Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1112/2023 25.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaqdan çıxarılma » tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaqdan çıxarma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona və ailə üzvlərinə məxsus Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə, dövlət rüsumu hesabına ödənilmiş 100 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli 26 saylı qərarına əsasən, ona və ailə üzvlərinə Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh ilə həmkəndlidirlər və bu günədək aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Son bir neçə ildir ki, cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək, orada üzüm tingləri əkmiş, beton dirəklər basdırmışdır. Bir neçə ildir ki, cavabdeh onlara həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermir. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş torpağa mülkiyyət hüqüquna dair Dövlət Aktından görünür ki, İddiaçı və ailə üzvlərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 noyabr tarixli, 26 nömrəli qərarı ilə Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən 1.20 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2654 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********28 saylı mütəxəssis rəyindən göstərilənlər müəyyən edilmişdir. Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 5349 kv.m-ə qədər hissəsi elektron məlumat bazasına əsasən JN-823 nömrəli Dövlət Aktında olan 823B hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsində çoxillik əkin olan üzüm bağı və beton dirəklər olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla həmin torpaq sahəsinin 5349 kv.m-ə qədər hissəsi cavabdehin qanunsuz sahibliyindədir və cavabdeh uzun müddətdir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur.Cavabdeh torpaq sahəsinin həmin hissəsinə hər hansı hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Cavabdehin qeyd olunan torpaq sahəsindən istifadə etməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindəki 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 5349 kv.m hissəsindən çıxarılmalıdır.İddianın çıxarılması hissəsi təmin edildiyindən, həmin hissə icra ediləcəyi təqdirdə torpaq sahəsi də boşaldılmış olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat olduğundan və iddia torpaqdan çıxarılmaya dair hissədə təmin edildiyindən 100 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsiinin 5349 kv.m hissəsindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verisin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1112/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1112/2023
25.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver