Məhkəmə qərarları › İş №2(062)-1060/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1060/2023

13.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1060/2023 13.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin cavabdehlər Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və su arxının açılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin sədri Orxan İbrahimov cavabdehlər Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və su arxının açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı bələdiyyənin sədri olmasına dair sənədlərini ərizəsinə əlavə etməyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia icraatı qaydasında ərizə verərək iddia ərizəsində X1 və qeyrilərinin adlarını maraqlı şəxslər kimi qeyd etməkdə haqlı olmamışdır. Belə ki, iddia icraatında maraqlı şəxslər anlayışı olmayaraq həmin şəxslər xüsusi icraat qaydasında baxılan işlər üzrə proses iştirakçılarıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin cavabdehlər Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və su arxının açılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya qərardaddakı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə Tovuz Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar