Məhkəmə qərarları › İş №2(062)-123/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-123/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-123/2023 10.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, onun 05 yanvar 1947-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində mərhum X2 ilə X1 birgə yaşayışlarından doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər heç bir, səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən oşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən, habelə, işin başqa vaxta keçirilməsi barədə məhkəməyə vəsatət vermədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar