Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1422/2023 23.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı2 və Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «miras mülkdən payların müəyyən edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Tovuz şəhərində 23 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən **********45-10301 saylı çıxarışda göstərilən mərhum X1 miras qalmış ümumi sahəsi 260,1 kv metr olan fərdi yaşayış evindən və onun payına düşən 0,0963 ha torpaq sahəsinin dörddə bir hissəsindən və həmin çıxarışda göstərilən X8 miras qalmış 0,0963 ha torpaq sahəsinin dörddə bir hissəsindən onların miras payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən işdə iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən **********45-10301 saylı çıxarışda göstərilən 0,0963 ha torpaq sahəsi mərhum X4, mərhum X10 və onların ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 260,1 kv metr olan fərdi yaşayış evi isə mərhum X4 adına qeydə alınmışdır. X12 09 sentyabr 2003-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış torpaq sahəsini faktiki olaraq mərhum X6 qəbul etmişdir. X6 13 fevral 2020-ci ildə vəfat etmişdir. Hər ikisinin ölümündən sonra miras qalmış əmlakları o və övladları qəbul edərək, idarə etmişlər. Cavabdeh4 mərhum qaynının X2 oğludur. Məmmədalı Məmmədov qaynanası X3 vəfat etmişdir. Miras torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Tovuz regional ASAN xidmət mərkəzinin Notariat ofisinə rəsmi müraciət etmiş, miras mülklə bağlı müddət ötürüldüyündən ona vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən **********45-10301 saylı çıxarışda göstərilən mərhum X1 miras qalmış ümumi sahəsi 260,1 kv metr olan fərdi yaşayış evindən və onun payına düşən 0,0963 ha torpaq sahəsinin dörddə bir hissəsindən və həmin çıxarışda göstərilən X8 miras qalmış 0,0963 ha torpaq sahəsinin dörddə bir hissəsindən onların miras paylarının müəyyən olunmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin Cavabdeh1 təmsil etmişdir. Məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən **********45-10301 saylı çıxarışda göstərilən 0,0963 ha torpaq sahəsi mərhum X4, mərhum X10 və onların ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 260,1 kv metr olan fərdi yaşayış evi isə mərhum X4 adına qeydə alınmışdır. X12 09 sentyabr 2003-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış torpaq sahəsini faktiki olaraq mərhum X6 qəbul etmişdir. X6 13 fevral 2020-ci ildə vəfat etmişdir. Hər ikisinin ölümündən sonra miras qalmış əmlakları iddiaçılar qəbul edərək, idarə etmişlər. İddianı qəbul edir, özünə düşən paydan, həmçinin təmsil etdiyi bacısı Cavabdeh3 payından qardaşı İddiaçı1 xeyrinə imtina edir. Ədalətli qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasında Cavabdeh1 ilə eyni xüsusatda izahat verdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş reyesrt nömrəsi **********45-10301 saylı çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,0963 ha torpaq sahəsi X10, İddiaçı2, İddiaçı1 və X4 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 260,1 kv metr olan yaşayış evi isə tam olaraq X4 mülkiyyətindədir. İşə əlavə olunmuş Tovuz rayon qeydiyyat şöbəsinin vermiş olduğu arayışdan görünür ki, X10 Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış sistemində yoxlama aparılmış nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh4 və X7 nikahları Tovuz rayon Qeydiyyat Şöbəsində xx.xx.1949-cu il tarixində 03 sayla qeydə alınmışdır. İşə əlavə olunmuş arayışdan görünür ki, X6 13 fevral 2020-ci ildə, X12 09 sentyabr 2003-cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X5 06 aprel 2015-ci ildə beyninə qansızma səbəbindən vəfat etmişdir. İşə əlavə olunmuş ərizələrdən görünür ki, cavabdehlərin hər biri öz payına düşən miras payından İddiaçı1 xeyrinə imtina edirlər. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən **********45-10301 saylı çıxarışda göstərilən 0,0963 ha torpaq sahəsi mərhum X4, mərhum X10 və iddiaçıların ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 260,1 kv metr olan fərdi yaşayış evi isə mərhum X4 adına qeydə alınmışdır. X12 09 sentyabr 2003-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış torpaq sahəsini faktiki olaraq mərhum X6 qəbul etmişdir. X6 13 fevral 2020-ci ildə vəfat etmişdir. Hər ikisinin ölümündən sonra miras qalmış əmlakları iddiaçılar qəbul edərək, idarə etmişlər. Digər vərəsələrin hər biri ərizə verərək miras paylarından İddiaçı1 xeyrinə imtina edirlər. Ona görə də iddiaçıların hər birinin miras mülkdə ikidə bir hissədə payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın ) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər(övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinə görə, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən **********45- 10301 saylı çıxarışda göstərilən mərhum X1 miras qalmış ümumi sahəsi 260,1 kv metr olan fərdi yaşayış evinə və onun payına düşən 0,0963 ha torpaq sahəsinin dörddə bir hissəsinə və həmin çıxarışda göstərilən X8 miras qalmış 0,0963 ha torpaq sahəsinin dörddə bir hissəsinə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ikidə bir hissədə miras payı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən **********45-10301 saylı çıxarışda göstərilən mərhum X1 miras qalmış ümumi sahəsi 260,1 kv metr olan fərdi yaşayış evinə və onun payına düşən 0,0963 ha torpaq sahəsinin dörddə bir hissəsinə və həmin çıxarışda göstərilən X8 miras qalmış 0,0963 ha torpaq sahəsinin dörddə bir hissəsinə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ikidə bir hissədə miras payı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1422/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1422/2023
23.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver