Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1536/2025 11.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1nə və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “qohumluq münasibətində olma” barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nın doğma nəvəsi olmaqla qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, nənəsi X2 xx.xx.1998-ci ildə vəfat etmişdir. Nənəsinin adına Tovuz rayonu, Düz Qırıqlı kəndində ümumi mülkiyyətdə olan 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Onun vəfatından sonra ondan qalan mirasın qəbulunda iştirak etmişdir. Hazırda o, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Lakin Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisi nənəsi X10 ilə qohumluq əlaqəsini təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün vərəsəliyi rəsmiləşdirməkdən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. X3 doğum akt qeydi Maraqlı şəxs1ndə tapılmamışdır. X8 xx.xx.1999-cu il tarixdə vəfat etdiyinə görə onun barəsində doğum akt qeydinin aparılması mümkün olmamışdır. X2 X3 doğma anasıdır. Lakin atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün nənəsi ilə qohumluq əlaqəsinin təsdiq olunması mümkün olmamışdır. Ona görə də, onun X2 ilə qohumluq münasibətində olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxslərin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirdi ki, ərizəçi Rafiq onun doğma qardaşıdır. X33 anaları isə, X22 olmuşdur. Onların ataları isə X28 ilə X4 nikahlarından doğulmuşdur. X10 onların doğma nənələri olmuşdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar «Torpağa mülkiyyət hüququna dair» JN 1147 KOD 50300148 saylı dövlət aktı ilə X5 Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Tovuz rayonu, Düzqırıqlı kəndi ərazisindən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 817 nömrəli arayışdan görünür ki, X10 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 863 nömrəli arayışdan görünür ki, XX.XX.1931-ci ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olmuş X29 barəsində doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 861 nömrəli arayışdan görünür ki, X29 xx.xx.1999-cu ildə vəfat etmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 864 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Tovuz rayonu, düz Qırıqlı kəndində anadan olmuşdur. Ata qrafasında məlumat qeyd edilməmiş, anası X16r. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 818 nömrəli arayışdan görünür ki, X29 və X11 nikahı haqqında xx.xx.1956-cı ildə 02 nömrəli alt qeydi tərtib olunmuşdur. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 862 nömrəli arayışdan görünür ki, X22 xx.xx.2009-cu ildə vəfat etmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 65 nömrəli imtina rəyindən görünür ki, XX.XX.1931-ci ildə anadan olmuş X19 doğumunu təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Maraqlı şəxs1ndə doğum akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1419 saylı məktubdan görünür ki, X10 ilə qohumluq əlaqəsini təsdiq edən sənədlər təqdim edilmədiyi üçün müraciətin rəsmiləşdirilməsindən imtina edilmişdir. Düz Qırıqlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 246 nömrəli arayışdan görünür ki, X4 vəfatınan sonra ondan miras qalmış əmlakdan halhazırda nəvəsi Ərizəçi istifadə edir. Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-48-44RA/2- 50/2025 saylı məktubdan görünür ki, Düz Qırıqlı kənd İcraiyyə Komitəsinin 1930-1940-cı illərə dair təsərrüfatbaşına kitabları Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Buna görə də, X6 aid şəxsi hesab vərəqəsinin təsdiq edilmiş surətinin göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir rayon filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-48-13F/3-89/2025 saylı məktubundan görünür ki, Tovuz rayonu, Düz Qırıqlı kənd XDS İK-nin təsərrüfatbaşına kitabları Şəmkir filialına təhvil verilməmişdir. Buna görə də, X4 adına təsərrüfat olub-olmaması barədə rəsmi məlumat vermək mümkün olmamışdır. Tovuz Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-14/2- 13815/2025 saylı məktuba qoşma kimi göndərilmiş Forma 1-dən görünür ki, X29 1931-ci ildə anadan olmuş, X22 ilə evlənmişdir. X9, anası X7r. Təsərrüfatbaşına kitabdan görünür ki, X20 ailə üzvləri, X10, X29, X17, X23, X12r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243.1 və 1243.2 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Bənd 2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1959-cu ildə anadan olmuşdur. Doğum haqqında akt qeydində ata qrafasında məlumat qeyd edilməmiş, anası X22 qeyd edilmişdir. Lakin iddiaçıya məxsus olan şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasında onun ata adı kimi Ziyad qeyd edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsi ilə də, ərizəçinin atasının X29 olması təsdiqini tapır. Həmçinin ərizəçinin atası X29 xx.xx.1931-ci ildə doğulsa da, onun doğum qeydi aparılmamışdır. Lakin ona məxsus olan şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası ilə onun göstərilən tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində X28 ilə X4 birgə yaşayışlarından doğulması təsdiq edilir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarış ilə də müəyyən edilir ki, X1 Rəhim Qasım oğlunun gəlini, X29 isə nəvəsi kimi göstərilmişdir. İddiaçının atası X29 xx.xx.1999-cu ildə, nənəsi X10 isə xx.xx.1998-ci ildə vəfat etmişdir. Ərizəçiyə mövcud durum vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Belə ki, «Torpağa mülkiyyət hüququna dair» JN 1147 KOD 50300148 saylı dövlət aktı ilə X5 Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Tovuz rayonu, Düzqırıqlı kəndi ərazisindən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırda ərizəçi həmin torpaq sahəsi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir, lakin qohumluq münasibətlərini təsdiq edən sənədlər olmadığı üçün notariat ofisi imtina vermişdir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ərizəsinin əsasını təsdiq edən sübutlar təqdim edilmişdir. Məhz qeydiyyat şöbəsi və icra nümayəndəliyi tərəfindən verilmiş arayışlar, şahid ifadəsi və fərdi uçot kartoçkasından çıxarışlar ilə müəyyən edilir ki, mərhum X14 onun nənəsidir. Göründüyü kimi, Ərizəçi qohumluq münasibətini təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədin alınmaması vərəsəlik hüquqlarını həyata keçirməyə imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1998-ci ildə vəfat etmiş X10 ilə qohumluq münasibətində - yəni həmin şəxsin nəvəsi olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1998-ci ildə vəfat etmiş X10 ilə qohumluq münasibətində - yəni həmin şəxsin nəvəsi olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №2(062)-1536/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1536/2025
11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver