Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1064/2024 10.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» barədə ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1973-cü ildə doğulmuş oğlu X9 itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X14 xx.xx.1973-cü ildə onunla X12 birgə nikahından doğulmuşdur. X27 1977-ci ilin dekabr ayında vəfat etmişdir. Oğlunun arvadı Südabə Əliyevanı xx.xx.2009-cu ildə Bakı şəhərində avtodayanacaqda maşın vurmuş və o, hadisə zamanı aldığı xəsarətdən ölmüşdür. Oğlu Mürvət isə 2015-ci ildə müvəqqəti işləmək üçün Rusiya Federasiyasına getmişdir. Oğlunun 8 ildir ki, harada olmasından məlumatı yoxdur. Bu müddət ərzində oğlu nə onunla, nə də ki, uşaqları ilə maraqlanmamışdır. Rusiyada yaşayan azərbaycanlılar ilə əlaqə saxlasa da onun harada olmasından məlumat əldə edə bilməmişdir. Hesab edir ki, oğlu Mürvət itkin düşmüş hesab edilməlidir. Bu barədə Tovuz rayon Polis şöbəsinə də müraciət etmişdir. Oğlunun harada olmasından məlumatı olmadığı üçün onun uşaqlarına dövlət verən imtiyazlardan istifadə edə bilmir. Oğlunun birgə nikahından doğulmuş uşaqlarına o baxır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında İ ЖГ 491771 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1973-cü ildə doğulmuşdur. X8, anası İddiaçıdır. Ölüm haqqında AZ İİ 090338 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Tovuz rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 42 saylı sərəncamdan görünür ki, İddiaçı ərizəsi nəzərə alınmış, X10, X7 və X5 nənəsi İddiaçı qəyyumluğuna verilməsi qərara alınmışdır. Tovuz rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kənd sakini X14 barəsində xx.xx.2020-ci ildə 740289 nömrəli axtarış işi açılmışdır. Keçirilmiş axtarış tədbirlərinə baxmayaraq onun tapılması mümkün olmamışdır. Bu istiqamətdə axtarış tədbirləri davam etdirilir. Axtarış işinin açılması barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 2017-ci ilin fevral ayından Rusiya Federasiyasına gedən Tovuz rayonu, Aşağı Quşçu kənd sakini X14 barəsində axtarış işi açılmışdır. Tovuz rayonu, Aşağı Quşçu kənd sakini X14 barəsində olan sərhəd keçmə məlumatlarından görünür ki, adıçəkilən şəxs sonuncu dəfə xx.xx.2018-ci il tarixdə ölkə ərazisini X20 X6 vasitəsi ilə Gürcüstan Respublikasına getməklə tərk etmişdir. Onun həmin tarixdən bu yana ölkə ərazisinə girişi müəyyən edilməmişdir. Tovuz rayon Prokurorluğu tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1973-cü ildə doğulmuş Tovuz rayon, Aşağı Quşçu kənd sakini X14 barəsində hər hansı cinayət işinin istintaqı aparılmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsində göstərilmişdir ki, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Mülki Məcəllənin 40.2-ci maddəsinə görə itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinin prosessual əsaslarını müəyyən edən Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 312-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsində göstərilmişdir ki, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X14 xx.xx.1973-cü il tarixdə X21 ilə İddiaçı birgə nikahlarından doğulmuşdur. Mürvət X1 ilə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Zəhra, xx.xx.2003-cü il təvəllüdlü Gövhər və xx.xx.2007-ci il təvəllüdlü Murad adlı uşaqları doğulmuşdur. Südabə Əliyeva xx.xx.2009-cu ildə vəfat etmiş, Mürvət Əliyev isə xx.xx.2018-ci ildə ölkə ərazisini X20 X6 vasitəsi ilə Gürcüstan Respublikasına getməklə tərk etmişdir. Həmin tarixdən bu yana Mürvət Əliyevin ölkə ərazisinə girişi müəyyən edilməmişdir. X23 ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bu səbəbdən Tovuz rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 42 saylı sərəncam ilə X10, X7 və X11 nənəsi İddiaçı qəyyumluğuna verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X14 barəsində xx.xx.2020-ci ildə 740289 nömrəli axtarış işi açılmışdır. Keçirilmiş axtarış tədbirlərinə baxmayaraq Mürvət Əliyevin tapılması mümkün olmamışdır. Hazırda bu istiqamətdə axtarış tədbirləri davam etdirilir. X14 barəsində hər hansı cinayət işinin istintaqı aparılmamışdır. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır (Mülki Prosessual Məcəllənin 314.1-ci maddəsi). Məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün qanuni əsaslar vardır. Belə ki, ərizəçinin oğlu Mürvət Əliyev xx.xx.2018-ci il tarixdə ölkə ərazisini X20 X6 vasitəsi ilə Gürcüstan Respublikasına getməklə tərk etmişdir. Qeyd olunan tarixdən bu yana onunla əlaqə saxlamaq mümkün olmamışdır. X2 harada olmasından məlumat yoxdur. Bir sözlə ondan xəbər alına bilmir. Barəsində polis orqanında açılmış axtarış işi üzrə aparılan tədbirlər də nəticə verməmiş, onun tapılması mümkün olmamışdır. Bu kimi hallar Mülki Məcəllənin 40.1-ci maddəsinin tətbiqini şərtləndirir. X3 yer məlum deyildir və o iki ildən çox müddətdir ki, yaşayış yerində görünməmişdir. Mülki Prosessual Məcəllənin 315.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Sadalanan hüquq normalarını rəhbər tutaraq onların tələblərini mülki iş materialları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X14 itkin düşmüş hesab edilməlidir. «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Məhkəmə bir məqamı da qeyd edir ki, itkin düşmüş hesab edilən şəxsin olduğu yerin müəyyən edilməsi və ya onun gəlməsi hazırki məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Bu yanaşma Mülki Prosessual Məcəllənin 316-cı maddəsindən qaynaqlanır. Həmin normada təsbit edilmişdir ki, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi İddiaçı xx.xx.1973-cü ildə doğulmuş oğlu X14 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1064/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1064/2024
10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver