Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-943/2025 19.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla onun həyat yoldaşı X3 15 noyabr 1956-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu Madaqiz kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun həyat yoldaşı X3 15 noyabr 1956-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu Madaqiz kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, 26 fevral 1979-cu ildə Ağdərə rayon Madaqiz kəndində anadan olmuş X9 ilə rəsmi olaraq ailə qurmuşdur. Onların birgə yaşadıqları dövrdə 5 övladları olmuşdur. Həyat yoldaşı xx.xx.2024-cü ildə keçirdiyi xəstəlik nəticəsində ölmüşdür. Həyat yoldaşı vəfat etdikdən sonra ondan miras qalmış əmlakı idarə etmişdir. Həyat yoldaşı Svetlana Əliyevanın anası X7 adına Bərdə rayon Qazaxlar kəndində 0,29 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat Ofisinə müraciət etmiş, ondan həyat yoldaşı Svetlana Əliyevanın doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. X15 doğum haqqında şəhadətnaməsi xx.xx.2002-ci il tarixdə yaşadıqları evdə yanğın hadisəsi nəticəsində digər sənədlərlə birlikdə yanmışdır. Həyat yoldaşına doğum haqqında şəhadətnaməni verən orqanın Ağdərə (keçmiş Mardakert) rayonunun Madaqiz kənd İƏD-i üzrə nümayəndəliyin arxiv sənədləri, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən məhv edilmişdir. O, həyat yoldaşı Svetlana Əliyevanın doğum haqqında akt qeydiyyatının məlumatlarının müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, X15 doğum haqqında şəhadətnaməsi barədə şöbədə heç bir məlumat aşkar edilməmişdir. X13 X2, anası X16 olmuşdur. Ona gösə də ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Yuxarıda göstərilənlərə əsasən həyat yoldaşı X3 15 noyabr 1956-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu Suqovuşan (keçmiş Madaqiz) kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvalayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 izahatında göstərmişdir ki, Ərizəçi həyat yoldaşı Svetlana Ağayeva ilə həmkəndli kimi münasibətləri yaxşı olmuşdur. Svetlana Ağayeva ondan bir neçə yaş böyük olmuş və onlar Ağdərə rayonunda yaşayarkən eyni məktəbdə təhsil almışlar. Svetlana Ağayevanın atası Mirov Ağayev, anası Zenfira Vəliyeva olmuşdur. Bir şahid kimi Svetlana Ağayevanın 15 noyabr 1956-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu Suqovuşan (keçmiş Madaqiz) kəndində anadan olmasını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahatında göstərmişdir ki, Ərizəçi həyat yoldaşı X9 ilə həmkəndli olmuşlar. Münasibətləri yaxşı olmuşdur. X9 ilə yaşadıqları kənddə eyni məktəbdə təhsil almışlar. Svetlana Ağayeva vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. X4 valideynləri X14, anası X16 olmuşdur. Bir şahid kimi təsdiq etmişdir ki, X9 15 noyabr 1956-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu Suqovuşan (keçmiş Madaqiz) kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il təvəllüdlüdür. Mülki işə əlavə edilmiş Tərtər Rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndəliyin verdiyi 156 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əliyev X22 Rayon Hacıqərvənd kəndində qeydiyyatdadır və yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ № 035953 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 nikahları xx.xx.1979-cu ildə Tərtər rayon Seydimli kən icra nümayəndəliyində 05 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2006-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi həyat yoldaşı X9 xx.xx.2024-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş JN-089A, KOD 61022038 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə Bərdə rayon Qazaxlar kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X16 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 29 aprel 2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1956-cı ildə Ağdərə rayonu Suqovuşan kəndində anadan olmuş X4 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli Ərizəçi sorğusuna cavab məktubundan görünür ki, xx.xx.1956-cı ildə Ağdərə rayonu Suqovuşan kəndində anadan olmuş X9 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli əmri ilə təsdiq edilmiş doğum haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün deyil. Maraqlı şəxs məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Mülki işə əlavə edilmiş Tərtər rayon Xüsusi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 202 nömrəli arayışın surətindən görünür ki, arayış verilir xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi ondan ötəri ki, xx.xx.2024-cü il tarixdə ölmüş X6 xx.xx.2025-ci il tarixli, V-132 reyestrli vərəsəlik işi açılmış, Ərizəçi, X21, X17, X8, X18, X24 vərəsəsi kimi qeyd edilmişlər. Mülki işə əlavə edilmiş Tərtər Rayon Polis Şöbəsinin Maraqlı şəxsnə verdiyi cavab məktubunun surətindən görünür ki, X11 xx.xx.1956-cı ildə Ağdərə rayonu Madaqiz kəndində anadan olmuş, ona xx.xx.1956-cı ildə Ağdərə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 nömrəli akt qeydi ilə İJ 397830 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X2, anası X12r. Mülki işə əlavə edilmiş Tərtər RayonDövlət Yanğın Təhlükəsizliyi Xidmətinin verdiyi xx.xx.2023-cü il tarixli 114 saylı arayışından görünür ki, X1 ondan ötəri ki, öz deməsinə görə xx.xx.2022-ci il tarixdə xüsusi yaşayış evlərində baş vermiş yanğın zamanı ona məxsus olan doğum haqqında şəhadətnamə, pasport, orta təhsil haqqında attestat, əmək kitabçası və nikah haqqında şəhadətnaməsi yanmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum omluşdur ki, ərizəçinin həyat yoldaşı X3 15 noyabr 1956-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu Madagiz kəndində anadan olmuşdur. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, 26 fevral 1979-cu ildə Ağdərə rayon Madaqiz kəndində anadan olmuş X9 ilə rəsmi olaraq ailə qurmuşdur. Onların birgə yaşadıqları dövrdə 5 övladları olmuşdur. Həyat yoldaşı xx.xx.2024-cü ildə keçirdiyi xəstəlik nəticəsində ölmüşdür. 2002-ci ildə evləri yanarkən həyat yoldaşı Svetlana Ağayevanın doğum haqqında şəhadətnaməsi və digər sənədləri yanmışdır. Bu səbəbdən də onun doğum haqqında şəhadətnaməsi yoxdur. Həyat yoldaşı Svetlana Ağayeva qızı xx.xx.2024cü ildə vəfat etmişdir. Mirasla bağlı sənədləşmələ zamanı doğum haqqında Şəhadətnaməyə ehtiyac yaranır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda göstərilən faktlar mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə şahidlər X5 və X10 şahid qismində məhkəmədə ifadə verərəkən Svetlana Ağayeva ilə həmkəndli kimi münasibətlərinin yaxın olduğunu və onun X9 15 noyabr 1956-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu Suqovuşan (keçmiş Madaqiz) kəndində anadan olmasını təsdiq etmişlər. Məhkəmə şahidlərin ifadələrini iş üzrə sübut növü kimi qədul edilməsini məqsədmüvqfiq hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarda göstərilən səbəblərdən əsası-ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmaması göstərilmişdir. Hazırki vəziyyətdə də ərizəçi məhkəmə iclasında doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyini göstərmişdir. Belə vəziyyətdə ərizənin təmin edilməsinə zərurət yaranmış və təmin edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2, anası X16 olan, xx.xx.2024-cü ildə vəfat etmiş Ağayeva (Əliyeva) Svetlana Mirov qızının 15 noyabr 1956-cı ildə Ağdərə rayonunun (keçmiş Mürdakert) Suqovuşan (keçmiş Madaqiz) kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Bu qətnamə xx.xx.1956-cı ildə Ağdərə rayonunun (keçmiş Mürdakert) Suqovuşan (keçmiş Madaqiz) kəndində anadan olmuş, xx.xx.2024-cü ildə vəfat etmiş Ağayeva (Əliyeva) Svetlana Mirov qızına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2, anası X16 olan, xx.xx.2024-cü ildə vəfat etmiş Ağayeva (Əliyeva) Svetlana Mirov qızının 15 noyabr 1956-cı ildə Ağdərə rayonunun (keçmiş Mürdakert) Suqovuşan (keçmiş Madaqiz) kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-943/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-943/2025
19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver