Məhkəmə qərarları › İş №2(062)-149/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-149/2023

09.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-149/2023 09.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evdən çıxarılma və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evdən çıxarılma və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xüsusi mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri Təzə Məhəllə adlanan ərazidə yerləşən 0,060050 ha torpaq sahəsi üzərindəki ümumi sahəsi 45,20 kv.m olan fərdi yaşayış evindən çıxarılmalarına, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ona vurduqları maddi zərərə görə 4000 manat məbləində pulun və dövlət rüsumu hesabına ödənilmiş 100 manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair ərizə verərək, cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalarını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 04 iyun 2021-ci il tarixdə X1, X2, X5, X4 və X6 mülkiyyətində olan **********73 reystr nömrəli ********** qediyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən onların paylı mülkiyyətlərində olan 0,06005 ha torpaq sahəsini X1, X2, X8, X4 və X6 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 08 iyul 2021-ci il tarixdə AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satın almışdır. Satın aldıqdan sonra həmin torpaq sahəsi Hüquqların dövlət qediyyatı haqqında qediyyat nömrəsi ********** nömrəli, qeydiyyat tarixi 11 iyun 2021-ci il tarixli reystr nömrəsi **********73 nömrəli dövlət reyestrindən çıxarışala ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ üzrə adına qediyyata aldırmışdır. Bundan sonra cavabdehlərə dəfələrlə şifahi qaydada müraciətlər edərək onun xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmalarını tələb etsə də onlar hər dəfə müxtəlif bahanələrlə bundan yayınmışlar. Bu səbəbdən də o, məcbur olub Tovuz Rayon Məhkəməsində torpaqdan çıxartma tələbinə dair iddia qaldırmışdır. İdda ərizəsi üzrə iddia tələbi Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(062)-1943/2021 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Cavabdehlər onun mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhərində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Qətnamə Mülki Prosessual Qanunvericiliyin tələblərinə görə 25 fevral 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır və icra olunması üçün 16 mart 2022-ci il tarixdə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 45,20 kv.m olan tikili qediyyata alınmadığından icra sənədinin icrası mümkün olmamışdır. Bundan sonra o, qanuna müvafiq qaydada müraciət edərək, mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 45,20 kv.m olan fərdi yaşayış evini Əmlak Məsələlləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinın 15 saylı Tovuz Ərazı İdarəsində 20 iyun 2022-ci il tarixli, reyestr nömrəsi **********73- 10301 nömrəli, qediyyat nömrəsi ********** nömrəli Çıxarışla adına qediyyata aldıraraq, 0,060050 ha torpaq sahəsi və onun üzərində yerləşən 45,20 kv.m fərdi yaşayış evi üzərində tam mülkiyyət hüquqlarını rəsmiləşdirmişdir. Cavabdehlər onun xüsusi mülkiyyətini təşkil edən 0,060050 ha torpaq sahəsi və onun üzərində yerləşən 45,20 kv.m fərdi yaşayış evində yaşamaqla oradan istifadə edirlər. O, dəfələrlə cavabdehlərdən torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxmalarını tələb etsələr də onlar, yəni cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə bundan yayınırlar. Bu səbəbdən də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər tərəfdən də onun razılıı olmadan və ona heç bir kirayə haqqı ödənilmədən cavabdehlərin ona məxsus olan və onun xüsusi mülkiyyətini təşkil edən 0,060050 ha torpaq sahəsindən və onun üzərində 45,20 kv.m fərdi yaşayış evi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını kobudcasına məhdudlaşdıraraq pozur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlərr. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(062)-19432021 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhərində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşə əlavə olunmuş çıxarışdan görünür ki, Tovuz rayonu Qovlar şəhərində 0,06 ha torpaq sahəsi xüsusi mülk kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı adına Tovuz rayonu Qovlar şəhərində 45,20 kv.m fərdi taşayış evi qediyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Tovuz rayonu Qovlar şəhəri Təzə Məhəllə adlanan ərazidə yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 45,20 kv.m olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmaqla cavabdehlərin qanunsuz sahibliyindədir və cavabdehlər uzun müddətdir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur. Cavabdehlərin qeyd olunan fərdi yaşayış evində hər hansı hüquqi əsas olmadan yaşamaqları iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri Təzə Məhəllə adlanan ərazidə yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən 45,20 kv.m olan fərdi yaşayış evindən çıxarılmalıdırlar Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya aid verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri Təzə Məhəllə adlanan ərazidə yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən 45,20 kv.m olan fərdi yaşayış evindən çıxarılsınlsar. 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar