Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1512/2023 06.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X10 iştirakı ilə, İddiaçı Cavabdeh1 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X11 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş bacısı X2 miras qalmış Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 3 yaşayış otaqlı, ümumi sahəsi 156,9 kv.m, yaşayış sahəsi 57,2 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 onun doğma bacısıdır. Hər ikisi X29 ilə X3 birgə nikahlarından doğulmuşlar. X25 1-ci qrup əlil olmaqla uzun müddət dializ xəstəsi olmuşdur. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzində həftədə 3 dəfə olmaqla proqramlı dializ qəbul etmişdir. Həmin müddət ərzində X25nın yanında qızı X4 yaşayıb ona qulluq etmişdir. X25 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun yas mərasimini özü təşkil etmiş və dəfn xərclərini tam olaraq şəxsi vəsaiti hesabına ödəmişdir. Bundan başqa qəbir üstü abidəsini 3000 (üç min) manata şəxsi vəsaiti hesabına qoydurmuşdur. Bu barədə qəbir üstü abidənin foto şəklini və həmin qəbir üstü abidəni düzəltmiş usta X23 tərəfindən yazılmış sadə yazılı formalı qəbz də mövcuddur. Mərhum doğma bacısı X15 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzində həftədə 3 dəfə olmaqla proqramlı dializ qəbul etdiyi müddət ərzində doğma qızı Qələmkar onunla yaşayıb ona qulluq etməklə, xəstəlik zamanı bütün əziyyətlərini çəkməklə yanaşı onun qayğısına qalmışdır. Mərhum bacısının vəfatından sonra da ondan qalmış miras əmlakı faktiki olaraq qəbul etməklə, hal-hazırda da həmin miras əmlakı idarə edir. Mərhum bacısı X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2020-ci ildə Tovuz rayon Notariat Ofisinə ərizə ilə müraciət etmiş, lakin Tovuz Rayon Notariat Ofisində ona vərəsəlik hüququ haqında şəhadətnamə verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki, xx.xx.2019-cu tarixdə vəfat etmiş mərhum bacısı X2 qalmış mirası faktiki qəbul etməyi barədə arayışı Notariat Ofisinə təqdim etmişdir. Bundan sonra Tovuz Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin qətnamədən hazırkı iddia tələbində göstərdiyi cavabdehlər apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti Azərbbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təmin edilərək, hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qərar qəbul olunmaqla iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin həmin qərarında Tovuz rayon Notarisunun vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etməsi barədə xx.xx.2020-ci il tarixli qərarında vərəsələr arasında mübahisə olması və Tovuz Rayon Məhkəməsində işə baxılan zaman həmin vərəsələrin işə cəlb edilmədiyi əsas götürülərək, işə prosessual pozuntu ilə baxılması qənaətinə gəlinmişdir. Həmin qərarda iddia tələbinin məhz Cavabdeh1 və Sürəyya Fətullayevaya qarşı qaldıra biləcəyi qeyd edilmişdir. Bundan başqa Cavabdeh1, X6 və X5 cavabdeh olaraq ona qarşı vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiaları Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 və X6 verdikləri apellyasiya şikayəti Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbi ilə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 və X16 apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət etsələr də, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilmişdir. Həmin qərardaddan onlar apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qəradadadı ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Nəticədə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bu hallar iş materiallarına mötəbər sübut kimi əlavə etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının 66-cı bəndində öz əksini tapmışdır. Göründüyü kimi bacısı X7 ölümündən sonra ondan qalmış mirasın onun tərəfindən qəbul edilməsi və hal-hazırda da mənim istifadəsində olması müvafiq qətnamələr və qərar ilə tam sübut olunmuşdur. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı nümayəndəsi (vəkil) X19 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X6 cavabdehlər sırasından çıxarılması, miras mülkün yalnız İddiaçı tərəfindən qəbul edilməsi və mərhum bacısından qalmış miras əmlakdan onun payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X19 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında Cavabdeh1 mərhum bacısından qalmış miras əmlakdan payın müəyyən edilməsi tələbi rədd edilmişdir. Ona görə də hazırda ona payın verilməsi qanunamüvafiq olmaz. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbi ilə bağlı göstərmişdir ki, onun tərəfindən də mərhum bacısından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat kontoruna müraciət edilmişdir. Bu səbəbdən onun da miras əmlakda payı vardır. Odur ki, miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İş üzrə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında A3 ******* saylı şəhadətnamənin surətindən görünür ki, X29 ilə X3 birgə nikahlarından xx.xx.1948-ci ildə X15 doğulmuşdur. Doğum haqqında ИE 504419 saylı şəhadətnamənin surətindən görünür ki, X29 ilə X3 birgə nikahlarından xx.xx.1957-ci ildə X21 doğulmuşdur. Ölüm haqqında AZ İİ 025292 saylı şəhadətnamənin surətindən görünür ki, X29 ilə X3 birgə nikahlarından xx.xx.1948-ci ildə X15 doğulmuş X15 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Tovuz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamından görünür ki, X8 xx.xx.1948-ci il təvəllüdlü X7 patronu (köməkçisi) təyin edilmişdir. Dönük Qırıqlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, mərhum X7 dəfn xərclərini qardaşı X21 çəkmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və qeyrilərinin cavabdeh İddiaçı qarşı X2 miras qalmış Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlakdan payların müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmış, inventar nömrəsi 104 olan qeydiyyat vəsiqəsində göstərilən Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən 3 yaşayış otaqlı, ümumi sahəsi 156.9 kv.metr, yaşayış sahəsi 57.2 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı oglu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən hüquq və vəzifələrinə toxunulan şəxslər kimi Cavabdeh1 və X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icrada dönüş edilmiş və həmin qətnamə əsasında İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********20-1030 qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı icra edilərək Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən İddiaçı adına verilmiş **********20-1030 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Ölüm haqqında AZ İİ 343169 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında qeydiyyat aparılmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 274A saylı şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə X12 və X7 birgə mülkiyyətinə Tovuz rayonu, Dönük Qırıqlı kəndindən 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evi X7 adına qeydə alınmışdır. Tovuz regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin verdiyi xx.xx.2020-ci il tarixli, 297 saylı məktubundan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair xx.xx.2020-ci il tarixdə mərhumun bacıları Cavabdeh1, Cavabdeh2 və qardaşı X14 müraciəti əsasında xx.xx.2019-cu il tarixdə V-917 nömrəli vərəsəlik işi açılmışdır. Tovuz rayon Notariat Ofisinə Cavabdeh1 tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş bacısı X2 qalmış miras əmlaka dair şəhadətnamənin verilməsi üzrə müraciət edilmişdir. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, 1948-ci ildə doğulmuş Cavabdeh1 atası X29, anası isə X9r. Nikahın bağlanması haqqında İV ЖГ 480885 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X15 xx.xx.1989-cu ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Ölüm haqqında AZ İ 018771 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2002-ci ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, miras qoyan Məhluqə Məmmədova iddiaçı və cavabdehin bacısıdır. X27 İbrahim Məmmədov adlı şəxs ilə rəsmi nikah qeydindən keçməklə ailə qursa da, onların birgə nikahından uşaqları doğulmamışdır. Onun əri İbrahim Məmmədov xx.xx.2002-ci ildə vəfat etmişdir. Məhluqə Məmmədova isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X18 birinci növbə vərəsələri yoxdur. İkinci növbə vərəsələr kimi İddiaçı və Cavabdeh1 qalmışdır. Miras qalmış əmlak isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN 274A saylı şəhadətnamədə qeyd olunan Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə X12 və X7 birgə mülkiyyətinə verilmiş Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ona məxsus hissəsindən, habelə inventar nömrəsi 104 olan qeydiyyat vəsiqəsində göstərilən X27ya məxsus Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evindən ibarətdir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyanlar 2000-ci ildən sonra vəfat etdiklərinə görə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimivərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdənəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Həmin Məcəllənin 1159. 2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146cı maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, hər iki vərəsə tərəfindən miras əmlak qeyri-formal üsulla qəbul edilmişdir. Eyni zamanda iddiaçı formal üsulla da mirası qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi işlərinə baxır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi nəticəsinə gəlindiyi üçün mirasın kütləsi müəyyən edilməlidir. Bu hissədə işin halları araşdırılan zaman müəyyən edilir ki, mirasın kütləsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN 274A saylı şəhadətnamədə qeyd olunan Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli, 30 saylı qərarı ilə X12 və X7 birgə mülkiyyətinə verilmiş Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ona məxsus hissəsindən, habelə inventar nömrəsi 104 olan qeydiyyat vəsiqəsində göstərilən X27ya məxsus Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evi daxildir. Məhkəmə qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 274A saylı şəhadətnamədə qeyd olunan Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə X12 və X7 birgə mülkiyyətinə verilmiş Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin X27ya məxsus hissəsindən, habelə inventar nömrəsi 104 olan qeydiyyat vəsiqəsində göstərilən X27ya məxsus Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evindən iddiaçı və cavabdehin hər birinin payı ½ hissədə müəyyən edilməlidir. İddiaçının vəkilinin hazırki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında Cavabdeh1 və digərlərinin cavabdeh İddiaçı qarşı X2 miras qalmış Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlakdan payların müəyyən edilməsinə dair iddia tələbinin rədd olunması və bu əsasa görə ona mirasdan pay verilməsi üzrə yenidən baxılmanın yolverilməzliyi dəlilini məhkəmə əsassız sayır. Çünki, həmin qətnamə üzrə iddia tələbinin rədd edilməsinin kökündə miras mülkün İddiaçı adına qeyd olunması dayanmışdır. Hansı ki, hazırda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icrada dönüş edilmiş və həmin qətnamə əsasında İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********20-1030 qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Bundan sonra isə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı icra edilərək Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən İddiaçı adına verilmiş **********20-1030 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Yəni əmlak ilkin hüquqi vəziyyətə - mərhum X7 adına geri qaytarılmışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 274A saylı şəhadətnamədə qeyd olunan Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə X12 və X7 birgə mülkiyyətinə verilmiş Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin mərhum X13 məxsus hissəsindən İddiaçı və Cavabdeh1 payı ½ hissədə, ümumi torpaq sahəsindən isə hər birinin payı ¼ hissədə müəyyən edilsin. İnventar nömrəsi 104 olan qeydiyyat vəsiqəsində göstərilən mərhum X13 məxsus Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evindən İddiaçı və Cavabdeh1 hər birinin payı ½ hissədə müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1512/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1512/2023
06.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver