Məhkəmə qərarları › İş №2(062)-1447/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1447/2023

03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1447/2023 03.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin cavabdehlər Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və su arxının açılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin sədri Orxan İbrahimov cavabdehlər Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və su arxının açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı bələdiyyənin sədri olmasına dair sənədlərini ərizəsinə əlavə etsə də, həmin və digər sənədlər lazımi qaydada təsdiqlənməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia icraatı qaydasında ərizə verərək iddia ərizəsində X1 və qeyrilərinin adlarını maraqlı şəxslər kimi qeyd etməkdə haqlı olmamışdır. Belə ki, iddia icraatında maraqlı şəxslər anlayışı olmayaraq həmin şəxslər xüsusi icraat qaydasında baxılan işlər üzrə proses iştirakçılarıdır. Odur ki, məhkəmə iddiaçıya qeyd edilən şəxslərin prosessual vəziyyətlərini müəyyənləşdirərək iddia ərizəsinin forma və məzmununa riayət edilməsini təklif edir. Bundan başqa da göründüyü kimi işdə bir cavabdeh, 5 maraqlı şəxs qeyd edilməsinə baxmayaraq, iddia ərizəsi onların sayına uyğun şəkildə əlavə edilməmişdir. Belə ki, ərizəyə yalnız bir nüsxə iddia ərizəsi əlavə edilmişdir. Halbu ki, MPM-nin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin cavabdehlər Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və su arxının açılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya qərardaddakı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə Tovuz Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar