Məhkəmə qərarları › İş №2(062)-1493/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1493/2024

10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1493/2024 10.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Tovuz Rayon Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Tovuz Rayon Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci ildə anadan olmuş və xx.xx.2023-cü ildə vəfat etmiş oğlu X3 miras qalmış VAZ 2107 olan 60CB576 markalı minik avtomaşının onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, mərhum X7 onun oğludur. xx.xx.2023-cü il tarixdə avtoqəza hadisəsi nəticəsində vəfat etmişdir. Ölüm kağızı da almış, lakin mirasın qəbulu üçün müəyyən edilmüş müddəti ötürmüşdür. Mərhumun adına VAZ 2107 olan 60CB576 markalı, avtomaşın mövcüddur. Həmin avtomaşını o idarə edir. Vərəsələr arasında heç bir mübahisə yoxdur. Odur ki, xx.xx.2001-ci il tarixdə anadan olmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş oğlu X3 miras qalmış VAZ 2107 olan 60CB576 markalı, minik avtomaşının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ilə eyni məzmunlu izahat verdi. Maraqlı şəxs X2 bildirdi ki, həqiqətən də oğlundan miras qalmış avtomobili əri idarə edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Tovuz Rayon Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli 12368 saylı Tovuz Rayon Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinin məktubundan görünür ki, Ərizəçi vərəsliyin qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, eyni zamanda X3 miras qalmış hər hansı bir vərəsə tərəfindən mirasın faktiki olaraq qəbul edilmə faktı müəyyən edilməmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 11 iyun 2023-cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş 1989-cu il buraxılış tarixli,60CB576 nömrəli avtomobilin mülkiyyətçisi X5r. Məhkəmə iclasında ərizəçinin izahatı və işə əlavə olunmuş sənədlərlə tam sübut olundu ki, ərizəçinin oğlu X7 xx.xx.2023-cü ildə vəfat etmişdir. Mərhumun adına VAZ 2107 olan 60CB576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Vərəsələr arasında heç bir mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 vəfatından sonra onun mülkiyyətində olmuş VAZ 2107 olan 60CB576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi atası Ərizəçi tərəfindən idarə edilməklə həmin əmlakı faktiki qəbul etdiyindən, onun həmin nəqliyyat vasitəsinə dair mirasın qəbul edilmə faktı tanınmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 213-227, 233.1 və 234 maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2001-ci ildə anadan olmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış VAZ 2107 olan 60CB576 markalı nəqliyyat vasitəsi olan avtomobilin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar