 və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi (maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla) “mirasın qəbul etmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla) “mirasın qəbul etmə faktının müəyyən edilməsi” barədə ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1963-cü ildə anadan olmuşdur. X6 xx.xx.1999-cu ildə, anası Abdullayeva (Əsədova) Validə Qara qızı xx.xx.2010-cu ildə vəfat etmişdir. O valideynləri ilə birgə bir yerdə ailə şəklində yaşamış və birgə təsərrüfat aparmışlar. O məhrum anası Abdullayeva (Əsədova) Validə Qara qızının birinci dərəcə üzrə vərəsəsi sayılır. Lakin qeyd etməlidir ki, anası Abdullayeva (Əsədova) Validə Qara qızı vəfat etdikdən sonra ondan miras qalmış bütün mirası faktiki olaraq qəbul etmişdir. Belə ki, Tərtər (Mirbəşir) rayon Dövlət Notariat Kontorunda tərtib edilmiş 27 oktyabr 1992-ci il tarixli, 7-2220-100/30 reyestr nömrə ilə təsdiq edilmiş Vəsiyyətnamyə əsasən Tərtər şəhəri Ş.Qurbanov küçəsi ev 29 (hazırda yeni qaydalarla ünvan 1 ünvanında yaşayan anası Abdullayeva (Əsədova) Validə Qara qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlaklarını, o cümlədən Tərətr şəhəri Ş.Qurbanov akeçəsi ev 10 ünvanında yerləşəm mişar daşından tikilmiş bir mərtəbəli, ümumi sahəsi 88 kv.m olan yaşayış evini və 0,06 ha həyətyanı torpaq sahəsini və onda olan sairə tikililərini övladı kimi ona vəsiyyət etmişdir. Həmin ünvan hüquqi əsaslarla anasının mülkiyyətindədir. Lakin keçən müddət ərzində üzürlü səbəblərdən o Abdullayeva (Əsədova) Validə Qara qızından qalmış miras əmlaka dair “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər rayon Notariat Ofisinin X1 25 fevral 2025-ci il tarixli, 117 nömrəli qərarı ilə ona mirasın qəbulu üçün AR MM-in 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdığı üçün “ Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqındaŞəhadətnamə” verilməsindən imtina etmiş və mirasın qəbul edilməsi barədə Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Odur ki, 10 may 2010-cu ildə vəfat etmiş anası Abdullayeva (Əsədova) Validə Qara qızından vəsiyyətnamə əsasında miras qalmış əmlakın (ünvan 2 ünvanında yerləşən mişar daşından tikilmiş bir mərtəbəli, ümumi sahəsi 88 kv.m olan yaşayış evinin və 0,06 ha həyətyanı torpaq sahəsinin və onda olan sairə tikililərinin) onun tərəfrindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və etibarnamə üzrə nümayəndəsi X10 ərizəsində qeyd etdiyi xüsusatları qanuni və əsaslı hesab edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və nümayəndəsi eyni zamanda onu qeyd etmişlər ki, 10 ildən artıq müddətdir ki, anasından miras qalmış evdə qalmırlar. Məhkəmə iclasında iştirak etmiş, mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş ərizəçinin mərhum qardaşı X7 həyat yoldaşı Maraqlı şəxs2 məhkəmə iclasında rəsmi ərizə təqdim edərək, ərizəsində və izahatında bildirmişdir ki, Ərizəçi fərdi yaşayış evində özü və övladları qeydiyyatda olmaqla yaşayırlar. Ərizəçinin tələbi ilə razı deyillər. Ərizənin təmin olunmasını istəmirlər. X11 ölməmiş. Tərtər şəhəri Ş.Qurbanov küçəsi ev 10 X8 məxsusdur. Həmin ünvanda X9, Maraqlı şəxs2 həmin evdə qeydiyyatdadırlar. Ev yoldaşı X7 adında olmuşdur. X2 bağışlanmışdır. Həmin evin çıxarışı X5 adınadır. Həmin evdə bir ailə kimi yaşayırlar. Ərizəçi ərizəsinin rədd edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 ərizəsindən görünür ki, Ərizəçi ərizəsini qəbul etmirlər. Aralarında evlə bağlı mübahisə vardır. Beləliklə məhkəmə prosesinin gedişində hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəçinin ərizəsinə baxdıqda hüquq haqqında mübahisə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər (Mirbəşir) rayon Dövlət Notariat Kontorunda tərtib edilmiş 27 oktyabr 1992-ci il tarixli, 7-2220-100/30 reyestr nömrə ilə təsdiq edilmiş Vəsiyyətnamyə əsasən Tərtər şəhəri Ş.Qurbanov küçəsi ev 29 (hazırda yeni qaydalarla ünvan 1 ünvanında yaşayan anası Abdullayeva (Əsədova) Validə Qara qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlaklarını, o cümlədən Tərətr şəhəri Ş.Qurbanov küçəsi ev 10 ünvanında yerləşən mişar daşından tikilmiş bir mərtəbəli, ümumi sahəsi 88 kv.m olan yaşayış evini və 0,06 ha həyətyanı torpaq sahəsini və onda olan sairə tikililərini övladı kimi ona vəsiyyət etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş **********35-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görürünür ki, Tərtər şəhəri Ş.Qurbanov küçəsi ev 10 və 0,06 ha torpaq sahəsi Abdullayeva (Əsədova) Validə Qara qızının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Dövlət arxivindən alınmış xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, mərhum X13 mərhum Abdullayeva (Əsədova) Validə Qara qızının ailə üzvi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 1.5-ci bəndində göstərilmişdir ki, Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən iş baxılmamış saxlanıldığından dövlət rüsumu olan 100 (bir yüz) manat məbləğində pul Ərizəçi qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla “mirasın qəbul etmə faktının müəyyən edilməsi” barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Ərizəçiyə ümumi əsaslarla iddia icraatı qaydasında iddia qaldırmaq hüquqları izah olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla “mirasın qəbul etmə faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilən 100 (bir yüz ) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə ümumi əsaslarla iddia icraatı qaydasında iddia qaldırmaq hüquqları izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar