Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1555/2023 24.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs 2 saylı X5 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı «mirasın qəbul edilmə faktının müəyyən olunması» tələbinə dair mülki işə Tovuz şəhərində 24 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə maraqlı şəxs 2 saylı X5 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək X1 miras qalan Tovuz şəhərində yerləşən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0,0432 ha torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməyəəcyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, atası X4 08 avqust 1970-ci ildə vəfat etmişdir. Atasının birinci dərəcəli vərəsəsi odur. Mərhum atasından miras qalmış Tovuz şəhərində yerləşən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0,0432 ha torpaq sahəsini atasının ölümündən sonra daim o, idarə etmişdir. Odur ki, X1 miras qalan Tovuz şəhərində yerləşən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0,0432 ha torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs 2 saylı X5 Xidmət Mərkəzinin Notariat Ofisinə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, ərizə qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş **********40 reyestr nömrəli çıxarışdan görünür ki, Tovuz şəhərində yerləşən 0,0432 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 08 avqust 1970-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin atası X4 08 avqust 1970-ci ildə vəfat etmişdir. Mərhumun birinci dərəcəli vərəsəsi ərizəçidir. Mərhumdan miras qalmış Tovuz şəhərində yerləşən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0,0432 ha torpaq sahəsini onun ölümündən sonra daim ərizəçi idarə etmişdir. İşə əlavə olunan sübutlarla müəyyən olundu ki, mirası faktiki olaraq ərizəçi qəbul etdiyindən bu fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1 maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. X1 miras qalan Tovuz şəhərində yerləşən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0,0432 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1555/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1555/2023
24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver