Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1371/2023 04.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 Dilqəm oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 Dilqəm oğlunun Cavabdeh qarşı "torpaq sahəsindən çıxarlma və vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 Dilqəm oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə muraciət edərək, Cavabdeh Tovuz rayonu İbrahimhacılı kəndi ərazisindən qanunsuz olaraq zəbt edib mənimsədiyi torpaq sahəsindən çıxarılmasına, onun tərəfindən kənd sakinlərinə vurulmuş maddi zərər hesablanaraq ödənilməsi və Cavabdeh əməlində cinayət tərkibi aşkarlandığı təqdirdə iş üzrə xüsusi qərar barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 Dilqəm oğlu məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə təqdim etdiklərindən, cavabdeh isə baxılmamış saxlanılmasınına etiraz etmədyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 259-260-cı, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4 Dilqəm oğlunun Cavabdeh qarşı "torpaq sahəsindən çıxarlma və vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair ərizə baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1371/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1371/2023
04.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver