Məhkəmə qərarları › İş №2(062)-15/2023

Tovuz Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(062)-15/2023

18.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-15/2023 18.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, X1 ilə İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarilma və qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarilma və qnunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Əlimərdanlı kəndində ona məxsus olan qeydiyyat nömrəsi ********** nömrəli xx.xx.2021-ci il tarixli torpaq sahəsindən Cavabdeh və digərlərinin çıxarılması və onun torpaq sahəsi üzərində qanunsuz tikililərin sökülməsi və onların qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-15/2013 saylı 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh istifadəsi kimi təqdim edilən tikililərdən 1-ci və 2-ci tikili bütövlükdə, 3-cü tikilinin isə 206 kv.m qədər hissəsi sökülməklə iddiaçıya məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləyə son qoyulması və Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, 12 dekabr 2022-ci il tarixli ekspert rəyində 4-cü tikilidən də, 102 kv.m qədər hissəsinin **********00 reystr nömrəli çıxarışa əsasən o, X3 adına dövlət qediyyatına alınmış 0,23 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildiyi qeyd olunmuşdur. Tovuz Rayon Məhkəməsinin 2(062)-15/2013 saylı 23 yanvar 2023-cü il tarixli qətnaməsində bu barədə heç nə qeyd edilməmişdir. 4-cü tikili barədə və eləcədə onun sökülməsi barədə qətnaməyə əlavə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-15/2013 saylı 23 yanvar 2023-cü il tarixli qətnaməsində Cavabdeh istifadəsi kimi təqdim edilən tikililərdən 1-ci və 2ci tikili bütövlükdə, 3-cü tikilinin isə 206 kv.m qədər hissəsi sökülməklə iddiaçıya məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləyə son qoyulması və Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsindən çıxarılması göstərilsə də, 4-cü tikilidən 102 kv.m hissəsinin sökülməsi nəticə hissəsində göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nın 229.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa iş üzrə qətnamə çıxarmış hakim, işdə işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbardar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbardar edilirlər. Lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Müəyyən edilmişdir ki, işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7486 saylı ekspert rəyi tədqiq edilib, sübut kimi q əbul edilmişdir. Həmin rəydə 4-cü tikili barədə də tədqiqat aparılmışdır. Məhkəmə həmin hissə üzrə araşdırma aparmış və həmin hissəyə dair işdə sübut olmağına baxmayaraq həmin tələbə aid hissədə qətnamə qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 229.3-cü maddəsinə əsasən,əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Tovuz Rayon Məhkəməsinin 2(062)- 15/2013 saylı 23 yanvar 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmədiyindən məhkəmə İddiaçı ərizəsi ilə əlavə qətnamə çıxarmaqla nəticə hissəsində Cavabdeh istifadəsi kimi təqdim edilən tikililərdən 4-cü tikilinin 102 kv.m qədər hissəsinin sökülməsi barədə məsələnin həll olunmasını qanuni hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh istifadəsi kimi təqdim edilən tikililərdən 4-cü tikilinin 102 kv.m qədər hissəsi sökülməklə Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar