Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1247/2023 18.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi Ərizəçi maraqlı şəxs Tovuz rayon İcra hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 26 noyabr 2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X5 ilə evlənib ailə qurmuşdur. Onunla birgə nikahlarından xx.xx.2004-cü ildə X3 adlı uşağı anadan olmuşdur. Nürəddin adlı uşağı anadan olduğu tarixdən xəstədir. Belə ki, oğlu Nürəddin 1-ci qrup əlildir. Oğlu ağır dərəcəli əqli gərilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, İQ-20 faiz, və uşaq autizmi xəstəliyindən əziyyət çəkir. Uşağının xəstəliyi getdikcə ağırlaşır. Azərbayacan Respublikası Səhiyyə Nazirliyi Uşaq Ruhi-Əsəb Dispanseri tərəfindən 18 mart 2013-cü il tarixdə verilmiş arayışdan da görünür ki, oğlu debillik dərəcəsində ağıl zəifliyi, nitq və davranış pozuntusu ilə, kanner autizmi xəstəliyi aşkar olunmuşdur. Oğluna 29 dekabr 2012ci l tarixdə 1-ci qrup əlillik təyin olunmuşdur.Xəstəlik diaqnozu barədə verilmiş arayışdan da göründüyü kimi, oğlu sağalmaz ruhi xəstədir. Uşağı əmək qabiliyyətsiz şəxsdir. Ona görə də 26 noyabr 2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-17-4/2H-9094/2023 nömrəli ARƏ və ƏSMN tabəliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubundan görünür ki, X4 xx.xx.2022- ci ilm tarixdə ümumi xəstəlik səbəbindən orqanizmin funksiyasının 90% pozulması ilə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 186 nömrəli arayışdan görünür ki, X2 ağır dərəcəli əqli gerilik mövcuddur.Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu İQ-20 %-dir. Uşaq autizmi diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 261/02 nömrəli Uşaq ruhi-əsəb dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, X4 yüngül kəmağıllıq (debillik dərəcəsi ağıl zəifliyi) nitq və davranış pozuntusu ilə kanner autizmi diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 220 nömrəli arayışdan görünür ki, X4 hərbi xidmətə yararsızdır. Mülki işin icraatı zamanı məhkəmənin qərardadına əsasən X4 məhkəmə psixiatriya ekspert komissiyasına təqdim olunmuş və AR SN-NİN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin PHŞ-nin xx.xx.2023-cü il tarixli, 2281 saylı rəyindən göründüyü kimi, X3 ağır dərəcəli əqli gerilik kanner sindromu nəticəsində davranış pozuntuları aşkar olunmuşdur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyildir. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs Tovuz rayon İcra hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. HÜQUQİMƏSƏLƏLƏR Məhkəmə ərizəçini və işin faktiki hallarını araşdırıb işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə müvafiq olaraq şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının MPM-in 317.2-ci maddəsinə müvafiq olaraq məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək vəzifəsi daşıyır. Məhkəmə bu kateqoriyadan olan işlərə səhhəti buna imkan verərsə, şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. İşə baxılarkən səhhəti ilə bağlı şəxsin özünün iştirakı təmin edilməmişdir.Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə işlərdə sübutetmə predmetini, yəni müəyyənləşdirilməli olan faktiki halların dairəsini aşağıdakılar təşkil edir: psixi qüsurun mövcudluğu; şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən faktlar; psixi qüsurla şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi arasında səbəbli əlaqə;digər hallar. Məsələn, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin ərizəçinin yaxın qohumu (uşaq, valideyn, qardaş-bacı və s.) olması faktı. Zəruri sübut kimi isə məhkəmə-psixiatriya ekspertizasının rəyi çıxış edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 noyabr 2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1247/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1247/2023
18.09.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver