Məhkəmə qərarları › İş №2(062)-1493/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1493/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1493/2023 18.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə, «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 iyul 1970-ci ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində anadan olmuşdur. Keçmiş Azərbaycan SSR-in vətandaşı olaraq ona pasport da verilmişdir. Həttə ona təhsil almağı ilə əlaqədar olaraq 28 iyun 1985-ci ildə səkkiz illik təhsil haqqında şəhadətnamədə verilmişdir. 07 iyul 1993-cü ildə arvadı Abbasova (Ələkbərova) Sevda Əhməd qızı ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onunla birgə nikahlarından 14 avqust 1993-cü ildə Elşən adlı uşaqları anadan olmuşdur. Son zamanlara kimi o, özünün doğum haqqında şəhadətnaməsinin olmadığını bilmirmiş. Həmin nikahdan 3 uşağı anadan olmuşdur. Sonuncu dəfə sənəd düzəltmək məqsədilə müraciət etdikdə onun doğum haqqında şəhadətnaməsinin mövcud olmadığı müəyyən olunmuşdur. O, rəsmi qaydada Tovuz rayon Qediyyat şöbəsinə müraciət etsədə elektron axtarış sistemində yoxlama aparılmış və doğum akt qeydinin tapılmadığı aşkar olunmuşdur. Onun şəxsiyyət vəsiqəsi olmadığı üçün dövlət rüsumunu öz adından deyi Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi barəsində Maraqlı şəxs “Vətandaşlıq vəziyyəti aktları” elektron axtarış sistemində yoxlama aparılmış və onun doğum akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş XXİV-ЖГ 641574 saylı CCCP pasportundan görünür ki, Ərizəçi 1970-ci ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində anadan olmuşdur. İşə əlavə olunmuş səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Tovuz rayonu Dönük Qırıqlı kənd orta məktəbində oxumuş və 1985-ci ildə səkkizinci sinfi bitirmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 xx.xx.1993-cü ildə Tovuz rayon icra hakimiyyətinin Qovlar qəsəbəsi üzrə nümayəndəliyində 77 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. Hərbi biletin içərisində olan xidmət qeydi vərəqəsindən görünür ki, Ərizəçi doğum tarixi 01 iyul 1970-ci il kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi 01 iyul 1970-ci ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində doğulması kimi hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 01 iyul 1970-ci ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar