Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-146/2024 08.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxslər X22 Xidməti mərkəzinin Notarait ofisinə və Maraqlı şəxs1nə qarşı 17 noyabr 2006-cı ildə vəfat etmiş X3 onun anası olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər X22 Xidməti mərkəzinin Notarait ofisinə və Maraqlı şəxs1nə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2006-cı ildə vəfat etmiş X3 onun anası (qohumu) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o 1939-cü ildə Tovuz rayonu Eyyublu kəndində anadan olmuşdur. X5, anası X7 olmuşdur. X5 xx.xx.1972-ci ildə, anası X7 xx.xx.2006-cı ildə vəfat etmişlər. O, ailəsi və mərhum anası X7 ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşamışdır. Tovuz rayon AİK xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə mərhum anası X3, onun və ailəsinin mülkiyyətində Tovuz rayonu Əyyublu kəndi ərazisindən 0,26 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün müvafiq sənədləri toplayarkən onun doğum haqqında şəhadətnamənin olmadığı üçün sənədləşdirmə apara bilməmişdir. Qeyd olunanlara görə X22 Xidmət mərkəzindəki Notariat Ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, 17 noyabr 2006-cı ildə vəfat etmiş X3 onun anası (qohumu) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Maraqlı şəxslər X22 Xidməti mərkəzinin Notarait ofisinə və Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında dindirilmiş şahid X12 ifadəsində göstərdi ki, o İddiaçı qardaşı oğludur. Həqiqətən də İddiaçı X9 və X3 birgə nikahlarından anadan olmuşdur. X7 xx.xx.2006-cı ildə vəfat etmişdir. X7 ərizəçi İddiaçı anasıdır. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, İddiaçı qonşusudur. Həqiqətən də İddiaçı X9 və X3 birgə nikahlarından anadan olmuşdur. X7 xx.xx.2006-cı ildə vəfat etmişdir. X7 ərizəçi İddiaçı anasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 digər X2nun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 17 noyabr 2006-ci ildə Tovuz rayonunun Əyyublu kəndində vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X15 05 sentyabr 1972-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş Maraqlı şəxs1 24 avqust 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı doğum haqqında şəhadətnaməsi aşkar olmamışdır. İşə əlavə olunmuş torpağın mülkiyətə verilməsinə dair JN-642A KOD 50300068 olan şəhadətnamədən görünür ki, İddiaçı, X3, X11, X8 və X6 birgə mülkiyyətlərində torpaq sahəsi vardır. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə və işə əlavə olunmuş sənədlərlə tam sübut olundu ki, X1 ərizəçi İddiaçı anası olmuşdur. X7 17 noyabr 2006-ci ildə vəfat etmişdir. Məhkəmədə müəyyən olundu ki, ərizəçi İddiaçı 1939-cü ildə Tovuz rayonu Eyyublu kəndində anadan olmuşdur. X5, anası isə X7 olmuşdur. X5 xx.xx.1972-ci ildə, anası X7 xx.xx.2006-cı ildə vəfat etmişlər. O, ailəsi və mərhum anası X7 ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşamışlar. Tovuz rayon AİK xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə mərhum anası X3, onun və ailəsinin mülkiyyətində Tovuz rayonu Əyyublu kəndi ərazisindən 0,26 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün müvafiq sənədləri toplayarkən onun doğum haqqında şəhadətnamənin olmadığı üçün sənədləşdirmə apara bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.1.1-ci maddəyə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsələr sayılırlar. Göründüyü kimi İddiaçı xx.xx.2006-cı ildə vəfat etmiş X3 oğlu olmuşdur. Hazırki vəziyyətdə ərizəçi onun qanun üzrə vərəsəsi hesab edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 213-227, 233.1 və 234 maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 ilə İddiaçı ana və oğul kimi qohumluq münasibətində olma faktı müəyyən olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-146/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-146/2024
08.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver