Məhkəmə qərarları › İş №2(062)-1488/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1488/2024

06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1488/2024 06.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 06 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun xx xxxx 1983-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmasının qeydə alınması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, xx xxxx 1983-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Anadan olarkən onun adına Ermənistan Respublikasında doğum akt qeydi aparılmışdır və ona doğum haqqında şəhadətnamə verilmişdir. Onlar Ermənistan Respublikasından 1988-ci ildə qovulmuşlar. Həmin vaxtdan da Tovuz rayonu Hunanlar kəndində yaşayır. Qovularkən onun və yaxınlarının sənədləri itmişdir. Ona AZE ******** saylı şəxsiyyət vəsiqəsi verilmiş və vəsiqədə doğum tarixi xx xxxx 1983-cü il qeyd edilmişdir. Tovuz rayonu Qeydiyyat Şöbəsində doğum akt qeydi kitabında qeydiyyat aparılmamışdır. Odur ki, onun xx xxxx 1983-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmasının qeydə alınması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid qismində dindirilən X4 məhkəmə iclasında bildirdi ki, ərizəçi qızıdır. xx xxxx 1983-cü ildə Ermənistan Respublikası Vardenis rayonunun Göysu kəndində anadan olmuşdur. 1988-ci ildə ailəsi və həmkəndliləri ilə birlikdə oradan qovulmuşlar. Həmin vaxt bütün sənədləri orada qalıb itmişdir. Şahid qismində dindirilən X3 məhkəmə iclasında bildirdi ki, ərizəçi qızıdır. xx xxxx 1983-cü ildə Ermənistan Respublikası Vardenis rayonunun Göysu kəndində anadan olmuşdur. 1988-ci ildə ailəsi və həmkəndliləri ilə birlikdə oradan qovulmuşlar. Həmin vaxt bütün sənədləri orada qalıb itmişdir. Şahid qismində dindirilən X2 məhkəmə iclasında bildirdi ki, ərizəçi qonşusu olmuşdur. xx xxxx 1983-cü ildə Ermənistan Respublikası Vardenis rayonunun Göysu kəndində X4 ilə X1 birgə yaşayışlarından anadan olmuşdur. Həmin kənddə də qonşu olmuşlar. 1988-ci ildə ailəsi və həmkəndliləri ilə birlikdə oradan qovulmuşlar. Tovuz rayonuna gəlmiş, orada məskunlaşmışlar. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi xx xxxx 1983-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Ərizəçi barəsində doğum haqqında akt qeydi olmuşdur. Ərizəçinin şəxsiyyət vəsiqəsi vardır. Doğum akt qeydi doğulduğu yer üzrə Ermənistan Respublikasında həyata keçirilmişdir. Hazırda Ermənistan Respublikası ilə heç bir hüquqi əlaqələr mövcud olmadığından ərizəçinin doğulmasının qeydə alınmasını başqa qaydada müəyyən olunması mümkün olunmadığından Ərizəçi doğumunun qeydə alınması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin doğulması Maraqlı şəxsndə qeydə alınmadığından ona doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1983-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda X4 ilə X1 birgə yaşayışlarından doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X6, ana qrafasında X3, doğum yeri kimi Ermənistan Respublikasının Vardenis rayonu qeyd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar