Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1177/2023 24.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il tarixdə Tovuz rayonu Alakol kəndində anadan olmuş və xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X4 ilə el adəti qaydasında ailə qurmuş, daha sonradan isə nikahlarını xx.xx.1980-ci ildə rəsmiləşdirmişlər. Həyat yoldaşı X4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onu Tovuz rayonu Köhnəqala kəndində dəfn etmişlər. O, tənha qadındır, ölüm zamanı sənədləşmə işini aparmalı olduğunu bilməmişdir. Hazırda həmin sənədə zəruri ehtiyac vardır. Belə ki, işıq, qaz xətləri vəfat etmiş ərinin adınadır. Öz adına çevirmək isdədikdə isə dövlət bildirir ki, həmin xətlər ölmüş şəxsin adınadır. Ona görə də hazırda ölüm haqqında arayış almaqda çətinlik çəkir. Bu faktı yaxın qohumları da təsdiq edə bilər. Bu baxımdan da ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, X1 onun qohumudur. X4 xx.xx.2016-cı ildə ölmüşdür. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun qohumudur. Onun həyat yoldaşı X4 2016-cı ildə vəfar etmişdir. Tovuz rayonu Köhnəqala kəndində dəfn edilmiş, dəfnində iştirak etmişdir. İşə əlavə olunmuş Maraqlı şəxs arayışlarından görünür ki, X2 vətandaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasıya sistemində bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə olunmuş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X2 adına Tovuz rayonu Köhnəqala kəndində 1200 kv.m həyətyanı torpaq sahəsi işlənilmişdir. İşdə olan Tovuz Rayon İcra hakimiyyəti Başçısının Alakol kənd inzibati ərazidairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, mərhum X4 12 iyun 2016-cı ildə vəfat etmiş və Köhnəqala kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş müvafiq sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatındakı məlumatlara və mülki işdə olan sənədlərdəki məlumatlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən xx.xx.1956-cı il tarixdə anadan olmuş X2 xx.xx.2016-cı ildə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2016-cı ildə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1177/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1177/2023
24.07.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver