Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1558/2023 12.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, cavabdehlərin ona və xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evinə olan qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq vəsatət verərək göstərdi ki, iddiaçılar Cavabdeh3 və Cavabdeh4 ona qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, hazırda həmin iş 2(062)-1198 saylı nömrə ilə icraatdadır. Hansı ki, həmin alqı-satqı müqaviləsi hazırda cavabdehlərin evdən çıxarılmasını tələb etdiyi evə dair bağlanmış müqavilədir. Göründüyü kimi hər iki iddia oxşar məzmunlu olmaqla eyni predmet barəsindədir və eyni şəxslər tərəfindən bir-birilərinə qarşı qaldırılmışdır. Ona görə də işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədilər. Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsində göstərilmişdir ki, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (Mülki Prosessual Məcəllənin 169.2 və 169.3-cü maddələri). Məhkəmə diqqətə çatdırır ki, verilmiş vəsatət əsaslıdır. Belə ki, məhkəmənin icraatında olan 2(062)-1198 saylı mülki iş üzrə cavabdeh İddiaçıdır. İddia tələbi isə İddiaçı ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsindən ibarətdir. Hazırki tələb isə yuxarıda göstərilən əmlakdan 2(062)-1198 saylı mülki iş üzrə iddiaçıların çıxarılmasından ibarətdir. Göründüyü kimi işlər bir-biri ilə əlaqəlidir. Onların bir icraatda baxılması daha obyektiv və səmərəli olar. Həmçinin tərəflər özləri də bu hala razıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263, 264, 267, 268 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair 2(062)-1558 saylı mülki iş məhkəmənin icraatında olan iddiaçılar Cavabdeh3 və digərinin cavabdeh İddiaçı və üçüncü şəxslər X1 və qeyrilərinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair 2(062)-1198 saylı mülki işə birləşdirilsin. Mülki iş 2(062)-1198/2023 nömrə ilə qeydə alınsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(062)-1558/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1558/2023
12.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver