Məhkəmə qərarları › İş №2(062)-1549/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1549/2023

11.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1549/2023 11.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüqununun bərpası və evə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Bayramlı kəndində yerləşən mərhum nənələri X6 məxsus evdən onlara yaşayış sahəsindən istifadə hüquqlarının bərpa olunmasına və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 01 avqust 1967-ci ildə andan olmuşdur. X11, anası isə Cavabdehdır. X20 08 sentyabr 2017-ci ildə vəfat etmişdir. Doğulduğu gündən Tovuz rayonu Bayramlı kəndində mərhum X2nın adına olan evdə yaşamışdır. İddiaçı1 İddiaçı2 ilə 1992-ci ildə evlənib ailə qurmuşdur. İddiaçı2 ilə nikahlarını 02 avqust 1992-ci ildə rəsmiləşdirmişlər. İddiaçı2 ilə birgə nikahlarından xx xxxxxxxx 1992ci ildə Tural və xx xxxxxx 1994-cü ildə Turanə adlı uşaqları anadan olmuşdur. Uşaqları da yaşayış sahəsindən istifadə hüququnun bərpası üçün müraciət etdiyi Tovuz rayonu Bayramlı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmçinin onlar qeyd olunan Tovuz rayonu Bayramlı kəndində yerləşən evdə qeydiyyatdadırlar. Tovuz rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 saylı qərarına əsasən İddiaçı2, İddiaçı3 və İddiaçı4 Tovuz rayonu Bayramlı kəndində 0,18 ha, 0,02 və 0,04 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair müvafiq olaraq JN 395A, JN-395F və JN395G saylı (********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Tovuz rayonu Bayramlı kəndində yerləşən evləri onun, yəni İddiaçı1 X2nın adına rəsmi olaraq dövlət qeydiyyatına alınmış və dövlət reyestri tərəfindən qeydiyyat vəsiqəsi də verilmişdir. Həmin ev üç otaqdan ibarət olmaqla ümumi sahəsi 164,8 kv. m. təşkil edir ki, evin yaşayış sahəsi 70.,6 kv.m.dən ibarətdir. Həmin evin texniki pasportu da mövcuddur. X2 13 may 2000-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra o, nənəsinin adına miras qalmış əmlakı idarə edərək faktiki şəkildə mirası qəbul etmişdir. Həmçinin o, İddiaçı1 mərhum X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etməklərinə baxmayarq, vərəsələr arasında mübahisə olduğu üçün müraciətin rəsmiləşdirilməsindən imtina edilmişdir. Hazırda Cavabdeh onların Tovuz rayonu Bayramlı kəndində yerləşən evdə yaşamaqlarına imkan vermir və müxtəlif bəhanələrlə onları orada yaşamaqlarına mane olur. Sonuncu dəfə onlar Bakı şəhərinə getmişdilər. Oradan qayıtdıqdan sonra anası qapını da bağlayaraq, onları həmin evdə yaşamaqlarını istəmədiyini və onlara mane olacağını bildirmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, oğlu cavabdeh İddiaçı1 həmin torpaq sahəsini saxta yolla həyat yoldaşı İddiaçı2 adına keçirtmişdir. Oğlu onu aldadaraq evi ipoteka predmteti etmək istəyir. Eyni zamanda həmin evdə digər oğlunun əlil övladları yaşayır. Ona görə də, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin olnumamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər İddiaçı3 və İddiaçı4 rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Qeyd olunur ki, qanunvericiliyə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsi). İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı1 01 avqust 1967-ci ildə andan olmuşdur. X11 anası isə Cavabdehdır. X20 08 sentyabr 2017-ci ildə vəfat etmişdir. Doğulduğu gündən Tovuz rayonu Bayramlı kəndində mərhum X2nın adına olan evdə yaşamışdır. İddiaçı1 İddiaçı2 ilə 1992-ci ildə evlənib ailə qurmuşdur. İddiaçı2 ilə nikahlarını 02 avqust 1992-ci ildə rəsmiləşdirmişlər. İddiaçı2 ilə birgə nikahlarını xx xxxxxxxx 1992-ci ildə Tural və xx xxxxxx 1994-cü ildə Turanə adlı uşaqları anadan olmuşdur. Onlar qeyd olunan Tovuz rayonu Bayramlı kəndində yerləşən evdə qeydiyyatdadılar. Tovuz rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 saylı qərarına əsasən onlar İddiaçı2 İddiaçı3 və İddiaçı4 Tovuz rayonu Bayramlı kəndində 0,18 ha, 0,02 və 0,04 ha həyatyani torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair müvafiq olaraq JN-395A, JN-395F və JN-395G saylı (********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Tovuz rayonu Bayramlı kəndində yerləşən evləri onun, yəni İddiaçı1 X2nın adına rəsmi olaraq dövlət qeydiyyatına alınmış və qeydiyyat vəsiqəsi də verilmişdir. Həmin ev üç otaqdan ibarət olmaqla ümumi sahəsi 164,8 kv. m. təşkil edir ki, evin yaşayış sahəsi 70.,6 kv.m.dən ibarətdir. Həmin evin texniki pasportu da mövcuddur. X2 13 may 2000-ci ildə vəfat etmişdir. Hazırda Cavabdeh onların Tovuz rayonu Bayramlı kəndində yerləşən evdə yaşamaqlarına imkan vermir. İş materiallarında olan Tovuz regional ASAN Xidmət mərkəzi Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktbundan görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş mərhum X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş və məlum olmuşdur ki, mərhumun vərəsələri arasında mübahisə vardır və bu səbəbdən müraciəti rəsmiləşdirmək mümkün olmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X7 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Tovuz rayon Dövlət Arxivnin 22 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Azaflı kənd İcra nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 01 nömrəli təsərrüfatbaşına kitabın 34-cü şəxsi hesabına təsərrüfat X4 adına olmaqla 108 kv.m, o cumlədən yaşayış sahəsinin 48 kv.metr olması göstərilmiş və nəvəsi İddiaçı1, gəlini-İddiaçı2, nəvəsi İddiaçı3 və nəvəsi X13 adlı üzvləri vardır. İş materiallarında olan torpağın mülkiyyət hüququna dair JN-525 kodu 50302018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 №-li qərarı ilə X6 və onun ailə üzvlərinə Tovuz rayonunun Azaflı kəndindən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyət hüququna dair JN-395G kodu 50302028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 №-li qərarı ilə İddiaçı2 və onun ailə üzvlərinə Tovuz rayonunun Bayramlı kəndindən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyət hüququna dair JN-395A kodu 50302028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 №-li qərarı ilə İddiaçı2 və onun ailə üzvlərinə Tovuz rayonunun Bayramlı kəndindən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyət hüququna dair JN-395F kodu 50302028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 №-li qərarı ilə İddiaçı2 və onun ailə üzvlərinə Tovuz rayonunun Bayramlı kəndindən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşdə olan Cavabdeh Gəncə İnzibati Məhkəməsinə göndərdiyi iddia ərizəsindən və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadının məzmunundan da göründüyü kimi Cavabdeh iddia edir ki, JN-395 A nömrəli, 50302028 reyestr nömrəli torpaq sahəsi və onun içərisindəki yaşayış evi onun mülkiyyətində və istifadəsindədir. Buna baxmayaraq Aqrar İslahat Komissiyası səhv edərək ona məxsus torpasq sahəsini İddiaçı2 adına sənədləşdirmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçıların köçməsini tələb etdiyi ev onlara mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinin üzərindədir ki, bu zaman iddiaçıların istifadə hüquqlarının tanınmasına zərurət yoxdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Tovuz rayonunun Bayramlı kəndində yerləşən mərhum X5 məxsus evə köçürülsünlər. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi : İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Tovuz rayonunun Bayramlı kəndində yerləşən mərhum X5 məxsus evə köçürülsünlər. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. X22

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar