Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1520/2025 10.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qarşı (Maraqlı şəxs) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1937-ci ildə mərhum X7 ilə mərhum X1 birgə yaşayışından Tovuz rayonu Bozalqanlı kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1937-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində mərhum X7 ilə mərhum X1 birgə yaşayışından doğulmuşdur. X2 xx.xx.1965-ci ildə, anası X3 isə xx.xx.2004-ci ildə vəfat etmişdir. Hazırda mərhum ata anasından qalan mirasla bağlı ondan doğum haqqında şəhadətnamə tələb edilmişdir. Doğum haqqında şəhadətnaməni tapmadığına görə surətinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. X6 barəsində doğum akt qeydinin olmaması müəyyən edilmişdir. Ona görə də, onun xx.xx.1937-ci ildə doğulması faktının mürəyyən edilməsi zəurəti yaranmışdır. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək, doğum akt qeydinin bərpa edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1937-ci il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində anadan olmuşdur. İş materiallarında olan Tovuz rayon Bozalqanlı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X8 xx.xx.1968-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina rəyindən görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.1937-ci ildə Tovuz rayon Bozalqanlı kəndində anadan olmuş X4 doğum haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Bu səbəblə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilən Tovuz rayonu İHB-nın Bozalqanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 135 nömrəli arayışından görünür ki, X9 1937-ci ildə anadan olmaqla hal-hazıradək ailə tərkibi: qızı-X11 (xx.xx.1967). İş materiallarında olan Maraqlı şəxs xx.xx.2017-ci il tarixli arayışının surətindən görünür ki, X7 xx.xx.1965-ci ildə ölmüşdür. İş materiallarında olan Tovuz rayon İH-nin Bozalqanlı kənd nümayəndəliyinin xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 xx.xx.2004-cü ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, arayışından görünür ki, xx.xx.1937-ci ildə anadan olmuş X4 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: 1950-1960-cı illər üzrə bərpa Maraqlı şəxs və 1937-1940-cı il Bozalqanlı kənd icra nümayəndəliyi üzrə yoxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, X5 atası Məhəmməd, anası isə Güləbatın olmuşdur. 2004-cü ildə Güləbatın ölüb, 1965-ci ildə isə Məhəmməd vəfat etmişdir. Belə ki, ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin materialları ilə X5 XX.XX.1957-ci il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində doğulması, atasının X7, anasının X3 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X5 doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi X2, anası X3 olmaqla XX.XX.1937-ci il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X2, anası X3 olmaqla XX.XX.1937-ci il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1520/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1520/2025
10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver