Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1456/2023 03.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı ərinə çatası miras paydan payının müəyyən edilməsi və 10 min manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: İddia ərizəsini nəzərdən keçirərkən müəyyən etdim ki, iddiaçı iddia icraatı qaydasında ərizə verərək, bir tərəfdən mirasdan payın müəyyən edilməsini, digər tərəfdən isə cavabdehdən pul tələb edir. Daha sonra isə Tovuz rayon Notariat Kontorunu maraqlı şəxs qismində göstərmişdir. Halbu ki, iddia icraatında maraqlı şəxs anlayışı mövcud deyildir. İddiaçı Tovuz rayon Notariat Kontorunun prosessual vəziyyətini müəyyən edə bilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi mirasdan payın müəyyən edilməsi məhkəmədə baxılmalı məsələ olmadığı halda iddiaçı eyni tələblə məhkəməyə müraciət edərək, həmin tələbə pul tələbini də birləşdirməkdə də haqlı olmamışdır. Məhkəmə həm də onu da qeyd edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlər lazımi qaydada təsdiqlənməyərək sənədlərin surətlərindən ibarətdir. MPM-nin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə ümumi qaydada Tovuz rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1456/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1456/2023
03.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver